Qəzəbə tuş gələn Lerik meşələrinin acı məcaraları - VİDEO
Gundem / Dunya / Bolge / Video
Oxunub: 2 532
3 avq 2020 | 13:10
Qəzəbə tuş gələn Lerik meşələrinin acı məcaraları - VİDEO




Dəyərli oxucular! 2020-ildən başlayaraq meşələrlə bağlı mütəmadi verdiyimiz yazılara baxmayaraq Lerik meşələrinə kimlər tərəfindənsə planlı şəkildə total hücumların təşkil olunması tendensiyası artıq ənənə halına çevrilmişdir. Əvvəlki illərdə də belə hadisələr baş versədə 2020-ildən bəri daha da intensivləşərək artan dinamika ilə meşələrin talan olunması proseslərinə sanki məqsədyönlü olaraq start verilmişdir.

Hər gün ölkə boyu KİV -lərdə, xəbər portallarında və digər media qurumlarında meşələrin talan olunması, ağac qırıntıları ilə bağlı baş verən neqativ halların acı xəbərini eşitməkdəyik. Nə qədər biz media orqanları həyəcan təbilin çalsaqda çox təəssüflər olsun ki bu qanunsuzluqlar bütün regionlarda artan xəttlə davam edir.

Biz biganə qala bilmədiyimiz Lerik meşələrinin acı durumu ilə bağlı nə qədər yazılar tirajlasaqda hələki aidiyyatı qurumlar tərəfindən adekvat bir cavabın və ya hər hansı bir ölçünün götürülməsi hallarının baş verməsinin şahidi olmuruq.

Çox təəssüflər olsun ki, bizi təhdid etməklə Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədov öz vəzifə borcunu yerinə yetirmiş kimi hesab edərək tabeçiliyində olan əsil" dostlarına" bir arxayınçılıq mesajını vermiş olur. Aldığımız bilgilərə görə Lerik meşələrinin "bazarkomu "sayılan Qəribov Tərlanın "şücaəti"bu gün Təbii Sərvətlər və Ekologıya nazirliyinin -1-saylı ərazi üzrə rəisi işləyən Rəfael Tahirovun, Lənkəran regional meşə təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədovun və digər məsul şəxslərin yanında təqdirə layiqdir.

Bu gün Lerik meşələrində meşəbəyi sahə rəisi işləyən Qəribov Tərlanın reytinqi nüfuzu reputasiyası bəzi məsul şəxslərdən qat-qat üstündür.
Bizə verilən bilgilərə görə bu regionda meşələrlə bağlı bütün biznes məsələlərini Rəfael Tahirovun kəndçisi,qonşusu və qohumu Sərraf adlı birisi həll edir. Əldə etdiyimiz məlumatlara görə, O Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin azad həmkarlar təşkilatının sədri və həmdə hansısa şöbənin, sahənin rəisinin müavini vəzifəsini icra edir. Əslən Lənkəranın Gəgiran kəndindən olan Sərraf bəy əvvəllər Hirkan milli parkında cavabdeh məsul vəzifədə işləyib.

Həmin Sərraf bəy Hirkan milli parkından işdə yol verdiyi nöqsanlara görə maddə ilə qovulsada çox keçmir ki, havadarı Rəfael Tahirovun vasitəsi ilə Lənkəran Regional Meşə Təsərrüfatı idarəsində "pullu"-yerə və tapşırıqlı işə düzəlməyə müfəvvəq olur.

Bizə xəbər verən mənbə israrla bildirir ki, həmin ərazilərdə yaşayan sakinlərin qış mövsümünə hazırlıqla əlaqədar məlum qərara əsasən meşələrdən əhaliyə odun verilməsi kampaniyasına start verilmişdir. Həmin qərara əsasən meşələrdən odun qırılması, daşınıb anbarlara yığılması birbaşa meşə işçilərinin vəzifə borcu olduğundan elə bu işlərlədə peşəkar meşə işçiləri məşğul olmalıdır. Anbarlara yığılandan sonra əhaliyə planlı şəkildə verilməlidir.
Bu işlərdə xususi canfəşanlıq göstərən Sərraf bəy Rəfael Tahirovun etimadını, Füzuli Məmmədovun etibarını hər vasitə ilə qazanmağa çalışır. O həmin Sərrafdır ki, keçmiş nazir Hüseynqulu Bağırovun vaxtında işdən qovulsada təzə nazirin vaxtında ustalıqla, elə sərraflıqlada işə düzəlməyə Rəfael Tahirovun xeyir duası ilə nail olmuşdur.

Çox təəssüflər olsun ki, meşələrə peşəkar meşə işçiləri getməli olduğu halda camaatı göndərirlər. Baxmayaraq ki, dəfələrlə meşələrdə ölüm hadisələri, yaralanma halları baş versədə yenə bu işləri hansısa korporativ maraqlar xatirinə əhalinin öz ixtiyarına buraxırlar.

Qəzəbə tuş gələn Lerik meşələrinin acı məcaraları - VİDEO


Belə hallarda sakinlərin həyatı təhlükə altında olur. Üstəlikdə fürsətdən istifadə edərək əhalıyə xırda qırıq odun qırıqlarını sataraq yararlı işlik hissələri material şəklində Masallıdakı fabriklərə daşıtdırıb satırlar. Özləri qiyməti bilərəkdən qat -qat aşağı salaraq -1kub metrini -200-230- manat civarında satdırırlar. Bəli söhbət bizi zəng edib təhdid, təhqir edən indiyəcən yazdıqlarımıza, digər media qurumlarında gedən faktlara cavab verə bilməyən Füzuli Məmmədovun rəhbərlik etdiyi qurumdan gedir.

Baxmayaraq ki, dəfələrlə bütün yazılarımızda qarşı tərəfin mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazır olduğumuzu bildirsəkdə, cavabdeh şəxslərə tribuna versəkdə heç bir xəbər hələ indiyəcən çıxmayıb.

Lerik meşələrində təzə videolardan göründüyü kimi bütün bu neqativ hallar nədənsə Qəribov Tərlanın ərazisində intensiv baş verir. Bəlkədə bu ərazilərdə təbiətə vurulmuş maddi ziyanın məbləği yüz minlərlədir və artıq cinayət tərkibi yaratdığından hüquq mühafizə orqanlarının müdaxiləsi zərurəti yaranmışdır.

Sonda Azərinfo.az olaraq biz bu araşdırmaları davam etdirəcəyik, mövzunu daim diqqət mərkəzində saxlayacaqıq və qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...