Milli Onkologiya Mərkəzində iki deputatın kreslo davası - İDDİA
Gundem / Sosial
Oxunub: 155
6 apr 2021 | 18:18
Milli Onkologiya Mərkəzində iki deputatın kreslo davası - İDDİA


Ötən həftə Azərbaycanda səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin direktoru C. Əliyevin bu gün 75 yaşı tamam olur. Cumhuriyyet.az-a daxil olan məlumataq görə, C.Əliyevin təltifi onun yubley yaşı ilə bağlı deyil, işin arxasında Milli Onkologiya Mərkəzində yaxın zamanlarda rəhbər dəyişikliyinin olması durur. Mənbənin məlumatına görə C.Əliyev görəvindən alınacaq və bura yeni təyinatın olması gözlənilir.
Milli Onkologiya Mərkəzi ətrafında baş verənlərlə bağlı cumhuruiyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, əsas səbəb bu tibb müəsisəsindən cəmiyyətdə çox ciddi narazılığın formalaşmasıdır. Bildirək ki, bu məsələ ilə bağlı mətbuatda kifayət qədər materiallar, video və audio faktlar yayımlanıb. Bunlardan birini qısa şəkildə olduğu kimi diqqətinizə çatdırırıq:
1. İnsanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
2. Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.
3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.
İnsan əlindən dəhlizlərdə hərəkət etmək mükün deyil. Təxminən 50 kv.m. sahəsi olan, UZİ, qan analizi aparılan otaqda (foto 3) havasızlıq bir tərəfə insanların sanki Bakı avtobuslarındakı kimi sıx dayanmasını soruşduqda xəstələrin birinin mənə “rəhmətliyin oğlu, bizim gördüyümüz cəhənnəmin yanında bu cənnətdir” cavabı artıq sözə ehtiyac olmadığını göstərdi. Söhbət etdiyim xəstələr, onların qohumları hamısı bir ağızdan əsas problemin pul olduğunu bildirdilər. Kimisi borca düşdüyünü, kimisi faizlə pul götürdüyünü, kimisi isə evini satıb kirayələrdə qaldıqlarını bildirdilər. Əlbəttə, bir yazıda Milli Onkologiya Mərkəzində baş verən faciəni təsvir etmək olmaz, buna kitablar yazmaq, filmlər çəkmək lazımdır. Bu yazıda məqsədimiz bu deyil.
Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Milli Onkologiya Mərkəzinin direktoru postuna iddialılar da meydana çıxıb. Bunlardan biri hazırda Milli Onkologiya Mərkəzinin direktor müavini olan millət vəkili Kamaləddin Qafarovdur. Maraqlıdır ki, digər iddialılar sırasında adı çəkilən də millət vəkilidir. Bu şəxs ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudovdur. Bildirək ki, R.Mahmudovun ixtisasca tibb sahəsinin adamı olması onun şanslarını artırır. Eyni zamanda K.Qafarovun adı mətbuatda bir çox qaranlıq işlərdə hallanıb.
Bu gün, 11:08
Paşinyan Putini Fransa Prezidenti ilə səhv saldı - Video
Bu gün, 10:45
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır
Bu gün, 10:31
Balakəndə yol polisi qaydaları pozan sürücüləri cərimələdi – FOTO
Bu gün, 10:25
İşğaldan azad edilmiş Ağ oyuq qəsəbəsindən görüntülər - VİDEO
Bu gün, 10:19
Vilayət Eyvazov generala yeni köməkçi təyin etdi
Bu gün, 10:11
Cücə sexində yanğın: 53 yaşlı qadın diri-diri yanıb öldü
Bu gün, 10:06
BNA: Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var
Bu gün, 10:02
Sürücülər nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz (VİDEO)
Bu gün, 09:56
Azərbaycanda bahalaşma: 55 qəpik oldu - VİDEO
Bu gün, 09:49
Azərbaycan hansı ölkələri elektriklə təmin edir? - FOTO
Bu gün, 09:43
Avropanın kəllə muzeyləri: İmperializm siyasətinin əyani sübutu - FOTO
Bu gün, 09:36
Azərbaycan əhalisinin sayı açıqlanıb
Bu gün, 09:30
Hacı Surxay: “Məscidlərdə bayram namazlarına icazə verilə bilər”
Dünən, 23:39
Səbuhi Əhmədov qaçqınları necə aldadıb... - İDDİA
Dünən, 22:50
Zərdab sakinləri ETİRAZA QALXDI... - "Torpaqlarımız zəbt olunub..."
Dünən, 22:22
Göyçay sakini kimlərdən narazılıq edir... - Müraciət...
Dünən, 21:47
Bir quzu, 200 manat da pul.... VƏSSALAM... - Daşkəsəndə rüşvət tələbi...
Dünən, 21:18
Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ - İşçilər ETİRAZ EDİR...
Dünən, 20:49
Pedaqoji Universitetdə nə baş verir? - rektor Cəfər Cəfərov və Səttar Mehbalıyevin NƏZƏRİNƏ
Dünən, 20:21
Qarabağ Qazisi ÇIXILMAZ DURUMDA... - "Başçı mənə kömək etmir..."
Dünən, 19:44
Elşad Abdullayevin gizli işi İFŞA OLUNDU - İTTİHAM
Dünən, 19:19
Valideynlərin NƏZƏRİNƏ: Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır - FOTO
Dünən, 18:50
AFFA türkdilli ölkələrin futbol assosiasiyaları ilə anlaşdı - FOTO
Dünən, 18:20
Sərxoş kürəkən qayınanasını qızı və azyaşlı nəvələrinin gözləri qarşısında öldürdü
Dünən, 17:42
“Caliber”: Ermənistanın İrandan ayrılma qorxusu - VİDEO
Dünən, 17:18
Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi - RƏSMİ
Dünən, 17:00
Şuşaya atılan “İsgəndər” labirinti... - Putin məsuliyyəti niyə hərbçilərin üzərinə atır?