Kəmaləddin Heydərovla Elçin Quliyev komandası "ƏLVİDA" Sərəncamını gözləyir: - DSX və FHN ləğv ediləcək?
Gundem / Sosial
Oxunub: 493
4 may 2021 | 22:50
 Kəmaləddin Heydərovla Elçin Quliyev komandası "ƏLVİDA" Sərəncamını gözləyir: - DSX və FHN ləğv ediləcək?


Xəbərə giriş

Bir gün padşaha Baş münəcci xəbər verir ki, ulduzlar sənin dənizin ortasında balıqlara yem olacağını söyləyir. Nəbadə, dənizə girəsən.

Şah uzun illər dənizdən qorunmaq üçün gəmiyə belə, minmir. Uzun illərdən sonra isə son taleyindən qaçmaq mümkünsüz hala gəlir: dənizin o biri tərəfindəki ölkəyə rəsmi səfərə getmək zərurəti yaranır. Vəzir-vəkil yığışıb şaha münəccimin neçə il əvvəl verdiyi bəd xəbəri xatırladırlar. Şah da xeyli düşünüb hər kəsin mindiyi adi sərnişin gəmisiylə səfər etməyi qərara alır. Fikirləşir ki, özəl gəmiylə getsə, Əzrail rahatlıqla başının üstünü kəsə bilər. Amma ümumi sərnişin gəmisində belə bir hadisə yaşanmaz. Allah Təlla bir ona görə bütün sərnişiniləri dənizdə boğmayacaq ki. Üstəlik, hava da normaldır, adi bir meh belə yoxdur.

Şahın bilet alıb səyahətə çıxdığı adi sərnişin gəmisi dənizin ortasına çatanda dəhşətli fırtına qopur. Az keçməmiş gözünə Əzrail görünür. Əzrailə deyir ki, sən mənim canımı ala bilməzsən. Bir mənə görə gəmidəki hər kəsi öldürmək sənin mələk sifətinə yaraşmaz.

Əzrail cavab verir:

-Qibleyi-aləm, çoz sağ ol, mənim dərdimi çəkdiyinə görə. Amma mən işimi əvvəldən etibarlı tutmuşam. Can almaq prosesini asanlaşdırmaq üçün Allahın alnına dənizin ortasında ölüm yazdığı 200-dən artıq bəndəni hərləyib-fırlayıb bir gəmiyə toplamışam. Sən ən yaxşısı, kəlimeyi-şəhadətini gətir.

Deyəsən, Azərbaycan hakimiyyəti də işə yararsız kadrların məsələsini birdəfəlik həlli üçün eyni metoddan istifadə etməyə qərar verib. Bu dəfəki hekayənin isə 2 baş qəhrəmanı var: FHN-nin rəhbəri Kəmaləddin Heydərov və DSX-nin rəisi Elçin Quliyev.

İnanmırsınız? Onda buyurun, “hekayənin” təfsilatı ilə tanış olun.

***

Azərbaycan hakimiyyəti kadr və struktur islahatlarını davam etdirmək niyyətindədir.

HİT.Az-ın əldə etdiyi məlumata görə, iqtidarın zirvəsində hesab edirlər ki, idarəetmənin təkmilləşdirilməsi baxımından bu günə qədər aparılan islahatlar yetərli deyil. Daha bir neçə məmurun əvəzlənməsi, yaxud qurumun ləğv edilməsi qərara alınıb. Ləğv edilməsi planlaşdırılan qurumlar sırasında isə, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Dövlət Sərhəd Xidməti (DSX) gəlir.

FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri təyin edilib.

Hazırda Kəmaləddin Heydərovun 8 müavini var:

1. Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin
2. Faiq Cavad oğlu Tağı-zadə
3. Etibar Böyükbəy oğlu Mirzəyev
4. Ragim Əhəd oğlu Lətifov
5. Orucəli Məmməd oğlu Hacıyev
6. Teymur Ramiz oğlu Mehdiyev
7. Tapdıq Əhliman oğlu Əmiraslanov.

Nazirliyin aparatına 14 idarə daxildir:
1. Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi
2. Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi
3. Kadr siyasəti Baş İdarəsi
4. Maliyyə-iqtisadiyyat Baş İdarəsi
5. Baş əməliyyat idarəsi
6. Mülki müdafiə işinin təşkili Baş İdarəsi
7. Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
8. Hüquq idarəsi
9. Statistika və informasiya texnologiyaları idarəsi
10. İctimaiyyətlə əlaqə idarəsi
11. Beynəlxalq əlaqələr idarəsi
12. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
13. Rabitə idarəsi
14. Komendant xidmətinin təşkili və texniki təminat idarəsi.

FHN-nin strukturuna isə 23 qurum daxildir:

1. Dövlət Yanğından Mühafizə Xidməti
2. Dövlət Yanğın Nəzarəti Xidməti
3. Mülki Müdafiə Qoşunları
4. Dövlət Material Agentliyi
5. Su Ehtiyatları Dövlət Agentliyi
6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
10. Xüsusi Riskli Xilasetmə Xidməti
11. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
13. “İzotop” Xüsusi Kombinatı
14. Əməliyyat-istintaq İdarəsi
15. Elm istehsalat Birliyi
16. Mərkəzi laboratoriya
17. Əsaslı Tikinti idarəsi
18. Maddi Texniki-Təchizat İdarəsi
19. Aviasiya dəstəsi
20. Tədris təlim mərkəzi
21. FHN-in Akademiyası
22. İdman sağlamlıq klubu
23. Tibb Xidməti.

FHN-nin həm də 9 regional mərkəzi var:

1. Bakı Regional Mərkəzi
2. Sumqayıt Regional Mərkəzi
3. Şimal qərb regional Mərkəzi
4. Şimal Regional Mərkəzi
5. Gəncə Regional Mərkəzi
6. Aran Regional Mərkəzi
7. Muğan Regional Mərkəzi
8. Qarabağ Regional Mərkəzi
9. Cənub Regional Mərkəzi.

Göründüyü kimi, FHN digər nazirliklərlə müqayisədə kifayət qədər geniş səlahiyyətləri və çoxsaylı tabeli qurumları olan dövlət təsisatıdır. Kəmaləddin Heydərov isə uzun müddətdir yüksək vəzifədə təmsil olunan məmurlar kateqoriyasına aiddir. 16 ildir FHN-ə rəhbərlik edən nazir bundan əvvəl 11 il də Dövlət Gömrük Komitəsinin sədri olub. Beləliklə, Kəmaləddin Heydərov 27 ildir ki, yüksək vəzifəli məmurdur.
Məlumatda qeyd edilir ki, FHN ləğv edildikdən sonra onun səlahiyyətləri bir neçə qurum arasında bölüşdürələcək.

DSX-yə gəlincə, qurum əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tərkibində olub. Həmin vaxt Sərhəd Qoşunlarının komandanı həm də Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsini daşıyırdı. Mərhum Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə Sərhəd Qoşunlarının bazasında Dövlət Sərhəd Xidməti yaradılıb və qurum müstəqil təsisata çevrilib. İndi yenidən DSX-nin MTN-nin xələfi olan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tabeliyinə verilməsi düşünülür.

DSX-nin rəisi Elçin Quliyev 2001-ci ildə Sərhəd Qoşunlarının komandanı, Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. 2002-ci ildən isə Xidmətin rəisi kimi fəaliyyətdədir. Beləliklə, aydın olur ki, Elçin Quliyev 20 ildir eyni vəzifədədir.

FHN və DSX-nin ləğvindən sonra Kəmaləddin Heydərovla Elçin Quliyevin uzun müddət vəzifədə olduqlarını nəzərə alsaq, onların yenidən hansısa yüksək vəzifəyə təyin olunacağı inandırıcı görünmür. Həmçinin adıçəkilən məmurların kiminsə tabeliyində çalışacaqları inandırıcı görünmür. Ona görə də onların da sabiqlərın sırasına qoşulacağını düşünmək olar.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"