KTN-in Mərkəzi Aran Regional İdarəsində nə baş verir? - KADR SİYASƏTİNİN PƏRDƏARXASI
Gundem / Bolge
Oxunub: 493
11 in 2021 | 19:45
KTN-in Mərkəzi Aran Regional İdarəsində nə baş verir? - KADR SİYASƏTİNİN PƏRDƏARXASI


İki həftə əvvəl Kənd Təsərrüfatı Nazirliyinin (KTN) “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin tabeçiliyində fəaliyyət göstərən Mərkəzi Aran Regional İdarəsinin direktoru vəzifəsinə adı bir sıra korrupsiya və dələduzluq əməllərində hallanan Zamin Məmmədov adlı şəxsin təyin ediləcəyi gözləntisi barədə məlumat yayımlamışdıq.

Yenicag.az xəbər verir ki, Zamin Məmmədov kənd təsərrüfatı naziri İnam Kərimovun 1 iyun 2021-ci il tarixli əmri ilə artıq adıçıkilən qurumun direktoru vəzifəsində işə başlayıb.

Nazirin bu təyinatı bir daha təsdiqlədi ki, KTN-də “islahatlar”, sadəcə, nazirin şəxsi maraqlarına uyğun qaydada həyata keçirilir.



Redaksiyamıza daxil olan məlumata əsasən, yeni iş yerinə 10-KK-100 seriyalı son model “Land Rover” markalı avtomobili ilə gələn Zamin Məmmədov özü barəsində məmur yox, əsl oliqarx təəssüratı yaradıb.

Yeni direktor Beyləqandakı Dövlət Aqrar-İnkişaf Mərkəzinin (DAİM) binasında işçilərlə qısamüddətli söhbətdən sonra təcili Bakıya gedəcəyini və paytaxtda yeni tikdirdiyi obyektinin inşasını tamamlayıb geri qayıdacağını bildirib.

İddialara görə, “Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyinin direktoru Fəda Abbasov ilk günlər Zamin Məmmədovun o vəzifəyə təyin olunmasına qarşı çıxsa da, indi mövqeyini 180 dərəcə dəyişərək, öz müavini Rövşən Əliyevi yeni direktorun “əmri”nə verib. Abbasovun bu “kəskin dönüşü”nün səbəbi isə onun və ətrafının Zamin Məmmədova “yağlı tikə” kimi baxması ilə əlaqələndirilir.

“Azəraqrar”ın dəhlizlərində dolaşan məlumatlarda o da iddia edilir ki, Zamin Məmmədov artıq Fəda Abbasov və ətrafı üçün onların xəyal belə edə bilməyəcəkləri səviyyədə təmtəraqlı məclislər təşkil edib.

Saytımıza verilən başqa bir məlumatda isə qeyd edilir ki, Zamin Məmmədovun “əsas adamı” sayılan Vaqif İsmayılov və onun çevrəsindəki şəxslər Mərkəzi Aran Regional İdarəsinin “gözdən uzaq, könüldən iraq” ərazilərində yerləşən münbit torpaqların siyahısını tutmağa başlayıblar. Bunda əsas məqsəd gələcəkdə dövlətin yüz hektarlarla torpaq sahələrini əkərək, yaxşı qazanc əldə etməkdir.

Məlumatda iddia edilir ki, Mərkəzi Aran Regional İdarəsinin münbit torpaqlarında gözü olan məmurlardan biri də Zamin Məmmədovun “əmri”nə verilən “Azəraqrar” direktorunun yeni müavini Rövşən Əliyevdir. Bu, həmin Rövşən Əliyevdir ki, uzun müddət işlədiyi İmişli Şəkər Zavodundan yol verdiyi ciddi nöqsanlara görə qovulub.

“Azəraqrar” Dövlət İstehsalat və Emal Birliyində son vaxtlar gerçəkləşən bəzi təyinatlar isə qurumun yeni direktoru Fəda Abbasovun “ona pul qazandıra biləcək kadrları” yanına çəkdiyinə dair iddiaların ortaya çıxmasına yol açıb.

Mövzuya qayıdacağıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb