Binəqədinin “İstanbul”unu kim fəth edəcək? - Qorxmaz Hüseynov vəzifədən getdi, amma himayə etdiyi “priton” hələ də öz ampluasındadır
Gundem / Sosial
Oxunub: 848
20 iy 2021 | 11:49
Binəqədinin “İstanbul”unu kim fəth edəcək? - Qorxmaz Hüseynov vəzifədən getdi, amma himayə etdiyi “priton” hələ də öz ampluasındadır



Azərbaycanda hər dəfə yüksək vəzifəli şəxs görəvdən alınanda onun haram kapital, nüfuz və əlaqələri hesabına qurmuş olduğu imperiyanın sütunları da laxlayır, birbaşa və dolayısı ilə sahib olduğu və himayə etdiyi obyektlərdə baş verən qanunsuzluqlar hüquq-mühafizə və cinayət təqibi orqanlarının yadına düşür.

Bir müddət əvvəl Qorxmaz Hüseynov “Azərsu” ASC-nin rəhbərliyindən uzaqlaşdırılandan sonra onun havadarlıq etdiyi bildirilən mənfi reputasiyalı “İstanbul” otelində baş alıb gedən biabırçılığa, ictimai mənəviyyat əleyhinə cinayətlərə də son qoyulacağı gözlənilir. Amma nədənsə bu məsələ ilə bağlı sərt addımların atılması ləngiyir.

Paytaxtın Binəqədi rayonunda fəaliyyət göstərən “İstanbul” əslində kafe kimi qeydiyyata alınıb. Sahibi Akif vəfat edəndən sonra obyekti mərhumun qardaşı oğlu Samir icarəyə götürüb. Daha sonra isə sahibkarın oğulları Teymur və Seymur qardaşları idarə etməyə başlayıblar. Əslində qardaşlar əmioğlu Samir işləyən vaxtlarda da obyektdən uzaq olmayıblar və onun “əxlaqsızlıq yuvası” kimi “şöhrət” tapmasına öz “əhəmiyyətli” töhfələrini veriblər.

Zaman-zaman “İstanbul”da baş verən iyrənc işlər, daha dəqiq desək, müştərilərə yüngüləxlaq qadınların intim xidmətlərinin təklif olunması barədə aidiyyati qurumlara, o cümlədən, Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə şikayət xarakterli müraciətlər ünvanlansa da, obyektinn fəaliyyəti mətbuatda pislənilsə də, heç bir nəticəsi olmayıb. Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” otelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir.

Səhih məlumata görə, Fərzəliyev Teymur Akif oğlu Nəsimi rayon Su İdarəsinin rəisi olub. Törətdiyi maxinasiyalara görə az  qalıbmış ki, həbs olunsun. Deyilənə görə, “Azərsu” rəhbəri Q.Hüseynov onu həbsdən qurtarıb.

Fərzəliyev Seymur Akif oğlu isə yol-patrul xidmətinin əməkdaşı olub. 2013-2014-cü ilə qədər işləyib. Əslində adı işdə gedib, özü isə biznes fəaliyyəti ilə məşğul olub.

O da bəllidir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2013-cü ildə “İstanbulu”u “vurub”. Lakin yenə də bildirildiyinə görə, Teymurun xahişi ilə  yenə Q.Hüseynov işə qarışıb. məsələnin bağlanılmasına nail olub. Verilən məlumatlarda Fərzəlievlərlə Q.Hüseynov arasında ailəvi dostluq münasibətləri mövcuddur.

Gənclərin əxlaqına mənfi sirayət etməsi. Ailələrin dağılmasına səbə olması ehtimalı bir yana, hazırki davam etməkdə olan pandemiya şəraitində “İstanbul” otelinin infeksion xəstəliklərin yayılmasına rəvac verən fəaliyyəti çox ciddi problemdir. Teymur-Seymur qardaşları barədə ölçü götürülməməsi cəmiyyətdə qıcıq doğurur və formalaşmış belə bir stereotipi təsdiqləyir ki, aidiyyəti orqanların vəzifəli şəxsləri ilə hesblaşandan, “centlmen sövdələşməsinə” gedəndən sonra Azərbaycanda kim nə istəsə, eləyə bilər.

Başqa bir məsələ də var: Azərbaycanın Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində ölkəmizə mənəvi və siyasi dəstək verən Türkiyənin adı ilə bağlı hər şeyə həssas yanaşılmalıdır. Bizim misalda “İstanbul” qardaş ölkənin ən böyük şəhərinin adını daşıyır və əslində bu ad çəkiləndə eşidən vətəndaşımızda mənfi assosiasiya doğurmamalıdır. Çox təəssüf!..

İbrahim Hümbətov
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...