Tərtərdə RİH-i başçısının sürücüsü məcburi köçkünə məxsus mənzildə yaşayır—Daha bir rüsvayçılıq
Gundem / Bolge / Maraqli
Oxunub: 200
10 sen 2021 | 18:50
Tərtərdə RİH-i başçısının sürücüsü məcburi köçkünə məxsus mənzildə yaşayır—Daha bir rüsvayçılıq


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Vətən müharibəsindən öncə və bu gündə uğurla davam etdirilən siyasətin sayəsində

Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlərin görülməsinə, mərhum prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılması danılmaz həqiqətdir. Məlum olduğu kimi, illər keçdikcə neft strategiyasının uğurla həyata keçirilməsi səbəbindən, əldə olunan gəlirlər hesabına qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlik addımlar atıldı və mərhələli şəkldə çadır düşərgələrinin ləğvi də həyata keçirildi. Bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də davam etdirildi və çox keçmədi ki, çadır düşərgələrinin ləğvi tam şəkildə başa çatdırıldı. Yəni, fakt budur ki, hazırda məcburi köçkünlərin çoxu müasir tipli yeni qəsəbələrə köçürülüblər, onlara məşğulluq və təsərrüfatçılıq imkanları və s. yaradılıb. 2004-cü ildə cənab Prezident tərəfindən təsdiqlənmiş “Dövlət Proqramı”na əsasən, məcburi köçkünlərin daha çox hissəsinin mənzil-məişət şəraiti, məşğulluğu və digər tədbirlərin əksəriyyətinin icrası təmin olunub, qalanlarının icrası üzrə işlər isə, bu gün də yerinə yetirilməkdə davam edir. Bütün bunlara baxmayaraq, hal-hazırda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur vahidlərində çoxsaylı vəzifə sahibi olan şəxslər var ki, onlar atılan addımlardan sui-istifadə edir, maddi maraqlarının təmin olunmasına çalışır və digər qanunsuzluq əməllərinə qol qoyurlar. Məsələn, adicə bir faktı qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənzil İstismar Departamentinə, müasir üslubda inşa olunmuş 112 qəsəbənin saxlanılması üçün dövlət büdcəsindən təqribən 7 milyona yaxın vəsait ayrılır. O halda sual oluna bilər ki, görəsən həmin qəsəbələrin saxlanılması üçün bu qədər məbləğdə ayrılan vəsaitlərin xərclənməsindən Mənzil-İstismarı sahələri rəislərinin xəbəri varmı? Yəni, həmin vəsaitlər yolların təmiri, binaların bloklarının təmiri, parkların saxlanması və s. kimi işlərin görülməsinə xərclənməlidir.

Bundan əlavə, görəsən dövlətin məcburi köçkünlərə verdiyi mənzillərin kirayə verilməsi haqda jek rəislərinin də xəbərləri varmı?. Məsələn, faktdır ki, Tərtərdə yeni salınmış qəsəbələrin bəzi mənzilləri kirayə verilib və həmin mənzillərdə məcburi köçkün statusu olmayan ailələr yaşayırlar. Məsələn, bir neçə faktın varlığını qeyd edək.

1. Alışanov Elsevər Məhəmməd oğlu- Laçın rayonundan məcburi köçkündür və bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 28-ci binanın 1-ci mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz Tərtərin RİH-nin başçısı Müstəqim Məmmədovun sürücüsü yaşayır. Bu haqda icra başçısı lazımı məlumatlara da malikdir.

2. Quliyev Şöhrət Əjdər oğlu-Ağdərə rayonundan məcburi köçkündür və bu şəxsin məcburi köçkün statusu olduğundan, ona dövlət tərəfindən Tərtərdə inşa olunmuş 2-ci binanın 14-cü mənzili verilib. Onu da qeyd edək ki, bu şəxs Tərtər rayonunda qeydiyyatdadır və onun adına rayonun Qaradağlı kəndində torpaq sahəsi və ev var.

3. Sailov Rəhman Allahverdi oğlu- Kəlbəcər rayonundan məcburi köçkündür və bu şəxsin 4 nəfərlik ailə üzvlərinin məcburi köçkün statusları olduğundan, onlara dövlət tərəfindən Tərtərdə inşa olunmuş 5-ci binanın 24-cü mənzili verilib. Bu gün həmin mənzildə adını və soyadını qeyd etdiyimiz məcburi köçkün ailəsinin üzvləri deyil, məhz rayondakı “Yeni qəsəbənin” bağça müdirəsi yaşayır.

Sadaladıqlarımız belə bir faktlardan əlavə, hazırda Abşeron rayonunun Mehdiabad qəssəbəsindəki “Gənclər şəhərciyi”ndə də, məhz məcburi köçkünlər üçün inşa olunmuş mənzillərdə yerli sakinlər kirayədə yaşayırlar. Sual oluna bilər ki, görəsən dövlət tərəfindən məcburi köçkünlərə müvəqqəti sığınacaq məqsədilə verilmiş mənzillərdə kirayədə yaşayanlara şəraiti yaradanlar kimlərdir və belə bir qanusuzluqlardan MİS-i rəislərinin xəbərləri varmı?. Əgər varsa, həmin vəzifə sahibləri tərəfindən niyə lazımi ölçü götürülmür? Hansı əsasla hər ay kirayə verilmiş mənzillərdən 50 manat pul alınır? Dolaşan söz-söhbətlərə görə, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sturukturlarında elə bir qanunsuzluqlar, elə bir həngamlər, elə bir haqsızlıqlar yaşanır ki, qaçqın və məcburi köçkünlərin çoxu Rövşən Rzayevin bugünkü idarəçiliyinə etiraz edib, sabiq komitə sədri Əli Həsənovun ölənlərinə rəhmət oxuyurlar. Belə olan halda deyirlər: “Yağışdan çıxıb yağmura düşdük”.

Bundan əlavə, görəsən sayı-hesabı bilinməyən sayda qanunsuzluqlara qol qoyan vəzifə sahiblərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”ndan xəbərləri yoxdurmu? Necə olur ki, hər ay kirayə verilmiş mənzillərdən təqribən 100 min manatdan çox vəsait yığılır və o halda sual oluna bilər ki, görəsən həmin vəsaitlər hansı sahələr üzrə xərclənir, yaxud da xərclənirmi?

Ümumiyyətlə, bu cür qanunsuzluqların bütün qaçqın qəsəbələrində yaşanması haqda xeyli məlumatlar əldə etmişik. Bütün bunlar haqda növbəti saylarımızda geniş açıqlamalarla çıxış edib, çoxsaylı oxucularımızı yaşananlarla bağlı məlumatlandırmağa da çalışacağıq.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
AMİA.AZ
Bu gün, 00:52
Dövlət büdcəsi belə dağıdılır! - Nazirin nəzərinə
Bu gün, 00:43
İsmayıllıda mədəniyyət və turizm nazirliyi regional idarəsində milyon manatdan çox mənimsəmə
Dünən, 23:26
İLGİNC: Naxçıvanın muxtariyyəti ləğv edilir - Belə deyirlər...
Dünən, 22:50
Bakı İnzibati Məhkəməsində KİM YATIB, KİM OYAQ... - İDDİA
Dünən, 22:22
Şeyxin qudası “at oynadır” - NARAZILIQ!
Dünən, 21:47
"Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?" - NARAZILIQ!
Dünən, 21:18
İran Azərbaycanla bağlı nələri başa düşməlidir? - TƏHLİL
Dünən, 20:43
Slavyan Universitetində 226 minlik yeyinti iddiası: - 'Dedi ki, pullar rektora çatır...'
Dünən, 20:24
Bakı Humanitar Kollecində məmur özbaşınalığı: "Şamtutan" direktor 67 işçini qanunsuz işdən azad edir - VİDEO
Dünən, 19:44
Məşhur “Evrostroy-S.S” MMC tikinti şirkətini məhkəməyə verdilər - 6,2 milyon manat borcu var
Dünən, 19:19
Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş – VİDEO
Dünən, 16:00
Koronavirusdan sağalanlar bunları YEMƏSİN!
Dünən, 15:35
Memorial Kompleksin və Zəfər Muzeyinin təməli qoyuldu - Video
Dünən, 15:32
"Haber Global" Anım günü ilə bağlı Şuşadan reportaj yayıb
Dünən, 15:29
Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - Fotolar
Dünən, 15:23
İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar
Dünən, 14:00
Bakının mərkəzində bağlanan yollar açılıb
Dünən, 13:56
Müsahibə zamanı İlham Əliyev kövrəldi - VİDEO
Dünən, 13:50
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Dünən, 13:35
Ağsu rayonunda qəbul imtahanlarından yüksək bal toplayan məzunlarla görüş keçirilib
Dünən, 13:33
Azərbaycan liderindən Ermənistana sərt xəbərdarlıq - VİDEO
Dünən, 13:28
Ceyhun Bayramov: "Şuşada türk dünyasının mədəniyyəti ilə bağlı tədbirlər keçiriləcək"
Dünən, 13:22
İlham Əliyev Türkiyənin nüfuzlu media orqanına müsahibə verib - CANLI YAYIM
Dünən, 12:31
Eldar Yunusovun qızının bağçasında “ölü canlar" -İDDİA
Dünən, 12:19
Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:12
Prezident: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur”
Dünən, 12:07
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib