Dəmiryolunun ŞÜBHƏLİ SİMASI... - İTTİHAM
Gundem / Sosial / Maraqli
Oxunub: 822
20 sen 2021 | 19:19
Dəmiryolunun ŞÜBHƏLİ SİMASI... - İTTİHAM


Bu adamın ömür yoluna, karyerasına nəzər salanda bir söz yada düşür: Nikolayı taxtda görüb, Lenini qundaxda.
Söhbət “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Əlirza Süleymanovdan gedir.
Bəli, bu adam 1990-cı ildən başlayaraq vaqon depolarına nəzarət edib.
Diqqət edin, 1990-cı ildən. SSRİ adlı dövlət çökmək üzrədir, nəzarət itib, kimin əli kimin cibindən çıxır bilinmir. Bax, Əlirza Süleymanova belə məqamda ölkədəki dəmir yolu relslərini tapşırdılar.
Əlirza Süleymanov təzə relsləri köhnə adı ilə “spisat” edərək varlanmağa başladı.
Hələ bu harasıdır ?
Əlirza müəllim “metal biznesinin çiçəklənən” vaxtında sanki okeana düşmüşdü. Başqaları 5-10 kiloqram metal axtaranda Əlirza müəllim bir gecədə bir vaqonu “udurdu” və pulunu mənimsəyirdi.
Onun bu bacarığını görən Ziya Məmmədov...
Bəli Ziya Məmmədov 1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi olan kimi səhəri günü Əlirza Süleymanovu özünə müavin təyin etdi.
Çünki Ziya Məmmədov yaxşı bilirdi ki, dəmir yolu relslərini satmaq üçün Əlirza ən yaxşı kadrdır.
Əlirza Süleymanov da Ziya Məmmədova borclu qalmadı. Əlirza Süleymanov yaxın dostu, o zamankı spiker Rəsul Quliyevin təklifini Ziya Məmmədova çatdırdı.
Bəli, Naxçıvana gedən dəmir yolu relslərinin doğranıb satılması və milyonların qazanılması ideyası Rəsul Quliyevlə Əlirza Süleymanova məxsus idi.
Qısa vaxtda Əlirza Süleymanov milyonçuya çevrildi. Həmin pullarla oğlu üçün Slovakiyada biznes qurdu.
Hətta həmin dövrdə Əlirza müəllimin həbsi də gündəmdə olub. Amma canını qurtara bildi.
Bəli, Əlirza Süleymanov 1996- 2002-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi Ziya Məmmədovun, 2004- 2015-ci illərdə isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun müavini olmuşdur.
2015-ci ildən bu günədək isə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun 1-ci müavinidir.
Sədrlər dəyişir, gedən gedir, gələn gəlir, Əlirza Süleymanov isə yerindən tərpənmir.
Bu illər ərzində dəmir yolu sistemində nələr baş verib ?
Və bu illər ərzində Əlirza Süleymanovun səsi niyə çıxmayıb ?
Bəli, Ziya Məmmədovun, Arif Əsgərovun dövründə Rusiyadan köhnə vaqonları rəngləyib təzə adı ilə Azərbaycana gətirəndə, milyonlar qazananda niyə səsini çıxartmırdın, Əlirza müəllim ?
Köhnə vaqonları doğrayıb 1 tonunu 160 manata satıb, kağızda 75 manat göstərəndə niyə danışmırdın, cənab Süleymanov ?
Dəmir yol sistemində görülən işlərin qiymətini 2 dəfə şişirdib milyonları mənimsəyirdiniz.
Bütün bu cinayətlər törənəndə sən harada idin, cənab müavin ?
Elə bilirsən sən yaxanı qırağa çəkə biləcəksən, sən məsuliyyətdən kənarda qala biləcəksən ?
Bütün bunları qoyaq bir kənara, bəs, Danişyanla çəkdirdiyin qol-boyun şəkilləri harada gizlədin ?
Yuxarıda qeyd etdik ki, oğlunun adına Slovakiyada biznes qurmusan. Onu başa düşdük, oğlundur. Bəs Danişyanla necə qohum olmusan ?
Bunu sənə çox yaxın olan elə adamlar təsdiq edir, Əlirza müəllim, tərpənməyə yer qalmır.
Azərbaycandan mənimsədiyin milyonları Danişyan necə idarə edir ?
Mərhum qardaşın Nizami Süleymanovun adından istiafdə edərək, nələr etmirdin ?
Suallar çoxdur, Əlirza Süleymanov.
Amma unutma ki, sənin epoxan artıq başa çatır.
Ancaq bu səni məsuliyyətdən qurtarmır. //gundelik-baku.com//
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...