Fərhad Əliyev "Alco” şirətindən Qarabağ döyüşçüsünü işdən qovdurub? - İDDİA
Gundem / Sosial / Maraqli
Oxunub: 554
23 sen 2021 | 17:47
Fərhad Əliyev "Alco” şirətindən Qarabağ döyüşçüsünü işdən qovdurub? - İDDİA


Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən gedir. Redaksiyamıza müraciət edən Əliyev Zaman Bəhruz oğlu əslən Cəbrayılın Çərəkən kəndindəndi.

Amma 1997-ci ildə Sumqayıtda doğulub. Bəlli məsələdi, 23 avqust 1993-cü ildə Cəbrayıl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra valideynləri Sumqayıtda məskunlaşıb. Zaman da Sumqayıtda doğulub, boya-başa çatıb.

2015-17-ci illərdə həqiqi xidmətdə olub, Gəncə-Şəmkir-Gədəbəy ərazilərində xidmət keçib. Tovuz döyüşləri zamanı cəbhəyə getmək üçün Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edib, döyüşlərə könüllü qatılmaq istədiyini bildirib.

Hərbi komissarlıqda qeydiyyata alınıb, lakin orduya çağrılmayıb. 2020-ci ilin sentyabrında Azərbaycan Sulahlı Qüvvələrinin erməni separatçılarına qarşı əks-hücum əməliyyatı başladıqda Zaman yenə də komissarlığa gedərək orduya könüllü yazılıb: "Cəbrayıl ana vətənimdir, mən onun uğrunda döyüşməliyəm”.

Komissarlıqda "hələlik, get, ehtiyac olduqda çağıracağıq” deyiblər. Oktyabrın 27-də Zaman Əliyevə çağırış gəlib və o, Ağcabədiyə yola düşüb. Noyabrın 1-dən 8-dək – Qələbə gününədək Xocavənd istiqamətində döyüşüb. Qələbə günündən sonra daha 20 gün də cəbhədə qalıb. Ordudan tərxisolunma qərarı verildikdən sonra evinə - Sumqayıta qayıdıb. Bura qədər olanlar nə qədər qürurvericidirsə, bundan sonrası utancvericidir. Zaman özü başına gələnləri danışdı:

- 3 il Sumqayıtdakı "Alco” MMC-də işləmişəm. Əvvəlcə çilingər, sonra operator, sonra da fəhlə köməkçisi olmuşam. Nə qədər ki, döyüşlər davam edirdi, mən də cəbhədəydim, zavod rəhbərliyi əmək haqqımı ödəyirdi. Vətən müharibəsi qələbəmizlə başa çatdı, mən ordudan tərxis olunub evə qayıtdım. Döyüş bölgəsində bəzi zədələr almışdım. Ona görə də həkimin məsləhəti oldu ki, 1 ay müalicə olunmalıyam.

Müalicəmi başa vurandan sonra zavoddakı işimə qayıtmaq istədim. Məlum oldu ki, zavod rəhbərliyi məni öz hesabıma məzuniyyətə göndərib. İstehsalat müdiri Eməl Kuşkunun qəbuluna getdim. Mənə dedi ki, "1 gün işləyirsən, 2 gün evdə qalırsan, səndən narazıyıq”.

Mən ona müalicə olunduğumu dedim. Mənə dedi ki, ərizə yaz, 3 ay öz hesabına məzuniyyətə çıx, sonrasına baxarıq. Mən 3 ay işsiz necə qala bilərdim? 24 yaşım var, öz ehtiyaclarımı ödəmək məcburiyyətindəyəm. Bankın kredit borcunu ödəməliyəm, evdə xəstəmiz var. Eməl xanım dedi ki, 3 ay sonra bizimlə işləmək istəyirsənsə, indi məzuniyyət ərizəsi yazmalısan. Mən "Alco” MMC-nin rəhbəri Fərhad Əliyevlə (sabiq istisadi inkişaf naziri, "Azpetrol”un sabiq prezidenti – red.) görüşmək istədiyimizi dedim, çünki hansı səbəblə işdən uzaqlaşdırıldığımı bilmək istəyirdim. Eməl xanımsa "mən nə deyirəm, Fərhad müəllim də onu deyəcək. Mən Fərhad müəllimin adından danışıram”, söylədi.

Mənim Fərhad Əliyevlə görüşməyimə imkan vermədi. Mən bilirəm ki, zavodda işçilərin çoxuna belə məzuniyyət ərizəsi yazdırıb, sonra isə işdən azad ediblər. Belə bir ərizə yazmamaq qərarına gəldim, lakin sonra bildim ki, ərizə yazmasam, əmək kitabçamı verməyəcəklər, ya da ora elə qeyd edəcəklər ki, məni daha heç bir yerdə işə götürən olmayacaq.

3 aylıq "məzuniyyət”i gözləyə bilməzdim, çünki dolanışıq üçün əmək haqqı almalıyam. Ona görə mən işdən azad olunmağımla bağlı ərizə yazdım ki, əmək kitabçamı qısa zamanda əlimə alıb və özümə başqa iş axtarım. Sentyabrın 8-dən etibarən işsizəm. Təsəvvür etməzsiniz, mənə ərizəni gözətçi otağında, sanki gizli, oğrun-oğrun yazdırdılar, fəhlə dostlarımla sağollaşmağa da icazə verilmədi.

Qeyd edək ki, Əliyev Zaman Bəhruz oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Xocavəndin azad edilməsi uğrunda” medalı və Fəxri fərmanla təltif edilib. Zaman Əliyev məcburi köçkün həyatı yaşamış, doğma yurdunu, el-obasını dünya gözü ilə görmədən onu sevən, ona sitayiş edən və uğrunda canını fəda etməyə hazır olan Azərbaycanın minlərlə gəncindən biridir. Belə gənclərin hansısa məmur tərəfindən incidilməsi Vətənin incidilməsidir.Sherq.az
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...