Nəsiminin icra başçısı Asif Əsgərovun “qoçu dəstələri”- “Avtoş oğul”, qəza, ölüm, 300 minlik rüşvət...
Gundem / Bolge / Maraqli
Oxunub: 1 088
11 okt 2021 | 22:22
Nəsiminin icra başçısı Asif Əsgərovun “qoçu dəstələri”- “Avtoş oğul”, qəza, ölüm, 300 minlik rüşvət...


Nəsiminin icra başçısı Asif Əsgərovun adı nələrdə hallanmır ?

1 sotu 300 minə torpaq satan icra başçısı nələr qazanıb ?

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun rüşvət və korrupsiya əməlləri barəsində ölkə mediasında kifayət qədər yazılıb.
Birincisi, ondan başlayaq ki, ixtisasca bədən tərbiyəsi müəllimi olan adam hansı özəl xüsusiyyətlərinə, idarəetmə qabiliyyətlərinə görə, Zaqatala, Səbael və Nəsimi kimi rayonların icra başçısı olub.
Biz də başa düşürük ki, icra başçısı olmağın “fakültəsi-zadı” yoxdur. Amma istənilən halda ixtisas məsələsi nəzərə alınmalıdır.
Uzun illər tərkibində yaşadığımız sovet dönəmində tarix fakültəsinə “raykom” fakültəsi deyirdilər. Amma bədən tərbiyəsinə isə el arasında “dombalaq” peşəsi deyilirdi. Yəqin fərqi hiss etdiniz.
Nə isə, bu məsələni də yıxaq keçid dövrünün üzərinə.
Onu da qeyd edək ki, Asif Əsgərovun adı mətbuatda ən çox oğlunun məsələsi ilə bağlı hallanıb.
Belə ki, bir neçə il əvvəl Asif Əsgərovun “avtoş” oğlu İlham Əsgərli “Mercedes” avtomobili ilə qəza törədərək 16 yaşlı gəncin ölümünə səbəb oldu.
Təsəvvür edirsiniz, qəza törədən, gəncin ölümünə səbəb olan İlham Əsgərlini məhkəmə “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” azad etdi.
Bax, bu yerdə cənab İlham Əliyevin harınlamış məmur övladları ilə bağlı xəbərdarlığı yada düşür.
Ancaq Asif Əsgərov kimi məmurlar Prezidentin dediklərini qulaqardına vururlar.
Bəli, “avtoş” oğlunun hərəkətləri ilə Asif Əsgərov ölkə mətbuatının gündəmini, manşetini bəzədi.
Asif Əsgərov təkcə oğlu ilə gündəmə gəlməyib.
Cənab icra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını “yaşıl soyqrım”da ittiham ediblər.
İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satırdı.
Dəfələrlə sakinlər bu ağac qırğınına etiraz etsələr də icra başçısı etirazlara məhəl qoymurdu.
Ümumiyyətlə, icra başçısı Asif Əsgərovun ən biabırçı, rəzalət dolu fəaliyyəti professorla olan yüzminlik rüşvət qalmaqalıdır.
Bəli, söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevlə icra başçısı Asif Əsgərov arasındakı 300 min rüşvətdən gedir.
Məlumat üçün qeyd edək ki, bütün sənədləri qaydada olan Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını icra başçısı sökdürmüşdü. Daha doğrusu, Asif Əsgərov 20 nəfər cüdoçu-qoçunu əraziyə göndərmişdi.
Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan etdi ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir. Bu hadisə başqa bir ölkədə olsaydı, icra başçısını dərhal həbs edərdilər.
Bunu anlayırsanmı, Asif Əsgərov ?
Onu da qeyd edək ki, söhbət 1 sot torpaqdan gedir. İndi hesablayın görün Asif Əsgərov Nəsimi rayonu ərazisndə minlərlə sot torpaq satıb nə qədər qazanıb...
Bunlar Asif Əsgərovun əmllərindən bircə “damcı”dır.
Asif Əsgərovun əməlləri barədə deputat Adil Əliyev də bir müddət əvvəl açıqlama vermişdi. Açıq şəkildə demişdi ki, rayon ərazisində obyektə qapı açmaq üçün icra başçısı 10 minlərlə rüşvət istəyir.
Buna nə deyirsiniz, cənab başçı ?
Bunu biz media mənsubları demirik e, parlamentin üzü, tanınmış deputat deyir...
Yeri gəlmişkən, Asif Əsgərovun 1-ci müavini Gülarə Verdiyeva tikinti məsələlərində rayonda söz sahiblərindən biridir.
Bütün bunları yazaraq Asif Əsgərova içəridəki “kolleqa”larının aqibətini yada salmaq istəyirik.
Asif müəllim, bir gün növbə sizə də çatacaq.
gundelik baki.com

Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb