Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM: - "Məni ölümlə hədələyən şəxsə himayədarlıq edilir"
Gundem / Bolge
Oxunub: 354
24 noy 2021 | 21:18
Oğuzun İcra Hakimiyyəti və Ədliyyə Nazirliyinə qarşı İTTİHAM: - "Məni ölümlə hədələyən şəxsə himayədarlıq edilir"



“Məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur”.

Bu sözləri Oğuz rayonundan ev və torpaq sahəsi alan şəxsin aldadılması ilə bağlı şikayətinin aidiyyatı qurumlar tərəfindən laqeyd yanaşılmasından şikayətçi olan müharibə veteranı Akif Mirsiyaboğlu Yenicag.az-a açıqlamasında deyib.

Müharibə veteranının sözlərinə görə, bir neçə il öncə Oğuz sakinindən mülk almaq üçün razılaşıb və 3000 manat dəyərində beh verib. Lakin evə sahib olmamaqla yanaşı, verdiyi behi də geri ala bilmir. Müvafiq qurumlar isə bu məsələni araşdırmaqdan boyun qaçırır:

“Özüm Xocalıdanam. Soyqırım zamanı atam, anam, Milli Ordunun zabitləri olan iki qardaşım, bacım və gəlinimiz şəhid olublar. 8 azyaşlı və 2 qadın himayəmdə olmaqla, əvvəl Ağdamda uşaq bağçasında yaşamışıq. Həmin bağça işğal olunandan sonra Bakıya köçmüşük. Müharibə zamanı kontuziya almışam, şəkər və ürək xəstəliyindən əziyyət çəkirəm. Bakıya köçəndən sonra öz vəsaitimlə Yeni Günəşlidə aldığım ikiotaqlı bina evində yaşayıram. Müharibə veteranı, məcburi köçkün və şəhid ailəsi kimi heç vaxt mənzil almaq üçün müraciət etməmişəm.

2017-cı ildə təqaüdə çıxdım. Həkimlər şəhərin səs-küyündən uzaq, təmiz havası olan bölgələrimizdən birində yaşamağın səhhətim üçün faydalı olacağını bildirdilər. Buna görə də Oğuz rayonunda yaşayan dostuma müraciət etdim. O, məni Xalxal kəndində yaşayan tanışı Əmirov Tərlan Abuzər oğlunun evinə apardı. Bu şəxslə 30 sot torpağı və evini 30000 manata almağım barədə razılaşdıq. Həmin şəxs məndən 3000 manat beh alaraq bir aya alqı-satqı edəcəyini bildirdi. Lakin bir ay tamam olsa da, Tərlan Əmirov zəbt etdiyi 14 sot bələdiyyə torpağına sənəd düzəltmədi. Əgər bu iş alınmırsa, verdiyim behin qaytarılmasını istədim. Bir il boyunca Oğuz-Bakı yolları arasında qalsam da, sənəd düzəlmədi və pulumu da qaytarmadı. Ona görə də məhkəməyə müraciət etdim. Məlum oldu ki, həmin şəxs 5 il öncə məni onlara aparan dostumdan da 2700 manatlıq tikinti materialı götürüb, lakin pulunu verməyib.

Müraciətimlə bağlı məhkəmə 6027 manat borcu qaytarması üçün qətnamə verdi, amma üç ildir ki, qətnamənin şərtinə də əməl olunmur. Qətnamənin qərarına görə, Əmirov Tərlanın adına olan 1 hektar torpaq sahəsi, 30 sot bağ və əmlakı siyahıya alınmalı, üzərinə həbs qoyulmalı idi. Təəssüf ki, məhkəmə qərarı icraçıları bu işdə həmin ailəyə himayədarlıq edir. Nə icra baş idarəsinə zəng etmək, nə də qəbuluna düşmək olur.

Hazırda Əmirov Tərlan ailəsi ilə birlikdə Bakıda yaşayır. O, Binəqədi şossesində yerləşən dəmir bazarında həm gözətçi, həm də elektrik qaynaqçısı işləyir. Lakin heç bir əmək müqaviləsi yoxdur. Ədliyyə Nazirliyinə müraciətimdən sonra icra məmurları hərəkətə keçdi. Tərlanın həbs qoyulan torpağının 3 sotunun hərraca çıxarılması və vəsaitin mənə ödənilməsi barədə qərar qəbul olundu. Həmin 3 sot torpağı alan olmadığı üçün borcumun 2880 manatı əvəzinə həmin torpaq mənə verildi. Hərrac sənədlərini alıb Qəbələ reyestr xidmətinə getdim. 130 manat ödəməklə mülkiyyət hüququ vermək əvəzinə, mənə payçı kimi sənəd verdilər. Deyildi ki, mülkiyyət hüququ üçün gərək yenidən məhkəməyə müraciət edim. Hazırda mənə mülkiyyət hüququ verilməsi üçün iş araşdırılır. Əmirovlar ailəsi isə telefonla məni ölümlə hədələyir ki, sənə torpaq verməyəcəyik. Əgər ayağın Xalxala dəysə, səni qəbirə göndərəcəyik.

Borcun qalan hissəsi, yəni 3150 manatın ödənilməsi üçün heç bir tədbir görülmür. Bir il əvvəl məndən işin 306-cı maddəsi ilə istintaqa göndərilməsinə etiraz etməməyimlə bağlı ərizə alınsa da, problem hələ də həll olunmayıb. Ölkə başçısına, Ədliyyə Nazirliyinə göndərdiyim teleqram və elektron müraciətlərin əksəriyyəti “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq, şikayətçi olduğum orqana göndərilməyib və ört-basdır edilir. Bir ay 10 gün bundan əvvəl ölümlə təhdid edilməyimlə bağlı ərizəmə görə də araşdırma başlamayıb”.
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb