Adil Vəliyevin 10 illik XANƏDANI... - Və yaxud Sabunçu necə xaraba günə qaldı...
Gundem / Bolge / Maraqli
Oxunub: 346
30 noy 2021 | 18:20
Adil Vəliyevin 10 illik XANƏDANI... - Və yaxud Sabunçu necə xaraba günə qaldı...


Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır, bu kateqoriyadan olan şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin diqqət və qayğısı hər zaman yüksək olub. Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb. İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən igidlərin ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşmasını, onların sosial problemlərinin həllinə diqqət göstərməsini və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini daim özünün vətəndaşlıq borcu hesab edib.
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır. Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.

Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir. Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə alır. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirən Heydər Əliyev Fondunun prezidenti hər vaxt bu insanlara dəstək olacağını söyləmişdiı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.

Çox təəssüflər olsun ki, Birinci xanıma uzaq qohumluğu çatan və bu qohumluqdan özünə çətir kimi sui-istifadə edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qeyd etdiyimiz həssas kateqoriyaya mənsub insanlara və onların ailə üzvlərinə eyni münasibəti göstərmir. Pul gözünü o qədər tutub ki, rayonda şəhidin dəfninə, şəhid bulağının açılışına getməyi də özü üçün vacib saymır. Hətta polisə qazinin evinin sökülməsi barədə tapşırıq da verir.

Adil Vəliyevin Sabunçu rayonunda ucdantutma torpaq satışı ilə məşğul olması barədə indiyədək çox deyilib, çox yazılıb. Görünür, daha satmağa yer qalmadığından, Sabunçu rayonunun inzibati mərkəzi sayılan Sabunçu qəsəbəsindəki bazarın ətrafınada qanunsuz tikililərə rəvac verib. O ünvanı tanıyanlar bilirlər ki, Sabunçu dəmiryol vağzalının həndəvərində magistral yolun üstündə böyük dairə var idi. Yolun qırağında da piyadaların gediş-gəlişi üçün səki. Küçə ticarətinə “yaşıl işıq” yandıran icra başçısı yolun kənarındakı mağaza-dükanların hamısına şərait yaratdı ki, artırmalar edib səkini mənimsəsinlər. Təbii ki, təmənna qarşılığında. Rayon rəhbəri Sabunçu bazarından Zabrat qəsəbəsinə qalxan yolun sol kənarında da qanunsuz olaraq böyük bir obyektin inşasına rəsmi icazə verib.

4 ay sonra Adil Vəliyevin hazırki vəzifəyə təyin olunmasının 10 ili tamam olacaq. Razılaşaq ki, böyük müddətdir. Adamda özündənrazılıq, “toxunulmazlıq” sindromu yaranıb. Vəliyevin bu vəzifədən kənarlaşdırılması Sabunçu sakinləri üçün böyük müjdə olardı. Amma məbadə işğaldan azad edilmiş, Ermənistanla həmsərhəd rayonlardan birinə göndərilə! Satar torpağı düşmənə.

Nyus.Az

Dünən, 14:33
İcra başçısının şəhid ailəsinə qarşı etdiyi hörmətsizlik
Dünən, 14:27
Ekologiya Nazirliyi dövlət büdcəsin belə talan edir
Dünən, 14:21
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra etmirlər
15-01-2022, 23:39
 "Elə bilirlər ki xidmət belə olmalıdır” - Jurnalist “Ziraat Bank Azərbaycan”ı tənqid etdi
15-01-2022, 22:50
Gəncə səhiyyəsində RƏSMƏN BAZAR AÇIBLAR... - BU DA FAKT!!!
15-01-2022, 22:22
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir
15-01-2022, 21:46
Kimlərəsə yaşıllığı məhv etmək OLARMIŞ... - FAKT BUDUR!
15-01-2022, 21:18
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri nə oyunlardan çıxır? VİDEO
15-01-2022, 20:42
BRAVO, ZAUR, BRAVO... - Əhməzadə getdi... yerində elə Əhmədzadə qaldı...
15-01-2022, 20:21
Lerik sakinləri Allahgın ümidinə buraxılıb... - GİLEY
15-01-2022, 19:49
Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY
15-01-2022, 19:19
"Mingəçevir BAŞÇISI ÖZBAŞINALIQ EDİR, YEYİNTİYLƏ MƏŞĞULDUR ANCAQ" - VƏTƏNDAŞ ETİRAZI...
15-01-2022, 18:50
"Özümü ÖLDÜRƏCƏM, BEZMİŞƏM, 230 manatla 4 nəfəri NƏTƏR SAXLAYIM?" - Biləsuvardan İlkin Səfərov
15-01-2022, 18:20
İrəvan təxribatlara son verməsə, Azərbaycan Ermənistanın dərinliyini bombardman edəcək - İNCƏLƏMƏ...
15-01-2022, 17:47
Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... - NƏ BAŞ VERİR?
15-01-2022, 17:24
London məhkəməsi Eldar Mahmudovun uşaqlarına qarşı - İDDİA RƏDD EDİLDİ
15-01-2022, 16:52
“Ermənilər Qarabağı tərk edə bilmək üçün 10 min dollar rüşvət verirdilər” - deputatdan ilginc açıqlamalar
15-01-2022, 16:23
“Gənc” və “yeni” adlandırılan kadrların arasında da rüşvətxorlar az deyil” - FAKT BUDUR!
15-01-2022, 15:30
Narkoloji Mərkəzdə ŞOK HADİSƏ: Xəstələri çarpayıya bağlayıb DÖYÜRLƏR - "Belə özbaşınalıq olar?.."
15-01-2022, 14:44
İrəvan çalışır ki, Azərbaycanla sərhəddə üçüncü dövlətin hərbi qüvvələrini cəmləşdirsin - Görünəni budur...
15-01-2022, 13:21
"Dəfələrlə Binəqədi icra hakimiyyətinə müraciət etsəm də..." - NARAZILIQ!
15-01-2022, 13:02
Samuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/foto
15-01-2022, 12:30
"Direktor maaşımdan kəsib, məni təhqir edərək hədə-qorxu gəlib" - Siyəzəndə ÖZBAŞINALIQ...
15-01-2022, 10:00
Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir - "MEDİA"
15-01-2022, 09:30
Nazarbayev ev dustağıdır? - Yeni iddialar
15-01-2022, 09:00
"Bakı Kremlin gözünü açır, ruslar çıxacaq" – Erməni ekspert
15-01-2022, 03:36
Bir mənzildə 3 dəfə oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO