Samuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/foto
Gundem / Bolge / Video
Oxunub: 901
15 yan 2022 | 13:02
Samuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/foto


Azərbaycanın bölgələrində göz görə-görə meşələr kütləvi şəkildə məhv edilir. “Qırmızı kitab"a daxil edilən ağaclar kəsilir, meşə fonduna aid torpaqlar iri maşınlarla daşınaraq satılır. Təkcə təbiətə deyil, dövlət büdcəsinə də küllü miqdarda zərər vurulur. Bu barədə Qaynar.media-ya məlumat verən mənbə meşələrin məhvinə dair foto və video-görüntüləri redaksiyaya göndərib. Mənbə bildirir ki, şikayətlər, əldə olan faktlar aidiyyatı qurumlara təqdim edilsə də hec bir ciddi ölcü götürülmür.

Məsələn, belə faktlardan biri 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş verir. İdarə müdiri Qafar Agayev başda olmaqla bu dövlət müəssisəsi bazara cevrilib. Bu bazarın əsas məhsullarının ünvanı Samux meşəbəyiliyinin meşə sahələri sayılır. Samux meşələrində hamının gözü qarşısında əsl qətliam həyata kecirilir. Son bir il ərzində yüzlərlə ağac odun tədarükü adı ilə kəsilib. Yerli sakinlər tör-töküntü yığır, materiallar isə mebel, taxta sexlərinə verilir. Bu ərazidə onlarla taxta sexi fəaliyyətdədir və onların materialları haradan əldə etdiyini araşdırmaqla deyilənləri sübut edə bilərlər.

Samux meşəbəyliyində ağacların kifayət qədər böyük hissəsi "Qırmızı kitab"a salınmış növlər - Azat, Dəmirağac, Şabalıdyarpaq Palıd ağaclarıdır. Ən çox kəsilən ağaclar isə Azat və Palıd ağaclarıdır. Burada iri diametrli, "Qırmızı kitab" növü olan Azat, Dəmirağac, Şabalıdyarpaq palıd ağacı da daxil olmaqla qeyri-qanuni kəsilmiş ağacların sayı-hesabı yoxdur. Bəzi ağaclar isə qəsdən zədələnib və qurumağa tərk edilib. Gözləyirlər ki, qurusun və rahatlıqla kəsilsin.

Kəsilmiş agaclar dogranaraq Siyəzən rayon sakini Bəhrəm adlı şəxsin yük maşını ilə sexlərə daşınır. Qeyd edək ki, bir kamaz matrialın qiyməti 6000 manat civarında satılır. Bütün bu qanunsuzluqlara Samux meşəbəyliyinin meşəbəyi Fizuli Məmmədov rəhbərlik edir. Fizuli Məmmədovun "böyüyü" isə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Qafar Agayevdir. Meşələrə qənim kəsilən bu "mafiya"nın "xac atası" isə lap yuxarılardadır, nazirlikdə əyləşir.




Mənbənin məlumatına görə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin direktoru Qafar Agayev Ekologiya və təbii sərvətlər nazirliyinin meşələrin mühafizəsi və inkişafı xidməti departamentinin sabiq rəisi Namik Xıdırovun yaxın qohumudur. O, soy adını dəyişırək anasının soy adını götürüb.

Redaksiyamıza təqdim olunmuş, sabiq departament rəhbəri Namiq Xıdırovun təkcə Şabranda yeləşən idarəsində "məskunlaşmış" qohum-əqrabasının natamam siyahısını dərc edirik:


1. Şəmsi Allahverdiyev - direktor. Namiq Xıdırovun dayısı nəvəsidir.

2. Məmmədov Ramin Valeh oglu hec bir təhsili olmadıgı halda Siyəzən meşəbəyliyinə şöbə müdiri təyin olunub. Şəmsi Allahverdiyevin dogmaca dayısı ogludur.

3.Məhərrəmov Mahir Ləti oglu və Lətifli Vüsal Mahir oglu (ata-ogul). Məhərrəmov Mahir Lətif oglu Şabran Regionalın Giləzi şöbəsinə baş mütəxəssis, oglu Lətifli Vüsal Mahir oglu isə Şabran Regionala təsərrüfat üzrə baş mütəxəssis təyin edilmişlər. Şəmsi Allahverdiyevin qapı qonsusudur. Qərbi Azərbaycandan Xızıya yerləşmişlər, həmyerlisi və qohumlarıdır.

4. Samir Xıdırov - Namiq Xıdırovun əmisi ogludur. İsmayıllının Girdiman müşəbəyliyinə meşəbəyi təyin olunub.

5. Agayev Qafar Akif oglu - Namiq Xıdırovun əmisi Akif Xıdırovun ogludur. Babasının familiyası ilə güdir. 5 saylı Ekologiya idarəsində yüksək vəzifəyə təyin olunub.

6. Həşimov Hilal Cəlal oglu - Şəmsi Allahverdiyevin kirvəsidir, müavin vəzifəsinə namizəddir. Abaslı Orxan Rizvan oglunun atası Şəmsi Allahverdiyevin həmyerlisi və qohunudur. Meşə gözətcisidir. Orucov Anar Süleyman oglu Şəmsi Allahverdiyevin həmyerli-qhumluq zəmnində vəzifələrə təyin olunublar.

Qeyd edək ki, Namiq Xıdırovun əmisi Şəmistan Xıdırov İsmayıllı rayonunda Ruşan, Vəng meşəbəyliyində baş meşəbəyidir və həmin ərazidə artıq bir dənə də olsun böyük ağac tapmaq mümkün deyil. Çünki hamısı doğranılıb və qonşu rayonlara və sair satılıb.

Hazırad Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir. Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, müdir əvəzi Kamil, Xanmusa və Sabir adlı meşəbəyilər vəzifələrindən azad olunublar. Mənbəmizin məlumatın görə nazirliyin departament rəhbəri Namiq Xıdırov da vəzifəcindən cıxarılıb. Bütün bu qanunsuzluqların başında dayanan nazir müavini Vüqar Kərimovun da vəziyyəti yaxşı deyil.

Ümumiyyətlə, nazirlikdə bu sahədə ciddi qanun pozuntuları mövcuddur, ancaq rəhbərlik yerində olmadığı üçün tədbir görülmür. İdarə rəisləri və nazir müavinləri, nazir Muxtar Babayevi saxta məlumat və statistika ilə aldadırlar.

Araşdırmalarımız davam edir.

QARŞI TƏRƏFİN DƏ MÖVQEYİNİ DƏRC EDƏ BİLƏRİK.


Aşağıda Dəvəci meşəbəyində baş verən meşə qətliamı barədə cəkilmiş video süjeti və şəkillər təqdim edirik:

Samuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/fotoSamuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/foto
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?