İcra başçısının şəhid ailəsinə qarşı etdiyi hörmətsizlik
Gundem / Sosial / Maraqli / Video
Oxunub: 627
16 yan 2022 | 14:33
İcra başçısının şəhid ailəsinə qarşı etdiyi hörmətsizlik




Prezident İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində məmurlara xəbərdarlıq etdi. Bildirdi ki, son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət hər kəs üçün dərs olmalıdır. Problemin kökü təkcə məmurun öz vəzifəsini vicdanlı və qanunauyğun şəkildə icra edib-etməməsi ilə məhdudlaşmır. Bu həm də idarəetmə sistemində əsaslı dəyişikliklər etməyi tələb edir. Son illər ərzində aparılmış institusional islahatlar bu problemlərin bir çoxunu həll edib. Xüsusilə ASAN Xidmətinin tətbiqi və getdikcə təkmilləşdirilməsi məmur-vətəndaş münasibətlərinə xeyli şəffaflıq gətirib və bunun nəticəsini hər bir vətəndaş gündəlik həyatında hiss edir. Yerli idarəçilik orqanlarının işinin təkmilləşdirilməsi də bu baxımdan çox faydalı ola bilər. Prezident bu məsələyə də toxunaraq bu istiqamətdə aparılan islahatların dərinləşəcəyini bildirdi.

Bir müddət əvvəl bəzi icra hakimiyyətlərinin fəaliyyətləri ilə bağlı aşkarlanan və cəmiyyətə təqdim olunan neqativ hallar bu sahədə köklü islahatların aparılmasının vacibliyi ilə bağlı müzakirələrin açılmasına səbəb olmuşdu. İcra hakimiyyətlərinin ləğv edilməsi, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi, bələdiyyə institutunun təkmilləşdirilməsi təkliflər sırasında idi.

Ötən ilin son ayında isə Prezident İlham Əliyevin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı məsələnin əhəmiyyətini yenidən gündəmə gətirdi.

Konkret olaraq bir neçə icra başçısının fəaliyyətindəki neqativ hallara görə Prezident İlham Əliyev bir sıra mühüm qərarları qəbul etdi. Həmçinin həbs edilənlər də oldu və Azərbaycan cəmiyyəti də burada hansı formada işlərin qurulduğunun şahidi oldu. Bu gün ümumiyyətlə dünyada müxtəlif idarəçilik modelləri üzərində iş gedir. İcra hakimiyyəti strukturu sovet dövründən mövcud olan bir struktur idi. Katiblik, raykomlar və s. Bu gün isə görünən odur ki, bizdə də bu qədər icra hakimiyyətinin fəaliyyətinə ehtiyac yoxdur. Cənab Prezidentin sərəncamı ilə Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin edilməsi ona hesablanmış bir addımdır ki, artıq bölgü aparılır və bu qərar idarəçilik sahəsində atılmış məqsədəuyğun addımdır.

Zaman-zaman təyin olunan icra başçıları davranışlarında özlərini hər şeyin sahibi kimi mükəlləf aparırdılar. Bu da vətəndaş narazılığına səbəb olurdu, biznesin inkişafına əngəl yaradırdı, həmçinin yerli sahibkarlara basqılar belə edilirdi. İnstitutsional olaraq yerli icra hakimiyyətlərinin özünü doğrultmadığı aşkar görünür. İndi görünən odur ki, addım-addım yerli icra hakimiyyəti strukturlarının ləğvi, əvəzinə böyük iqtisadi rayonların inzibati ərazi vahidlərinin yaradılması və Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması prosesinə start verilib.

Görünən odur ki, ölkədə mərkəzi və yerli icra orqanlarının fəaliyyətinin optimallaşdırılması vacib şərtlərdən birinə çevrilib. Ancaq bu o demək deyildir ki, optimallaşdırma prosesi reallaşana qədər icra hakimləri istədikləri qanunsuzluqları edə və cəzasız qala bilərlər.

Hazırda yerli icra hakimiyyətləri başçılarının xalqa, dövlətə, cəmiyyətə münasibətdə səmimiyyətlərinin ən çox sınağa çəkildikləri məsələ Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və onların problemlərinə nə dərəcədə həssas yanaşmalarıdır. Təəssüf, bəzi rayon rəhbərləri bu sınaqdan çıxa bilmirlər. Bu günlərdə redaksiyamıza Füzuli rayonunun 2-ci Qayıdış qəsəbəsindən şəhid Abbasov İlham Əli oğlunun anası Abbasova Qönçə Şiraslan qızı müraciət edərək bildirmişdir ki, erkən yaşlarından atasız qalan, çadır şəhərciyində min bir əziyyətə qatlaşaraq böyütdüyü 6 övladdan (iki oğul, bir qız) yalnız rəhmətlik İlham işləyirmiş. O, şəhid düşəndən sonra yeganə gəlirləri şəhid ailəsi kimi aldıqları müavinətdir ki, bu da dolanışıqlarına yetmir. İkinci oğlunu işə düzəltmək məqsədilə müraciət etdiyi RİH başçısı Alı Alıyev onları xeyli cəhdlərindən sonra qəbul edib. Qöççə xanım yalvar-yaxar edib ki, özü şəkər xəstəliyindən, qan təzyiqindən əziyyət çəkir, ürəyindən əməliyyata məruz qalıb, oğluna iş istəyir. Onlar rayon rəhbərinə məlum idarələrdən birində boş iş yerinin olduğunu da deyiblər. Başçı isə onların “gözlərinin içinə qədər” yalan danışdıqlarını iddia edib və hirslənərək özündən çıxıb. Şəhidin anasına da sərt şəkildə bildirib ki, sosial məsafəni qorusun, yaxın gəlməsin, pandemiya şəraitidir. Bu azmış kimi, şəhidin qardaşına kətil tullayıb, təpik vurmağa çalışıb. Qönçə xanım deyir ki, insident zaman görüşdə iştirak edən I Qarabağ müharibəsi əlili Möhtərəm adlı şəxs də baş verənlərin şahidi olub.

Ümumiyyətlə, Alı Alıyevin barəsində ictimai rəy heç vaxt yaxşı olmayıb. Rayon rəhbəri vəzifəsinə irəli çəkilməzdən əvvəl işlədiyi Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru, Füzuli rayon Suvarma Sistemləri İdarəsinin rəisi olarkən vəzifələrindən sui-istifadə edib, kreslosunu, səlahiyyətlərini özünə var-dövlət toplamaq fürsəti kimi dəyərləndirib. Etibarlı mənbələr bildirirlər ki, qanunsuz sahibkarlıqla məşğul olan Alı Alıyev II Qarabağ müharibəsi başlayanda sahibi olduğu fermalardakı 1000 başdan yuxarı sayda mal-qarasını tələsik satıb ki, birdən ordunun ehtiyacı üçün istəyərlər, yox deyə bilməz.

Alıyevin təkcə Füzuli rayonundakı örüş sahələrinə, mebel sexlərinə, restoranlara deyil, paytaxt Bakıda, Binəqədi rayonunda da biznesə, mənzil və obyektlərə malik olduğu bildirilir. Yiyələndiyi haram gəlirlə böyütdüyü oğlu Elvin Alıyev də qanunazidd hərəkətlərinə görə daxili işlər orqanlarından kənarlaşdırılıb.

Mövzuya qayıdacağıq.
Bu gün, 17:47
Azərbaycanda referenduma gizli hazırlıq görülür? – “Gedin, adınıza kart açdırın…”
Bu gün, 17:25
Brüssel görüşü BÖYÜK SÜLHƏ yol açacaqmı? - GƏLİŞMƏ
Bu gün, 16:52
Lerik sakinlərinin ACINACAQLI HƏYATI... - VİDEOREPORTAJ
Bu gün, 16:19
“MOSKVA DA, BRÜSSEL DƏ İSTƏYİR Kİ, MÜNAQİŞƏ OCAĞI QALSIN” - Görünəni budur...
Bu gün, 16:00
Kəlbəcərdə "İstisu" sanatoriyasında dincəlmək istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Bu gün, 15:30
Azərbaycan hərbçiləri Türkiyədəki təlimdə növbəti tapşırıqları icra edib - VİDEO
Bu gün, 14:22
Dəmir Yollarına rəhbərlik ona həvalə edildi
Bu gün, 14:06
UÇAN, AZERBAYCAN ORTAK KADER VE KADİM DOSTLUKTUR
Bu gün, 13:52
Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməli qoyuldu
Bu gün, 13:49
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər
Bu gün, 13:03
Selçuk Bayraktar: “Ürəyimizdə bir zaman yara olan Qarabağ qardaşlığımızın zirvəsidir"
Bu gün, 12:58
Azərbaycan və Türkiyə prezidentləri “Texnofest Azərbaycan”ı ziyarət edəcək
Bu gün, 12:28
Kooperasiya Universitetində ata REKTOR, qızı isə PROREKTORDUR… – Eldar Quliyevin “təhsil biznesi”….
Bu gün, 12:12
Putin İlham Əliyevi təbrik etdi
Bu gün, 11:58
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
Bu gün, 11:25
Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
Bu gün, 11:19
Azərbaycanda kimlərin koronavirus cəriməsi silinəcək? - AÇIQLAMA
Bu gün, 11:10
Biabırçılıq! İşçiləri görün necə aldadıb maaşlarını vermirlər - Bax Bu da Belə
Bu gün, 10:39
Azərbaycan hərbi pilotları beynəlxalq təlimdə - FOTO/VİDEO
Bu gün, 10:35
Səlim Müslümov ev dustaqlığına buraxıldı
Bu gün, 10:31
Bu gün “TEKNOFEST Azərbaycan” festivalı işə başlayır
Bu gün, 09:00
İlham Əliyev hakimiyyəti yenidən formalaşdırır... - Proses gedir... davam edəcək...
Dünən, 21:48
“Səhliyalı”nın “1000 bərəkət, halal nemət”inə haram qatan kimlərdir? - İTTİHAM VAR!
Dünən, 21:45
Milli komanda Daşkəndə yola düşdü
Dünən, 21:18
"Saxta hərbi biletlə at oynadanlar, Rusiyada gizlənələr mənə təzyiq göstərir" - Gədəbəydən Şikayət
Dünən, 20:24
Brüsseldə üçüncü raund: sülhə ümid varmı? - İNCƏLƏMƏ...
Dünən, 19:49
Təhsil Nazirliyi QANUNLARI NECƏ POZUR... - Ekspert danışır