Masallı meşə təsərrüfatının bədxassəli şişi M. Nurəliyev
Gundem / Bolge / Maraqli
Oxunub: 1 012
8 may 2022 | 22:17
Masallı meşə təsərrüfatının bədxassəli  şişi M. Nurəliyev


Bir qrup Masallı Regional Meşə Təsərrüfatında işləri ixtisara düşmüş işçilər Turkdunyası.az xəbər portalına şikayət ünvanlayıb.

Şikayətçilərin bildirdiyinə görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühasibi Mansur Nürəliyevin qanunsuz hərəkətlərinə "dur" deyən yoxdur. Baş mühasib Mansur Nürəliyev​ işçilərin əmək haqqlarını vaxtında ödəmir, bilərəkdən işçiləri incidir. Bundan başqa baş mühasib Mansur​ Nürəliyev​ Masallı Regional Meşə Təsərrüfatı​ Mərkəzinin 01 aprel 2022- ci il tarixdə Əmək​ məcəlləsinin 70- ci maddəsinin​ “b” bəndinə əsasən ixtisar​ edilərək işdən azad olunan bir qrup​ işçilərin​ hüquqlarını tapdalayır. Əmək qanunvericiliyinə uyğun​ olaraq​ həmin işçilərə​ ödənilməli​ olan sonn haqq- hesab​ və​ kompenssasiya bu günə kimi​ baş mühasib​ Mansur​ Nürəliyev​ tərəfindən​ ödənilmir. Bu​ faktdan​ xəbərdar​ olan Dövlət​ Əmək​ Müfəttişliyinin​ müvafiq​ ərazi​ şöbələri​ bu​ qanunsuzluğa​ göz yumur. Əmək müffətişliyi​ Baş mühasib​ Mansur​ Nürəliyevin işçilərin əmək​ haqqlarını hər ay​ gecikdirməsinə​ və​ bundan başqa ixtisar​ edilərək​ işdən​ azad​ edilən​ işçilərə​ ödənilməli​ olan​ son haqq- hesab​ və​ kompenssasiya​ ödənişini​ etmədiyinə​ görə​ barəsində​ heç​ bir​ tədbir​ görməmişdir. Halbuki,​ mövcud​ qanunvericiliyə​ görə​ Əmək​ haqqının​ gecikdirilmiş​ hər​ günü​ üçün​ əlavə​ faiz​ hesablanaraq​ əmək​ haqqına​ əlavə​ edilərək​ ödənilməlidir.​ Bundan başqa 01 aprel 2022-ci il​ tarixdə​ ixtisar​ edilərək​ işdən​ azad​ edmiş​ işçilərə gecikdirilmədən son haqq hesab və kompensasiya ödənilməlidir. Azərbaycan​ Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əməkhaqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdən çıxarma müavinəti ödənilir:
- bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
Bu cür gözəl qanunlarımız​ olmasına​ baxmayaraq​ Masallı Regional​ Meşə​ Təsərrüfatı​ Mərkəzində​ baş mühasib​ Mansur Nürəliyev qanunvericiliyə​ əməl​ etmir.​ Ona​ görə də​ aidiyyatı​ orqanlardan​ bu​ barədə​ tədbir​ görmələrini​ xahiş​ edirik.

Qarşı tərəfi dinləməyə hazırıq
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı