Qoşqar Təhməzli pomidor monopoliyası yaradır: "Azfrut Promo" MMC haqda Prezidentə dosye...
Gundem / Sosial / Maraqli
Oxunub: 527
18 may 2022 | 21:18
Qoşqar Təhməzli pomidor monopoliyası yaradır: "Azfrut Promo" MMC haqda Prezidentə dosye...


Ölkədə illərlə sahibkarların xirtdəyinə yapışıb qanını sovuran, zəli kimi qan içən strukturlardan biri 2015-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi idi. Eldar Mahmudovun bandası iş adamlarının dərisinə saman təpir, onların başına elə müsibət gətirirdi ki, biznes sahibləri bir də ayağa qalxa bilmirdilər. Nəticədə itirən sahibkarlıq, ölkə iqtisadiyyatı olurdu. Mahmudovun dəstəsi ilə yanaşı sabiq vergi naziri Fazil Məmmədovun da komandası özünün başçılığı ilə sahibkarlara qan uddururdu. Təbii ki, xalqın və sahibkarların narazı qaldığı hər iki qurum indi yoxdurlar, rəhbərləri də işlərini itiriblər. Lakin ölkədə iş adamlarının problemləri, onlara maneələr bitmək bilmir. Teref.az-ın yazdığına görə, Anaxeber.info bildirir ki, xeyli vaxtdı sahibkarlar Qida Təhlükəsizliyi Agentliyinin onlara yaratdığı süni əngəllər haqda Prezident İlham Əliyevə müraciətlər ünvanlayır. Təəssüf ki, ardıcıl edilən müraciətlərə müsbət reaksiya gəlmir. Çünki onların səsi lazımı ünvana çatdırılmır. Məlum olur ki, agentlik və onun oliqarx sədri, Slovakiyada biznesi üzə çıxmış, barəsində müxtəlif ittihamlar səslənmiş Qoşqar Təhməzli pomidor ixracında qərəzli şəkildə maneələr təşkil edir, nəticə etibarı ilə monopoliyaya xidmət göstərir. Sahibkarların saytımıza yolladığı məktubda Prezidentə müraciət edilərək qeyd olunur ki, Rusiyanı bəhanə edərək ölkə ərazisindən pomidor ixracına süni maneələr yaradılır. Onların sözlərinə görə, əslində, Rusiya faktoru bəhanədir. İş adamları Prezidentə real sübut təqdim edirlər. Onların dediyinə görə, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etsələr də, Rusiyanın pomidor ixracına qoyduğu qadağanı ləğv etdiyini bildirsələr də, Agentlik onlara pomidor ixracına yenə problem yaradır. Ancaq göstərilən əsas fakt ondan ibarətdir ki, kvota məsələsini bəhanə edərək icazəsi olan istixanalara belə fito sertifikat verilməsini məhdudlaşdırırlar. Maraqlı olan odur ki, "Azfrut Promo" MMC istixanasından pomidor limitsiz ixrac edilir. Bəs, səbəb nədir, niyə ayrıseçkilik edilir? Sahibkarlar soruşurlar ki, başqa istixanalardan vaqon üçün daxili fito sertifikat alınarkən maneələr olduğu halda, nə üçün "Azfrut Promo" MMC-yə bu maneə tətbiq olunmur? İç adamlarının dediyinə görə, həmin istixana Qida Təhlükəsizliyi Agentliyinin himayəsindədir. Belə desək, sədr Qoşqar Təhməzlinin biznesinə daxildir və bu məmur konkret inhisarçılıq edir. Çünki gün ərzində ölkə ərazisindən ixrac edilən pomidor məhsulun 60 faizi həmin "Azfrut Promo" MMC-nin payına düşür. Bundan əlavə, deyilir ki, sözügedən qurumun bəzi regionlarda laboratoriya qıtlığı və ixraca maneə yaratması səbəbləri araşdırılmalıdır. Çünki həmin laboratoriya nümunələrini Bakıda müayinədən keçirilməsi sahibkarı bir-iki sutka geriyə salır. Yəni bu da böyük zərər deməkdir. Prezidentə üz tutan sahibkarlar yardım istəyirlər. Onlar deyirlər ki, ölkədən ixrac edilən pomidor məhsulunun bu cür inhisar altına alınması yolverilməzdir və qarşısı alınmalıdır. Qəribədir ki, internet resurslarında axtarış verərkən həmin MMC haqda informasiyaya rast gəlinmədi. Görünür, Qoşqar Təhməzlinin rəhbəri olduğu agentlik həmin şirkəti elə özü qurub.

Qoşqar Təhməzli pomidor monopoliyası yaradır: "Azfrut Promo" MMC haqda Prezidentə dosye...
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE