Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir
Gundem / Sosial / Maraqli
Oxunub: 534
19 may 2022 | 22:22
Bahalı biletlər də bəs etmədi: - Cahangir Əsgərov yenə pul qopartmaq istəyir


“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ili 76 milyon 415 min manat zərər ilə başa vurub.

2019-cu ildə isə AZAL-ın zərəri 78 milyon 770 min manat idi. Hətta 2019-cu ildə AZAL-ın sərnişin daşımalardan və digər xidmətlərdən gəlirləri 1 milyard 8 milyon 459 min manat olmasına baxmayaraq, 2020-ci ildə isə bu rəqəm 335 milyon 236 min manata qədər azalıb. Qeyd edək ki, AZAL gəlirlərinin azalmasını koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər ilə bağlı olduğunu açıqlayıb.

Amma nəzərə almaq lazımdır ki, 2020-ci ildə AZAL-a dövlət tərəfindən pandemiya ilə bağlı olaraq 232 milyon 82 min manat subsidiya ayrılıb. Bununla yanaşı, quru sərhədlərinin bağlı olması ölkəyə gediş-gəliş sadəcə hava yolu ilə mümkündür. Üstəlik, AZAL-ın bilet qiymətlərinin fantastik dərəcədə baha olması da hər kəsə məlumdur. Dünyanın ən bahalı sərnişin daşıma şirkətlərindən biri olan AZAL-ın pandemiyanı bəhanə edərək hər ili zərərlə bitirdiyini açıqlaması da birmənalı qarşılanmır.

Belə olan halda sual yaranır, Cahangir Əsgərovun rəhbərlik etdiyi AZAL-ın hər il zərər etməsinin səbəbi nədir? Dia.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Razi Abbasbəyli bildirib ki, “Azərbaycan Hava Yolları” sistemində uzun illərdir davam edən xaos var:

“Bu xaos kimlərinsə marağındadır və ortada milyonların talanmasından söhbət gedir. Azərbaycanın hava nəqliyyatı sektorunda dövlətin payının yüksək olması və daha aşağı sinifli xarici şirkətlərin buraxılmaması da sektorda ciddi xaotik bir vəziyyət yaradır. Açıqlanan məlumat isə konkret olaraq, korrupsiya üçün yeni bir zəmin yaratmaq məqsədi daşıyır. Onlar bu vasitə ilə yenidən dövlətdən pul qopartmağa çalışırlar.

Lakin AZAL rəhbərliyi də yaxşı bilir ki, ölkə əhalisi arasında biletlərin baha olması ilə bağlı uzun zamandır çox ciddi narazılıq var. Hətta bununla bağlı dəfələrlə deputatlar da Milli Məclisdə iradlarını bildiriblər. Bütün bu proseslərin baş verdiyi vəziyyətdə isə AZAL pandemiyanı əsas gətirərək ziyanla işlədiyini açıqlayır. Əlbəttə ki, bu səbəblər heç də əsaslı sayıla bilməz. Çünki həm dövlətin payının yüksək olması, həm də digər özəl şirkətlərin hava nəqliyyat sektorumuza buraxılmaması burada çox ciddi korrupsiya faktlarının olduğunu göstərir. Onlar narazılığın qarşısına bir arqument qoymaq üçün ziyanla işlədiklərini açıqlayırlar. Yəni ziyanla işlədikləri üçün tariflərin yüksək olduğunu demək istəyirlər. Bu isə korrupsioner məmurların özünü qoruma instikti kimi qəbul edilə bilər. Çünki bu, heç bir iqtisadi əsası olmayan yanaşmadır”.

Ekspert son 2 ildə dünyada turizm və iqtisadi sektorların inkişafında hava daşımaçılığının daha çox inkişaf etdiyini diqqətə çatdırıb:

“Həmçinin, ucuz qiymətə daşımaçılığı həyata keçirən nəqliyyat şirkətlərinə də tələb artıb. Böyük nəqliyyat şirkətləri bəzən ziyanla qarılaşdıqları halda, kiçik daşımaçılıq şirkətləri uğur qazana bilirlər.

Xatırladım ki, Azərbaycanda da Gəncə, Qəbələ, Füzuli və ya digər şəhərlərimizə ucuz qiymətlərə daşıma təklif edən şirkətlərin cəlb olunması gündəmə gəlmişdi. Bu, dünyanın bir çox ölkələrində təcrübdən keçmiş metoddur. Hətta Gürcüstanda bənzər addımlar atılıb və sərnişinlərə çox ucuz qiymətlər təklif olunur. Əgər AZAL ziyanla işləyirsə, o zaman kənara çəkilsin. Heç olmasa, regionlardakı hava limanlarına ucuz qiymətlərlə biletlər təklif edən şirkətləri buraxsınlar. AZAL həqiqətən ziyanla işləyirsə, ya özəlləşdirilməli, ya da ki bu sahəyə ucuz biletlər təklif edən şirkətlər gətirilməlidir. Beləliklə, dövlətin də yükü azalar və ziyanla işləyən bir şirkətə əlavə pul verməz. Üstəlik, digər xarici şirkətləri Azərbaycanın hava məkanına buraxmaqla, onların ödədiyi vergi hesabına da dövlət xeyir görər”.

Razi Abbasbəyli hesab edir ki, AZAL-da istifadə edilən vəsaitlərlə bağlı araşdırılma aparılmalıdır:

“Son 10 il ərzində AZAL-da hər hansısa bir audit aparılması ilə bağlı da rəsmi məlumat yoxdur. Hətta Hesablamalar Palatasının bununla bağlı heç bir açıqlamasına da rast gəlmirik. Fikrimcə, ən qısa zamanda AZAL-da yoxlamalar həyata keçirilməlidir. Əminəm ki, yoxlamalar zamanı AZAL-da ziyan yox, milyonlarla vəsaitin talan edildiyinin şahidi ola bilərik”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO