Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - TOTAL NARAZILIQ
Gundem / Sosial / Maraqli
Oxunub: 257
21 may 2022 | 20:24
Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - TOTAL NARAZILIQ


“Suvarma mövsümü gəlib çatıb, yenə ağaclarımıza baxa-baxa qalmışıq. Gözümüzün önündə hər gün bir neçə ağac quruyur, çıxarıb atırıq. Şəxsən mənim bağda 100-dən çox ağacım vardı. Bağdan hər il azı 3500-4000 manat mənfəət götürürdüm. İndi vur-tut 30 ağac qalıb, onları da suvara bilmirəm, çoxu quruyub”.

Ziyafət Əliyev Lənkəranın Aşağı Təngivan kənd sakinidir. 30 ildən çoxdur ki, meyvəçiliklə məşğul olur. Ancaq son 5-6 ildə bir şirkətin meyvə bağlarını viran qoyması səbəbindən təsərrüfatı məhv olub. Tək Ziyafət Əliyev yox, Yuxarı və Aşağı Təngivan kəndindəki xeyli ailə feyxoa bağlarından əlini üzüb.

Təngivan yaxınlığındakı hektarlarla ərazidə 1990-cı ildən başlayaraq kəndlilər əvvəlcə çəltik əkib. 1999-cu ildən artıq pay torpaqlarına çevrilərək mülkiyyətlərinə verilmiş həmin sahələrdə kəndlilər birləşərək feyxoa bağları salıb. Ziyafət Əliyev deyir, ilk vaxtlarda bağlar kustar yolla qazılmış su quyusundan su çəkməklə bağları suvararmışlar. Sonralar birləşib su mühərriki alıblar, mühərrik vasitəsilə bağlara su vurmağa başlayıblar. Aşağı və Yuxarı təngivanlılar öz ağlarını beləcə, növbəli şəkildə suvarır, mövsümdə meyvələri yığıb satmaqla güzəranlarını qururlarmış. Bir neçə il əvvəl “Kaspi Yıldız” MMC tərəfindən qum-çınqıl hasilatı məqsədilə yaxınlıqdakı çayın dibi və sahili qazılmağa, sonralar bu qazıntının sonralar bağlara tərəf uzanmağa davam etməsi (Meydan TV bu barədə bir neçə dəfə yazıb) səbəbindən meyvə təsərrüfatları da məhv olmağa başlayıb:

“Çayı qazanda Yuxarı təngivanlıların öz pay torpaqlarına (meyvə bağlarına) olan körpüsünü dağıtdılar, ona görə də Yuxarı təngivanlılar ümumiyyətlə, meyvə bağlarına gəlib-gedə bilmirlər. Onların bağlarından artıq əsər-əlamət qalmayıb. Biz – yəni Aşağı təngivanlılar da uzun müddətdir ki, bağlarına əziyyətlə gəlib-gedirik. Keçiblər pay torpaqlarımıza, qaza-qaza gedirlər. Qonşunun bar verən 150 feyxoa ağacını kəsib atdılar kənara, yerini də qazıb torpağını daşıdılar, şikayət etmədiyi yer qalmadı, nəticəsi olmadı. O boyda təsərrüfatdan cəmi 9 ya 10 təsərrüfat qalıb burda…”

Ziyafət Əliyev ailəsini feyxoadan əldə etdiyi qazancla dolandırırmış. Deyir, bu bağdan daha çox qazanc götürənlər varmış:

“Ən az ağac məndə olub. Məsələn, bacımın 300-ə, qardaşımın 200-ə yaxın ağacı vardı. Qonşum var, hansı ki, 400-dən çox ağacı olub. Onlar daha çox mənfəət itirib. Təsəvvür edin ki, illərlə bağ saxlayırsız, o bağ sizin yeganə dolanışıq yerinizdir, yeganə təsərrüfatınızdır və bir gün kimsə gəlib hər-şeyi alt-üst edir. Və söhbət bir nəfərin yox, onlarla kəndlinin təsərrüfatından gedir. Təngivanda yaşamaq üçün səbəb qalmayıb. İllərdir ki, yazılır, çəkilir, göstərilir, ancaq elə bil daha da qəddarlaşırlar. Yolları dağıdıblar, heyvandarlığı, meyvəçiliyi məhv ediblər. Məsələn, mən heyvanlarıma yemi bu ərazidən daşıyırdım, indi burda ot da bitmir. Kəndlilər yem tapa bilmədiklərinə görə heyvanlarını dəyər-dəyməzinə satmalı olur və bütün bunlara bir son verən yoxdur”.

Kənd sakini Şirvan Nəzərov da bağ təsərrüfatının məhv olmasından danışır. Deyir, illərlə ailəsinin dolanışıq yeri olan feyxoa təsərrüfatı susuzluqdan məhv olub:

“Bütün aidiyyəti qurumlara yazmışıq, prezidentə, vitse-prezidentə yazmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirlriyindən gəlib baxıblar, bizə məktub göndəriblər ki, şirkət qanunsuz işlərlə məşğul olur. Ancaq nə faydası? Sahibkar öz işindədir. O, bağlarımızı, örüşlərimizi yox, birbaşa həyatımızı məhv edir. Kəndlinin təsərrüfatını dağıtdın, ya həyatını, eyni şeydir. Tələb edirik ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın, bizi və təsərrüfatlarımızı bu yırtıcıların əlindən xilas etsin. Bağlarımızı susuzluqdan yandırıblar, örüş yerlərimizi qazıb, torpağını daşıyıblar, heyvanlarımız acından ölməsin deyə, dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmışıq, biz nə edək, necə yaşayaq? Bir sahibkarın daha çox pul qazanması üçün bizi daha hansı faciələr gözləyir?”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Bu il “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

Bu məsələylə bağlı Meydan TV bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, Lənkəranın və Lerikin icra hakimiyyətləriylə əlaqə saxlayıb. Hər dəfə nazirlikdən şirkətin fəaliyyətinin qanunsuz, icra hakimiyyətlərindənsə qanuni olduğunu bildiriblər. //Meydan TV//
Bu gün, 14:46
“Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”
Bu gün, 14:43
“İstisu suyu ixrac ediləcək” - Prezident
Bu gün, 14:39
“Bu gün mən burada olmalı idim”
Bu gün, 14:36
Prezident Murov dağının altından çəkilən tuneldən danışdı
Bu gün, 14:31
Bakı Bəyannaməsi imzalandı
Bu gün, 14:27
İlham Əliyev Kəlbəcərlə bağlı göstəriş verdi
Bu gün, 14:22
Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib - GENİŞ REPORTAJ
Bu gün, 14:12
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 14:07
Prezident Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış etdi
Bu gün, 14:02
Prezidentdən Ermənistana daha bir - Xəbərdarlıq
Bu gün, 00:46
Masallıda Ekoloji Fəlakət
Bu gün, 00:41
Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib - FOTO
Dünən, 00:41
Niyazi Bayramovun Şöhrəddin Verdiyevlə ŞƏRİK TALANI... - İLGİNC FAKTLAR
Dünən, 00:37
Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür
25-06-2022, 23:39
Sülhməramlıların komandanlığının xəritə oyunu - məqsəd nədir?
25-06-2022, 22:50
Taleh Qaraşov üçün sakinlərin TALEHİ MARAQLIDIRMI? - NARAZILIQ!
25-06-2022, 22:22
Bakının “dəmir” 2025 hədəfi: Qazaxıstan nümunəsi təkrarlana bilər - NƏ BAŞ VERİR?
25-06-2022, 21:50
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
25-06-2022, 21:45
Prezident bir qrup hərbi qulluqçunu təltif edib - SİYAHI
25-06-2022, 21:43
Azərbaycana qarşı ağlasığmaz iddia: İran nə istəyir? - Tehran ənənəvi ampluasında...
25-06-2022, 21:42
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
25-06-2022, 21:30
Prezident onlara rütbə verdi - SƏRƏNCAM
25-06-2022, 21:18
İran Azərbaycanın güclənməsindən əndişələnir - FAKT BUDUR!
25-06-2022, 20:46
Vergidən yayınan MTK-ların aylıq ÖDƏNİŞ KƏLƏYİ
25-06-2022, 20:23
"Azrabitə Servis" MMC vətəndaşın ağaclarını kəsdi - GİLEY
25-06-2022, 20:13
" Azərişıq", FHN və ETSN-nin əməkdaşları işlərinin başında deyil
25-06-2022, 19:49
17 il və daha çox parlamentdə oturan 45 millət vəkilinin SİYAHISI - Milli Məclisin ən stajlı deputatları