19-08-2019, 14:39 Oxunub: 306

Bakıda zəncirvari qəza — Biri yol polisidir

Bakıda zəncirvari qəza — Biri yol polisidir

Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
Trend xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 4-cü tağımının avtopatrulu, polis şerjantı, 1994-cü il təvəllüdlü Həsənalıyev Sənan Qurban oğlunun idarə etdiyi 99 YP 341 dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə 1993-cü il təvəllüdlü Paşazadə Emin Qəzənfər oğlunun idarə etdiyi 10 BH 288 dövlət nömrə nişanlı "VAZ 21 07" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil idarəetmədən çıxaraq Gürcüstan vətəndaşı Mürsəl Qurbanovun idarə etdiyi BA 999 KU nömrə nişanlı "Mercedes" markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
Yasamalda səfirlik attaşesi qəzaya düşdü Yasamalda səfirlik attaşesi qəzaya düşdü Hadise Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub Bakının Yasamal rayonunda 3 avtomobil toqquşub Hadise Lənkəranda iki avtomobil toqquşub - Foto Lənkəranda iki avtomobil toqquşub - Foto Hadise Bakıda yol polisi qəza törətdi Bakıda yol polisi qəza törətdi Hadise Bakıda 10 maşın toqquşub, ölən var – FOTO Bakıda 10 maşın toqquşub, ölən var – FOTO Hadise