21-11-2019, 14:26 Oxunub: 267

Qanunsuz torpaq satışı ilə məşğul olan dövlət məmuru həbs edildi

Qanunsuz torpaq satışı ilə məşğul olan dövlət məmuru həbs edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
QTA-nın sektor müdiri rüşvətə görə həbs olundu QTA-nın sektor müdiri rüşvətə görə həbs olundu Hadise “Şahsevən Kredit İttifaqı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib - HƏBS OLUNAN VAR “Şahsevən Kredit İttifaqı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib - HƏBS OLUNAN VAR Hadise Nazirliyin vəzifəli əməkdaşları həbs edildi – Birgə məlumat Nazirliyin vəzifəli əməkdaşları həbs edildi – Birgə məlumat Siyaset Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı saxtalaşdırıldı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı saxtalaşdırıldı Siyaset Direktor rüşvət alanda tutuldu Direktor rüşvət alanda tutuldu Hadise
XƏBƏR LENTİ
21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək 15:17 | DTX “Baku Steel Company”də araşdırmalara başladı - Rasim Məmmədovun başı dərddə