6-12-2019, 12:01 Oxunub: 150

Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir

Fransada keçirilən etiraz aksiyalarında 450 mindən çox insan iştirak edir


Fransada keçirilən kütləvi etiraz aksiyalarında 450 min nəfərdən çox insan iştirak edir.
Onların 250 min nəfəri paytaxt Parisdə keçirilən yürüşə toplaşıb.

Etiraz aksiyaları təqaüd sistemində həyata keçiriləcək islahatlara qarşı təşkil edilib. Aksiyalar zamanı bir sıra şəhərlərdə etirazçılarla polislər arasında toqquşmalar baş verib.
Ölkədə nəqliyyat vasitələrinin fəaliyyəti 10 faiz nisbətində olub, məktəblərdə dərslərin yalnız 40 faizi keçirilib. İşə çıxmayanlar arasında təhsil, tibb, nəqliyyat işçiləri və digər peşə sahibləri, istər ictimai, istərsə də özəl sektorda çalışanlar var. Gün ərzində paytaxtın əksər musey və tarixi abidələri, habelə Eyfel qülləsi, Orsey muzeyi, Zəfər Tağı bağlı olub.

Etiraz aksiyaları dekabrın 9-dək davam edəcək.
İraqda bu gün keçirilən etiraz aksiyalarında 27 nəfər həlak oldu İraqda bu gün keçirilən etiraz aksiyalarında 27 nəfər həlak oldu Hadise Sarı jiletlilər”in etiraz aksiyaları dövründə 11 nəfər ölüb Sarı jiletlilər”in etiraz aksiyaları dövründə 11 nəfər ölüb Hadise Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir Hadise Moskvada etiraz aksiyaları: 150 nəfər saxlanıldı Moskvada etiraz aksiyaları: 150 nəfər saxlanıldı Dunya Tunisdə etiraz aksiyaları zamanı 423 nəfər həbs edilib Tunisdə etiraz aksiyaları zamanı 423 nəfər həbs edilib Dunya