14-01-2020, 12:14 Oxunub: 138

Hakan Şükür ABŞ-da taksi sürür - Video

Hakan Şükür ABŞ-da taksi sürür - Video


“Qalatasaray”ın və Türkiyə millisinin ulduz forvardı Hakan Şükür ABŞ-da taksi sürür. “Qafqazinfo” xəbər verir ki, o, “Uber” taksi şirkətində çalışır.

Bu barədə sabiq forvard özü məlumat verib. O bildirib ki, hazırda taksi sürür və kitab satır: “Mənim əmlakım müsadirə olunduqdan sonra ABŞ-da bir çox işlərdə çalışıram. Əvvəlcə kafedə işlədim, daha sonra isə taksidə işə düzəldim. İndi “Uber”də sürücü olmaqla yanaşı kitab da satıram”.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

H. Şükürün və ailəsinin Türkiyədə bütün var-dövlətinə girov qoyulub. “Silahlı terror təşkilatına üzv olmaq” itithamı ilə Şükürün 7,5 ildən 15 ilədək həbsi istənilir.

FETÖ-nun Azərbaycana uzanan daha bir əli - FOTO FETÖ-nun Azərbaycana uzanan daha bir əli - FOTO Siyaset Hakan Şükür Ərdoğanı dəstəklədi Hakan Şükür Ərdoğanı dəstəklədi Dunya Hakan Şükürə bir zərbə də Hakan Şükürə bir zərbə də "Qalatasaray"dan dəydi Idman Hakan Şükürün həbsi ilə bağlı qərar verildi Hakan Şükürün həbsi ilə bağlı qərar verildi Idman Türkiyədə tanınmış aktyor həbs olundu Türkiyədə tanınmış aktyor həbs olundu Dunya