26-02-2020, 16:30 Oxunub: 76

Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir

Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir


Dünyada koronavirus yayılmağa davam edir. Hər gün bu xəstəliyə yoluxanlar və ölənlərlə bağlı xəbərlər yayılır. Rəsmi məlumatlara görə, Azərbaycanda koronavirus aşkarlanmayıb. Azərbaycanda bu virus aşkar edilməsə də, təxribat xarakterli “xəbərlər” yayılır. Belə ki, sosial şəbəkələrdə, qapalı qruplarda saxta səslər, videolar paylaşılır. Təxribat xarakterli məlumatlarda bildirilir ki, guya Azərbaycanın xəstəxanalarında koronavirusa yoluxanlar var.

Məsələn, deputatlığa namizəd olan Səlim Dadaşov sosial şəbəkədə bir video paylaşıb. Videoda halsız vəziyyətdə, nəfəs almaqda çətinlik çəkən uşaqlar görüntülənib. Səlim Dadaşov paylaşdığı videonu bu cür şərh verib: “Dostlar, İran-Azərbaycan sərhədində xəstəxanalarda hazırkı vəziyyət”.

Eyni zamanda sosial şəbəkələrdə məlumatlar yayılırdı ki, guya Azərbaycanda koronavirusa yoluxan insanlar Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Haqqın.az saytı bu barədə xəbər yaydı ki, həmin məlumatı yayan həkim olub və o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb: “Görülən tədbirlər nəticəsində Bakıda koronavirusun olması barədə yalan məlumat yayan şəxs müəyyən edilib. Onun həkim olduğu ortaya çıxıb. Adı açıqlanmayan şəxs söhbətə dəvət olunub. Niyə bu cür məlumat yaydığı soruşulduqda isə zarafat etmək istədiyini bildirib.

Ona yanlış məlumat yaydığına görə məsuliyyət daşıdığı xəbərdarlıq edilib və sərbəst buraxılıb. Hüquq-mühafizə orqanları Azərbaycanda koronavirus haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir".

Nazirlər Kabinetinin koronavirusa qarşı görülən tədbirlərə dair məlumatında təxribat yayanlarla bağlı da fikirlər yer alıb. Bildirilib ki, koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır: “Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər. Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Bəs bu cür təxribat xarakterli xəbərləri yayanları qanunla hansı cəza gözləyir?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev söyləyib ki, burada xuliqanlıq əməli var: “Belə məlumat yayanları adətən xuliqanlıq üzrə məsuliyyətə cəlb edirlər. Əgər ciddi nəticələr olarsa, bu zaman cinayət məsuliyyəti də yaranır. Başqa bir maddə yoxdur ki, onunla cəlb etmək mümkün olsun. Yalan məlumatların yayılmasının və insanların buna inanmasının müxtəlif səbəbləri var. Burada əsas yük dövlət qurumlarının üzərinə düşür. Çünki insanlar rəsmi qurumların məlumatlarına deyil, şayiələrə inanırlar. Şayiələrin yayılmaması, insanların ciddi təşvişə düşməməsi üçün rəsmi məlumatlara ehtiyac var. Son günlər hansısa yalan məlumat yayılan zaman dərhal dövlət qurumlarından təkzib verilir. Lakin bu təkzibi də geniş formada vermək lazımdır. Bu, yaxşı haldır. Çünki getdikcə insanlar inanırlar ki, əgər hansısa hadisə baş verərsə, bu barədə rəsmi qurumlar məlumat yayarlar”.

Hüquqşünas bildirib ki, bəzi şəxslər hansısa məqsəddən yalan xəbərlər yayırlar:

“Onlar öz hərəkətlərinin nəticəsini görmürlər. Bilmirəm ki, bu adamlarda hansısa psixoloji xəstəlik var ki, belə addımlarla insanlarda təşviş yaratmağa maraq göstərirlər. Onlar sanki hansısa hislərini bu cür xəbər yaymaqla ödəyirlər. Hökumət orqanları insanlara vaxtı-vaxtında məlumat versələr, bu kimi adamların hərəkətləri qabarıq şəkildə görünməz və kimsə bu kimi informasiyalara inanmaz. İranda, Türkiyədə baş verən hadisələri də doğru-düzgün yaymaq lazımdır. Belə məqamda insanları qorumaq üçün sərhədləri də bağlamaq mümkündür. Dövlət orqanları əhali arasındakı fikirləri bilirlər və bunların hamısına adekvat cavab verməlidirlər. Bu cür cavablar olmayanda təşviş baş qaldırır. Belə məqamda dövlət orqanları jurnalistlərlə yaxından işləməlidir. Bütün məlumatları problem yaratmadan, jurnalistlərin sorğularına uyğun cavablandırmalıdırlar. Əks halda, cəmiyyət arasında ciddi təşviş yarana bilər. Bu isə virusun yayılması qədər təhlükəli və uyğun hal deyil”.
Cəlilabadda koronavirusa yoluxan var? — AÇIQLAMA Cəlilabadda koronavirusa yoluxan var? — AÇIQLAMA Hadise Koronavirusa yoluxanlar niyə çırpınaraq ölürlər? – Səbəb açıqlandı – FOTO Koronavirusa yoluxanlar niyə çırpınaraq ölürlər? – Səbəb açıqlandı – FOTO Hadise Koronavirus artıq bütün Çini işğal etdi – 170 ölü Koronavirus artıq bütün Çini işğal etdi – 170 ölü Hadise Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə olunacaq – SİYAHI Azərbaycanda koronavirusa yoluxanlar bu xəstəxanalarda müalicə olunacaq – SİYAHI Sosial Koronavirus bu şəxslərə yoluxmur Koronavirus bu şəxslərə yoluxmur Hadise
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…