8-05-2020, 20:30 Oxunub: 117

Azərbaycanda bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi — SON DƏQİQƏ

Azərbaycanda bir neçə icra başçısı xəstəxanaya yerləşdirildi — SON DƏQİQƏ


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvət və korrupsiyaya bulaşan icra başçılarını bir-birinin ardınca həbs etməsi yerli İcra hakimiyyətlərinin rəhbərlərini təşvişə salıb.
Modern.az xəbərinə görə, məlumatda bildirilib ki, DTX-nın icra başçılarına yönəlik əməliyyatları davam edəcək və yaxın vaxtlarda daha bir neçə qalmqallı həbsin şahidi olacağıq.

Bu aralar bəzi icra başçıları DTX əməkdaşlarının hər an qapıda görünə biləcəyi qorxusundan başını itirib. Hətta özünəməxsus çıxış yolu fikirləşənlər də var.
Məsələn, 90-cı illərin sonlarından indiyə kimi icra başçısı işləyən məmurlardan biri özünü xəstəliyə vurub. Tabeliyindəki işçilərə özünü yaxşı hiss etmədiyini söyləyən həmin məmurun hətta xəstəxanaya yerləşdiyi də bildirilir. Onun bu yolla ara sakitləşənə kimi özünü sığortalamaq istədiyi söylənilir.

Xatırladaq ki, bu ilin əvvəlindən bəri 5 icra başçısı həbs olunub: Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev və İmişlinin icra başçısı Vilyam Hacıyev...

Siyahının genişlənəcəyi istisna olunmur...
Bu 3 icra başçısına YAXŞI YOL - SON DƏQİQƏ Bu 3 icra başçısına YAXŞI YOL - SON DƏQİQƏ Siyaset Sabirabadın da icra başçısı həbs edilir? –SİRAQƏDDİN CABBAROV QORXU İÇİNDƏ Sabirabadın da icra başçısı həbs edilir? –SİRAQƏDDİN CABBAROV QORXU İÇİNDƏ Dunya / Bolge Daha bir neçə icra başçısı həbs oluna bilər - ŞOK GƏLİŞMƏ Daha bir neçə icra başçısı həbs oluna bilər - ŞOK GƏLİŞMƏ Hadise Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış Yevlaxın həbs edilən sabiq icra başçısının da ORDENİ varmış Hadise Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR Eldar Əzizovun kürəkəni icra başçısı olur — Daha iki icra başçısı GEDİR Siyaset