21-05-2020, 12:43 Oxunub: 68

Yevlaxda qaraçıların yaraladığı polis haqda açıqlama

Yevlaxda qaraçıların yaraladığı polis haqda açıqlama


Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo” verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda bu əraziyə giriş-çıxış məhdudlaşdırıldı- polis nəzarətə götürdü Azərbaycanda bu əraziyə giriş-çıxış məhdudlaşdırıldı- polis nəzarətə götürdü Hadise Xüsusi karantin rejiminin gücləndirilməsi tədbirlərinə Daxili Qoşunlar cəlb EDİLDİ Xüsusi karantin rejiminin gücləndirilməsi tədbirlərinə Daxili Qoşunlar cəlb EDİLDİ Siyaset Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA Sosial Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb Təhsil Nazirliyi və DİM Yevlaxda baş verən qəza barədə birgə məlumat yayıb Sosial “Veysəloğlu”nun işçilərinin öldüyü qəza ilə bağlı rəsmi açıqlama “Veysəloğlu”nun işçilərinin öldüyü qəza ilə bağlı rəsmi açıqlama Hadise