29-06-2020, 22:22 Oxunub: 370

Kür çayı quruyur, problemlər artır — VİDEO

Kür çayı quruyur, problemlər artır — VİDEO


Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.
Report bildirir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb.

Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib.

Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb.
Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq.

Kürün səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib — VİDEO Kürün səviyyəsi minimum həddən aşağı olduğundan çayda 25 adacıq əmələ gəlib — VİDEO Sosial / Video Xəzər dənizinin Kürə qarışması ilə bağlı — RƏSMİ AÇIQLAMA Xəzər dənizinin Kürə qarışması ilə bağlı — RƏSMİ AÇIQLAMA Sosial Yağışdan sonra çaylardakı vəziyyət Yağışdan sonra çaylardakı vəziyyət Hadise Çaylarda hazırki VƏZİYYƏT Çaylarda hazırki VƏZİYYƏT Hadise Kür çayının səviyyəsi artdı Kür çayının səviyyəsi artdı Hadise