30-06-2020, 09:45 Oxunub: 70

Azərbaycanda bu il sellərin olma ehtimalı böyükdür — VİDEO

Azərbaycanda bu il sellərin olma ehtimalı böyükdür — VİDEO


Azərbaycanda sel hadisələri, əsasən, Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında baş verir.
Baku Tv xəbər verir ki, meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır.

AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirir ki, sel adətən Azərbaycan ərazisində iyun ayında, sentyabrın axırı, oktyabr ayının əvvəlləri daha çox müşahidə edilir:

“Həmin aylar bizdə güclü leysan yağışlarının müşahidə olunduğu dövrlərdir. İndi Azərbaycanda, demək olar ki, hər il sel gəlir. Bu il də istisna deyil. Yəqin ki, qarşıdakı aylarda yenə sellər müşahidə olunacaq”.

Daha ətraflı təqdim olunan süjetdə:

Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilər Azərbaycanda güclü zəlzələlər bu ZONALARDA ola bilər Hadise Azərbaycanda son 11 ilin ən isti ayı müşahidə edilir Azərbaycanda son 11 ilin ən isti ayı müşahidə edilir Sosial Azərbaycanın çaylarında daşqınlar gözlənilir Azərbaycanın çaylarında daşqınlar gözlənilir Sosial DİQQƏT! Şimal bölgəsində ciddi TƏHLÜKƏ DİQQƏT! Şimal bölgəsində ciddi TƏHLÜKƏ Bolge 100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA 100 mindən artıq insanın həyatı təhlükədədir - AZƏRBAYCANDA Sosial