10-07-2020, 18:21 Oxunub: 144

“Artıq beynəlxalq təşkilatlara inamımız tükənib” - 6 ildir girovdurlar...

“Artıq beynəlxalq təşkilatlara inamımız tükənib” - 6 ildir girovdurlar...


Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsindən 6 il ötür. Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a bildirib ki, keçən 6 il onlara 60 illik ayrılıq, 60 illik iztirablı illər kimi gəlir. Bu 6 ildə beynəlxalq təşkilatlara dəfələrlə edilən çağırışlar təəssüf ki, müsbət nəticə verməyib:

“Girovların ailə üzvləri, şəxsən mənim özüm, həmçinin Azərbaycanın müvafiq dövlət orqanları bir sıra beynəlxalq təşkilatlara onların azad olunması üçün dəfələrlə müraciətlər etmişik. Ancaq təəssüf ki, hələ də müsbət nəticə yoxdur. Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Hələ bu instansiyanın bir ciddi köməyi dəyməyib. Təəssüf ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamın sağlamlığında çox ciddi problemlər var. O vəziyyətdə olan adamın qanunsuz olaraq girov saxlanılması beynəlxalq konvensiyalara da meydan oxumaqdır. Artıq beynəlxalq təşkilatlara inamımız, ümidimiz demək olar tükənib.
Atamı, Şahbazı girovluqdan azad edə biləcək prezidentimizədir ümidimiz".

Qeyd edək ki, 2014-cü il iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda doğmalarının məzarlarını ziyarət etmək üçün gediblər. İyulun 9-da Kəlbəcərin Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.

2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Daha sonra işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Girovların azad olunması üçün indiyə qədər edilən bütün qanuni cəhdlər nəticə verməyib. Azərbaycan tərəfi iki il öncə rəsmi şəkildə Ermənistana kəlbəcərli girovların Azərbaycanda həbsdə saxlanan Ermənistan hərbçiləri ilə “Hamının hamıya” prinsipi ilə dəyişdirilməsini təklif edib. Ancaq Ermənistan bu təklifə müsbət reaksiya verməyib.
“Yeni Müsavat”
Dilqəm Əsgərov 6 ildir ad gününü Şuşa həbsxanasında keçirir: - Dilqəm Əsgərov 6 ildir ad gününü Şuşa həbsxanasında keçirir: - "Atam ..." Hadise Şahbazın qardaşı onun videosuna baxıb, Dilqəmin oğlu isə atasından nigarandır Şahbazın qardaşı onun videosuna baxıb, Dilqəmin oğlu isə atasından nigarandır Hadise Kəlbəcərli girovun oğlundan müammalı açıqlama – Nəyə işarə etdi? Kəlbəcərli girovun oğlundan müammalı açıqlama – Nəyə işarə etdi? Siyaset Girovların məktublarını niyə gətirmirlər? - Dilqəm və Şahbazın ailəsi narahatdır Girovların məktublarını niyə gətirmirlər? - Dilqəm və Şahbazın ailəsi narahatdır Hadise “Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu “Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu Hadise