1-08-2020, 18:17 Oxunub: 231

Sabahın havası: Leysan yağacaq, külək güclənəcək

Sabahın havası: Leysan yağacaq, külək güclənəcək


2 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, 2 avqustda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.
2 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.
Sabah 41 dərəcə isti olacaq Sabah 41 dərəcə isti olacaq Hadise Sabah Bakıda 35 dərəcə isti olacaq Sabah Bakıda 35 dərəcə isti olacaq Hadise Sabah 35 dərəcə isti olacaq Sabah 35 dərəcə isti olacaq Hadise Sabahın hava proqnozu Sabahın hava proqnozu Hadise Sabah 38 dərəcə isti olacaq Sabah 38 dərəcə isti olacaq Hadise