İnsan hüquqları müvəkkili niyə susur?
Gundem / Bolge
Oxunub: 714
6 may 2021 | 14:16
İnsan hüquqları müvəkkili niyə susur?



Jurnalist həmkarımız hazırda ədliyyə nazirliyi dövlət penitensiar xidmətinin Şəki cəzaçəkmə müəssisəsində cəza çəkən Regionxeber.tv saytının mərkəzi aran zonası üzrə bölgə müxbiri Mübariz Nağıyevin həyat yoldaşı KİV vasitəsi ilə insan hüquqları üzrə müvəkkil xanım Səbinə Əliyevaya müraciət etmişdir.

Hörmətli Səbinə xanım, həyat yoldaşım jurnalist Mübariz Nağıyev uzun illərdir ki, həbsdədir. Bir ilə yaxındır ki, cəza çəkdiyi Şəki penitensiar xidmətində ayağı sınmış halda cəza çəkir. Penitensiar xidmət sanki həyat yoldaşım və onun ailəsindən qisas alır. Həyat yoldaşımın ayağı baxmayaraq ki, cəzaçəkmə müəssisəsində sınıb, ancaq aradan bir ildən çox vaxt keçməsinə baxmayaraq düzgün müalicə olunmayıb. Buna görə həyat yoldaşım cəzasını çəkə bilmir və əzab-əziyyət içərisində qalmaqdadır. Ölkəmizdə cəza siyasətinin daha da humanistləşdirilməsi ilə bağlı 2017-ci ildən üzü bəri onlarla sərəncam və tövsiyə xarakterli aktlar imzalanmışdır. Ancaq təəssüf ki, bütün bunlar yalnız imkanlı şəxslərə şamil edilir. Məhkumlara imkanına görə yanaşılır. Bu haqda dəfələrlə həyat yoldaşım və ailə üzvlərimiz müraciət etmişik, ancaq siz hələ də bizim şikayət ilə bağlı hər hansı tədbir görməmisiniz. Niyə həyat yoldaşıma baş çəkmirsiniz? Yəni gözləyirsiniz ki, ayağı qanqren olsun, kəsilsin sonra baş çəkəsiniz? Həyat yoldaşımın cəmisi 9 ay çəkilməmiş cəzası qalıb, ancaq Şəki məhkəməsi və cəzaçəkmə müəssisəsi ondan umduqları 5000 azn rüşvəti ala bilmədikləri üçün azadlığa buraxmırlar. Himayəmizdəki 3 az yaşlı övladlarımız, talesemiya, eplepsiya xəstəsi. 76 yaşlı insult keçirmiş qoca ata belə məhkəmədə yüngülləşdirici hal kimi nəzərə alınmır. Bəs biz nə etməliyik, kimə, hara müraciət etməliyik? Artıq ölkəmizdə sikayət etmək üçün ünvan qalmayıb. Niyə bizləri bu ölkənin vətəndaşı olmağımızdan peşman edirsiniz? Bəs sizin vəzifəniz nədən ibarətdir? Əgər şikayətlərimizə baxmayacaqsınızsa,onda niyə orda əyləşmisiniz? Sizdən sonuncu dəfə təkidlə xahiş edirəm. Şəki cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Mübariz Nağıyevə baş çəkin və onun problemlərini dinləyin. Sonunda nə qərar verəcəyinizi vicdanınızın ixtiyarına buraxıram.

İmza:Mübariz Nağıyevin həyat yoldaşı.

Hazırladı: Elçin İsmayılli.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO