Əziz Əzizov şəhid ailəsini nə üçün aldadır?
Gundem / Bolge
Oxunub: 840
21 may 2021 | 12:04
Əziz Əzizov şəhid ailəsini nə üçün aldadır?


Şəhid ailələrinə dövlət dəstəyi günün əsas reallığı olsa da, bu zəruri halı aşağılayan məmurlar da az deyil. Onlar üçün Vətən sadəcə, bir sözdür, buna görə şəhid ailələri onların maraq həddini aşmır. Heç kim qarant verə bilməz ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun atdığı hazırkı ikrahdoğurucu addımlar da dövlət dəyərlərinə, şəhid adına ləkədən başqa bir şey deyil. Bu fikri demək üçün əlimizdə tutarlı dəlillər var. Neçə müddətdir Birinci Qarabağ müharibəsində canını Vətən yolunda fəda etmiş Hafiz Quliyevin həyat yoldaşı, Suraxanı rayon şəhid Hafiz Quliyev adına küçədə, ev 23, mənzil 14-də yaşayan Əhmədova Şükufə Xancan qızı başına gələn xoşagəlməz halla əlaqədar, eyni zamanda başçının şəhid ailəsinə olan sayğısızlığı ilə bağlı redaksiyamıza müraciət edir, Əziz Əzizov tərəfindən süründürməçiliklərə məruz qaldığını, get-gələ salındığını bildirir. Biz də redaksiya olaraq şəhid ailəsinin səsinə səs vermək üçün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna yollandıq. Başçı ilə qapıda rastlaşdıq. Ona şəhid ailəsinin müraciəti əsasında gəldiyimizi və onunla şəhid ailəsinin problemi barədə bir-iki kəlmə danışmaq istədiyimizi dedik. O isə məmura yaraşmayan əda ilə, özü də çox kobudcasına - olmaz, - deyib cangüdənləri ilə avtomobilinə sarı getdi. Biz yenə də - biz sizinlə şəhid ailəsinin problemi haqda danışmaq istəyirik, - deyəndə, o, bir kəlmə - olmaz, dedim, vəssalam, - dedi və oradan uzaqlaşdı.
Hörmətli Prezidentimiz İlham Əliyev az qala özü şəhid ailələrinin qulluğunda durmağa hazır ikən Əziz Əzizov kimi icra başçılarının, dövlət dəyərlərini bir heç sayan məmurların şəhid ailəsinə hörmətsizliyi nədən və haradan qaynalanır, biz deyə bilmərik, bildiyimiz odur ki, Ə.Əzizovun şəhid ailəsinə olan bu sayqısızlığı, başını Vətən qədər dik tutan şəhid xanımını aldatması, onu süründürməçiliyə və get-gələ salması yetişən nəsillərdə Vətən hissini öldürür və onun bu kobud hərəkəti ölkə qanunlarına, dövlətin təmiz adına əməlli-başlı ləkədir. Şəhid Hafiz Quliyev Birinci Qarabağ müharibəsində ona görə canını Vətənə fəda etmədi ki, günün birində Əziz Əzizov adlı bir başçı onun həyat yoldaşını alçaldıcı hallarla üz-üzə qoyacaq, özünün şəhid ruhuna hörmətsizlik edəcək. Bu gün Ə.Əzizov bilməlidir ki, məhz Hafiz Quliyev kimi oğulların sayəsində o, arxayın şəkildə az qala qoçuluq edir.
Bu gün Suraxanı rayonundakı küçələrdən biri Hafiz Quliyevin adını daşıyır. Ə.Əzizov heç olmasa, şəhidə dövlət tərəfindən edilən bu ehtirama hörmət qoymadı. Biz də inanırıq ki, Müzəffər Ali baş Komandan, ölkə prezidenti İlham Əliyv Əziz Əzizovun şəhid ailəsinə olan hörmətsizliyinə, mətbuat nümayəndəsinə olan saymazlığına biganə qalmayacaq, Ə.Əzizovun barəsində ciddi tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara göstəriş verəcək. Əslində, Ə.Əzizovun bu hərəkəti elə ölkə başçısının apardığı uğurlu siyasətə zidd olan hərəkətdir.
Biz dedik, nəticəni isə Ə.Əzizov çıxarsın.

Raqif Nazimoğlu
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!