Bakının razılığı olmadan Minsk qrupunun fəaliyyəti bərpa oluna bilməz - TƏHLİL
Siyaset
Oxunub: 343
10 in 2021 | 18:20
Bakının razılığı olmadan Minsk qrupunun fəaliyyəti bərpa oluna bilməz - TƏHLİL


Fransa dövlətinin post-müharibə dövründə atdığı addımlar Azərbaycan tərəfindən qərəzli yanaşma, regionda gedən stabilləşmə prosesini pozucu fəaliyyət kimi qiymətləndirilir. Ötən il Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsinə qədər bu ölkənin passiv vasitəçilik missiyası müharibədən sonra fərqli atmosferdə davam etdirildi. Məlumdur ki, müharibə və ondan sonrakı dövrdə oyundankənar vəziyyətdə qalan Fransa həmsədrlik institutunu yenidən fəallaşdırmağa çalışır. Rəsmi Paris bu məqsədlə Moskva və Ankara ilə təmaslar quraraq vaxtaşırı telefon danışıqları həyata keçirir. Moskva və Ankara Fransanın, o cümlədən ABŞ-ın yenidən Cənubi Qafqaza qayıdışına birmənalı “yox” demir. Ancaq həm Moskva, həm də Ankara üçün Cənubi Qafqaz qırmızı xətdir.

Yəni ABŞ və Fransanın fəallığı Rusiya və Türkiyənin bölgədəki maraqlarına zidd olmamalıdır. Əgər rəsmi Paris və Vaşinqton bunu qəbul edərsə, onların yenidən həmsədr kimi fəallaşmasına “yaşıl işıq” yandırıla bilər. Azərbaycan cəmiyyəti birmənalı şəkildə həmsədrlərin yenidən fəaliyyətə başlamasını istəmir. Çünki həmsədrlərin müharibədən sonra yeganə mövzusu “Qarabağın statusu” ola bilər ki, o da bizim maraqlarımıza uyğun deyil. Buna baxmayaraq, həmsədrlik institutundan imtina etməyimizin çətinlikləri də var. Böyük dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycana təzyiqi arta bilər. Digər tərəfdən Ermənistan həmsədrlik institutundan birmənalı imtinamızdan informasiya savaşında bizə qarşı istifadə edər.
Ötən gün Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə Fransanın Avropa məsələləri və Xarici işlər naziri Jan-İv Le Drian və Almaniyanın xarici siyasət idarəsinin rəhbəri Haykoo Maas arasında telefon danışığı olub. Söhbət əsnasında beynəlxalq gündəlikdə duran məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sərhədində və Qarabağ ətrafında vəziyyət, eləcə də üçtərəfli bəyanatların müddəalarının yerinə yetirilməsi məsələləri də müzakirə olunub. Xarici siyasət idarələri rəhbərləri atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyi və meydana çıxan fikir ayrılıqlarının siyasi-diplomatik yolla həllinin zəruriliyini vurğulayıblar. Nazirlər həmçinin ATƏT Minsk qrupunun Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində rolunu təsdiq ediblər. Lakin Lavrov bildirib ki, məsələlərə beynəlxalq təsisatların qoşulması yalnız Bakı və Yerevanın razılığı ilə mümkündür.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı da ATƏT Minsk qrupunun fəaliyyətindən danışıb. Nazir deyib ki, ötən ilin 10 noyabrında döyüşlərin dayandırılması ilə eyni vaxtda liderlər bütün kommunikasiyaların açılması ilə bağlı razılığa gəliblər.

O bildirib ki, bu prinsipial razılaşmanın inkişafında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündə baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup da yaradılıb:

“Bu işçi qrup istisnasız olaraq regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə məşğul olur. Həmin işçi qrupda peşəkar hazırlıqlı insanlar çalışır. Əlbəttə ki, tərəflər öz qonşularının da marağını nəzərə alır. Üçlükdə razılaşıb, Türkiyə və İranın nə düşündüyünü nəzərə almamaq yəqin ki, düzgün olmazdı”. Lavrov “status” məsələsini də yenidən gündəmə gətirib: “İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yəqin ki, indiki mərhələdə status problemi qaldırılmamalıdır. Daha çox inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”. Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, indi region və münaqişə tərəflərinin paytaxtlarından səslənən bəyanatlarda daha çox emosiyalar üstünlük təşkil edir: “Biz sülhməramlı kontingentimiz, Fövqəladə Hallar Nazirliyimizin vasitəsilə normal həyatın qurulması ilə aktiv şəkildə məşğul oluruq. Üçtərəfli işçi qrupun fəaliyyətinin nəticəsi hər şeydən öncə kommunikasiyaların açılmasının birbaşa insanların həyatının yaxşılaşdırılmasına necə kömək edəcəyi ilə müəyyən olunacaq.

O ki qaldı Türkiyənin roluna, üçtərəfli işçi qrupun müzakirələrində Türkiyə və İranın maraqları birmənalı olaraq nəzərə alınır. Əks halda kommunikasiyaların açılmasının maksimal effekti olmaz”.

Rusiyalı nazirin ilkin bəyanatı faktiki olaraq Moskvanın “Paşinyanın nizamlanma planına” reaksiyası olub. Bir müddət əvvəl Ermənistan hökuməti ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan qoşunlarının əvvəlki mövqelərə qayıtmasını təklif edirdi. Paşinyanın qənaətinə görə, yalnız bundan sonra sərhədlərin dəqiqləşdirilməsi prosesi beynəlxalq missiyaların nəzarəti altında başlaya bilər. Onun fikrincə, beynəlxalq missiya dedikdə Azərbaycan və Ermənistan sərhədi boyunca Rusiya və ya ATƏT MQ-nin digər üzvünün müşahidəçilərinin yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycan hökumətinin mövqeyi bəllidir. Bakı Ermənistanla sərhədlərin delimitasiyası təklifini dəstəkləyir, amma yalnız ərazi bütövlüyünə riayət olunması şərti ilə. Azərbaycan tərəfi hesab edir ki, yalnız bu əsasda dövlətlərarası münasibətləri normallaşdırmaq, delimitasiya və demarkasiyanı başlamaq və nəhayət, sülh şəraitində birgə yaşamaq üçün zəmin yaratmaq olar. Görünən odur ki, Paşinyanın Avropa səyahəti heç bir nəticə verməyib. Avropalılar və amerikalılar Bakının icazəsi olmadan bölgəyə gələ bilməzlər və Moskva da bunu təsdiq edib. Qarabağda atəşkəs Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanat əsasında təmin olunur. Onun təmin olunması missiyasını isə Rusiya sülhməramlıları yerinə yetirir. Bölgədə sülhün təmin olunmasında birbaşa Fransanın roluna gəldikdə isə Azərbaycan Parisi bu rolda ümumiyyətlə görmür.

Bir məqamı da xatırladaq ki, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa səfərində həmkarı ilə Qarabağı müzakirə edib. Nazir səfər çərçivəsində Azərbaycan və Ermənistan arasındakı gərginliyə də toxunub. Deyib ki, Türkiyə və Fransa burada hər iki xalqı mənfəətləndirəcək davamlı sülhün dəstəklənməsində birgə çalışa bilərlər: “Tarixdən sui-istifadə və ya onun təhrif edilməsi heç vaxt mübahisələrin çözümünü və ədalətin icrasını mümkün etməyib”. Çavuşoğlu bildirib ki, “ekstremist ermənilərin” Türkiyə-Fransa münasibətlərini girov etməsinin qarşısını almaq mümkün olsa, bu iki ölkə Cənubi Qafqazda stabilliyə daha yaxşı töhfə verə bilər. Ermənistan rəsmiləri Türkiyəni Qarabağ müharibəsində Azərbaycana silah və dəstək verməkdə ittiham edirlər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Şərq”ə vurğulayıb ki, hər hansı məsələdə vasitəçilik etmək istəyən dövlət problemli tərəflərin hər ikisinin razılığı əsasında mümkündür. Siyasi şərhçinin sözlərinə görə, Minsk qrupunun bundan sonrakı fəaliyyət prinsipləri dəqiq müəyyən edilməlidir:

“Minsk qrupu əvvəlki kimi sıfırdan münaqişənin həllində, yaxud sülhyaratma prosesində iştirak etmir, edə də bilməz. Vasitəçilik institutu sadəcə bəzi təkliflər verər və məşvərətçi orqan şəklində çıxış edər. Təbii ki, bu da Azərbaycanın razılığı ilə mümkündür. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Fransanın bu tərkibdə olmasını qətiyyən istəmir. Düzdür, son günlərdə Fransa həm Azərbaycana, həm də Türkiyəyə münasibətdə nisbətən dönüş etməyə cəhd göstərir, müəyyən referanslar edir. Türkiyə XİN başçısı Çavuşoğlunun da Parisə səfəri bununla bağlı idi. Lakin bu yanaşma 44 günlük müharibə dövründə və onran sonrakı mərhələdə rəsmi Parisin sərgilədiyi mövqeni dəyişmir. Fransanın qatı ermənipərəst olduğu hamıya bəllidir və bunun dəyişməsi mümkünsüzdür.

Bundan sonrakı istənilən vasitəçilik missiyasının tərkibində mütləq Türkiyə də olmalıdır. Türk dünyasının oyanış prosesi gedir və türk respublikalar arasında hərbi-siyasi sahədə iş birliyi güclənir. Həm də Minsk qrupunun üzvü olan qardaş Türkiyənin tərəflər arasında vasitəçilik etməsi tam qanunauyğunluqdur. Yaxşı olar ki, Minsk qrupunu əvəzləyən Azərbaycan-Türkiyə və Rusiya-Ermənistan dövlətlərinin iştirakı ilə “2+2” formatında yeni qurum formalaşsın və bundan sonrakı proseslərdə vasitəçilik etsin. İndiki məqamda ən optimal metod budur”.

Politoloq Tofiq Abbasov isə qeyd edib ki, Fransa bölgədə Rusiyanın mövqelərini zəiflətməyə çalışır:

“Bölgədə Minsk qrupunun fəaliyyəti ilə bağlı spekulyasiya və manipulyasiyalar davam etməkdədir. Cənubi Qafqaz hər zaman Qərb-Rusiya münasibətlərində çox önəmli yer tutub. Sözdə də olsa, rəsmi Vaşinqton və Paris müharibədən sonrakı mərhələdə Rusiyanın moderator olmasına etiraz etməyiblər. Amma indi biz görürük ki, Fransa ciddi-cəhdlə çalışır ki, burada Rusiyanın mövqeyinə şərik çıxsın”. Politoloq qeyd edib ki, Fransanın bu hərəkətləri proseslərin zərərinə işləyir: “Ermənistan məğlub tərəf olaraq Azərbaycanın və Rusiyanın qərarları ilə razılaşmalıdır. Otuz ildir bölgədə pozulmuş sülh və sabitliyin günahkarı Ermənistan idi. Paşinyan ikibaşlı oyun oynayaraq Rusiyanı aldadır. Bu proseslərin sonunda Ermənistan və ona havadarlıq edən digər ölkələr hər hansı nəticə əldə edə bilməyəcəklər. Çünki onların diplomatiyası burada saxtakarlıqla məşğuldur”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...