Elə bil Azərbaycanda Kənd Təsərrüfatı Naziri YOXDUR... - NARAZILIQ!
Sosial
Oxunub: 390
11 in 2021 | 18:50
Elə bil Azərbaycanda Kənd Təsərrüfatı Naziri YOXDUR... - NARAZILIQ!


Ölkədə qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı prioritet olsa da, mövcud vəziyyət bu sektorda bir sıra problemlərin hələ də həllini tapmadığını göstərir. Bu gün yerlərdə fermerlər müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirərək bazarın iştirakçısına çevrilməklə yanaşı, qazanc əldə etməyə çalışırlar. Lakin mövcud vəziyyət fermeri nəinki daha da həvəsləndirməyə, əksinə, bazardan üz döndərməsinə gətirib çıxarır.

Belə ki, hazırda fermerlər müxtəlif səbəblərdən ölkədə mövsümlə bağlı yetişdirdikləri məhsulların satışı ilə bağlı bazara çıxış əldə edə bilmir. Yəni ya sərhəddə problemlə üzləşir, ya da qiyməti çox aşağı olduğundan heç bir gəlir əldə edə bilmir. Məsələn, hazırda Göyçay, Şəmkir və digər bölgələrdə, pomidorun kiloqramı 10 qəpiyədir və bu da təbii ki, fermeri qane etmir.

Eyni zamanda fermerlər bildirir ki, yerlərdə konserv zavodu və bu sahə üzrə hər hansı emal zavodu yoxdur ki, xarab olmaqda olan pomidorları tomat pastası hazırlamaq üçün təhvil versinlər.

Problem isə ondadır ki, təsərrüfat sahəsi kiçik olan sahibkarlara məhsula görə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sertifikat verilmir. Bildirilir ki, keyfiyyət sertifikatı 1 hektardan aşağı təsərrüfatlara verilmir. Bəs bu gün fermer mövcud problemin öhdəsindən necə gəlməlidir?

Kənd təsərrüfatı üzrə ekpert Qadir Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda aqrosənaye kompleksini inkişaf etdirmək lazımdır:

“Bütün bölgələrdə həmin müəssisələrin qurulması zəruridir. Adətən, aqrosənaye məhsulu, emal olunan kənd təsərrüfatı məhsulu, xam şəkildə satılan məhsuldan daha çox gəlir gətirir. Ancaq bunun üçün müəyyən müəssisələr olmalıdır. Ona görə də dövlət tərəfindən orta sahibkarlara şərait yaradılmalıdır. Uzunmüddətli, güzəştli kreditlər verilməlidir, çünki o müəssisələrin qurulması əhəmiyyətli dərəcədə vəsait tələb edir. O vəsait verilməli və avadanlığın alınıb gətirilməsi üçün idxala vergi endirimi olmalıdır. Konkret olaraq dövlətin vergi dəstəyi gücləndirilməlidir. Digər tərəfdən, Rusiya ilə olan əlaqələrin dirçəldilməsi xeyli dərəcədə ixraca imkan yaradardı. Son vaxtlar məhsulun, xüsusilə də pomidorun fermerlərin əlində qalmasının ən ciddi səbəblərindən biri ixrac imkanlarının daraldılmasıdır. Rusiya ilə bağlı baş verən proseslər həm də siyasi qərardır. Bu kimi problemlər aradan qaldırılırsa fermerlərimiz xeyli dərəcədə rahatlayırlar. Bundan başqa ölkəmizin fermerləri üçün alternativ bazarlar axtarılmalıdır. Təkcə Rusiyaya bağlı olmamalıyıq. İxracın çeşitləndirilməsi ilə bağlı bir məfhum var. Yalnız 1-2 bazara bağlı qalmaq çox təhlükəlidir. Ona görə də ixracat coğrafiyasını, bazarı genişləndirmək lazımdır. Bizim xarici ölkələrin ticarət attaşeləri buna yardımçı olmalıdırlar. Azərbaycan fermerlərinə geniş şərait yaradılmalıdır ki, xaricdə təşkil olunan kənd təsərrüfatı sərgilərinə qatılsınlar. Digər tərəfdən, aqrosığortanın inkişafı lazımdır”.

Ekspertin fikrincə, ən ciddi məsələlərdən biri də odur ki, məhsulların əkini plansız həyata keçirilir:

2Öncədən bazar araşdırması olmalıdır. Çox zaman bir çox fermer eyni məhsulu əkir. Qeyd etdiyim kimi, birinci aqrosənaye kompleksi inkişaf etdrilməlidir. Bölgələrdə fermerlər açılacaq müəssisələrə, zavodlara o məhsullarını təhvil vermək üçün şərait yaradılmalı, təminat verilməlidir. Bu olmadığı üçün fermer çətin vəziyyətdədir”.

Ekspertin fikrincə, Azərbaycanda bu problemin mövcudluğunun bir səbəbi odur ki, orta sahibkarların gücü yetmir:

“Digər tərəfdən, fabriklər monopoliyadadır. Bu monopoliyanın qırılması lazımdır. Fermerlər istəsə belə, bir çox bürokratik əngəlləri aşıb müəssisə aça bilmirlər. Ona görə də kənd təsərrüfatı sahəsində olan siyasətə yenidən baxmaq lazımdır. Bu sektora yanaşma tərzi dəyişməlidir. Çünki fermerlər bir-iki il ardıcıl çətinliklə qarşılaşırsa, növbəti il məhsul yetişdirən olmayacaq. Fermerlərin bir çox sahədə bazar məsələləri ilə bağlı maarifləndirilməsi lazımdır. Konsaltinq xidməti göstərilməlidir. Bütün bunlar həyata keçirilərsə, yaxın müddətdə problemləri aradan qaldırmaq mümkün olacaq”.

Q. Bayramlı onu da qeyd etdi ki, ölkəmizdə yetişməyən məhsulların idxal vergilərini azaltmaq lazımdır:

“Məsələn, banan, ananas, kivi və s.kimi tropik meyvələr var ki, idxal vergiləri bir qədər fərqli qoyulmalıdır. Ancaq Azərbaycanda yetişdirilən məhsulların idxalına yüksək vergi qoyulmalıdır ki, yerli bazar qorunsun. Bu bir çox ölkələrdə var. Məsələn, Türkiyədə avtomobil istehsalı olduğu üçün hədsiz dərəcə yüksək idxal vergiləri tətbiq olunur, bu da yerli bazaraı qorumaqla bağlıdır. Bizdə də bu modeli əsas götürərək yerli bazarı qorumaq üçün idxal məsələləri nizama salınmalıdır. Nəticə etibarilə yerli fermerlərin mənafeləri, mənfəətləri nəzərə alınmalıdır”.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO