Seyyid Həsən Amili Azərbaycanı təhdid etdi: Din xadimlərimiz niyə susurlar? - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 644
20 sen 2021 | 22:22
Seyyid Həsən Amili Azərbaycanı təhdid etdi: Din xadimlərimiz niyə susurlar? - HƏQİQƏTƏN DƏ...


“Ərdəbil əyalətinin imam-cüməsi Seyyid Həsən Amili bir növü ölkəmizə qarşı təhdidedici ifadələr səsləndirib.

Onun təhdidlərinə bizim din xadimlərimiz və ruhanilərimizin cavab verməməsinə təəssüf etsəm də, təəccüb etmirəm. Çünki bizim axundların əksəriyyəti elə həmin imam-cümənin təqlid etdiyi müctəhidin müqəllidləridir. Müqəllidin də müctəhidin fikirlərinə və ya müctəhidin nümayəndəsinin fikirlərinə qarşı çıxması, bu şəxslərin tabe olduqları dini-siyasi xəttə ziddir”.

Cebhe.info xəbər verir ki, bu sözləri ilahiyyatçı yazar Tural İrfan deyib.

Onun sözlərinə görə, bu təqlidçilər, hətta tövsiyə xarakterli, sülhə çağıran, ortaq nöqtələrə təmas edici söz demək cəsarətində və ixtiyarında da deyillər:

“Çünki dini məsələlərdə təqlidçilik elə bir şeydir ki, (əslində, onu elə təqdim ediblər ki,) əgər sən təqlid etdiyin müctəhidin fikrinə əks çıxsan sənin bütün ibadətlərin batil ola, hədər sayıla bilər. Bu və bir çox səbəbdən bizim müqəllidlərin çarəsiz və məzlum durumları anlaşılandır.
İndi, niyə və nə cür olub, din mühitimizdə belə bir sistem formalaşıb ki, ruhanilərimizin, din xadimlərimizin böyük əksəriyyəti bizim dövlət siyasətimizin əksinə mövqe tutan, düşmənimizlə dost olan ölkənin ali ruhanilərinin müqəllidinə, müti xadiminə, pərəstişkarına və. s çevriliblər..., - buna toxunmuram.

Ancaq öz vicdan borcumu yerinə yetirmək xətrinə, Vətən qarşısında cavabdehlik naminə, haqsızlıq qarşısında susmağın şeytanlıq qədər çirkin olduğunu bildiyim üçün deyə bilərəm ki, adıçəkilən şəxs nə dini yöndən, nə qonşuluq baxımından, nə də siyasi tərəfdən doğru mövqe sərgiləməyib.

Əgər islami dəyərləri nəzərə alsaq, Quranda Allah-təala vəhy edir ki, müsəlman müsəlmanın qardaşıdır. Müsəlman müsəlmana yardım etməli, onun düşmənini özünün düşməni hesab etməlidir.

"Təvəlla", yəni dostlarla dost olmaq; "təbərra", yəni düşmənlərlə düşmən olmaqdır. Faktiki olaraq Ermənistan uzun illərdir Azərbaycan torpaqlarını işğalda saxlayaraq oradakı dini abidələri, məscidləri, kilsələri, qəbirləri, ziyarətgahları viran etdi, vandalizm aktları törətdi və bütün dünya da buna şahid oldu. Ermənistanın bu hərəkətinə susqun qalmaq İmam Əlinin (ə) nəzərincə zalıma yardım etməkdir. Məscidlərə donuz salan ermənilərlə həmkarlıq etmək, onlara yardım etmək İmam Hüseynin (ə) nəzərincə Yezidlikdir. Çünki İmam Hüseynin balalarını doğrayan Yezid (l) qoşunu ilə Xocalıda körpələri şişləyən daşnakların fərqi yoxdur. İmam Hüseynin xeymələrinə od vuran, onun altı aylıq Əli Əsğərini (ə) oxlayan Hərmələ (l) ilə Seyid Ayrımda (Bağanıs Ayrım) 39 günlük körpəni ot tayasına təpib yandıran erməni əsgərlərinin fərqi yoxdur.

Amma necə olur ki, Yezidi min dörd yüz ildir lənətləyən bəzi kəslər indiki dövrün yezidlərinə qahmar çıxırlar, onlara dəstək verirlər, yanacaq, yardım ötürür, arxa-dayaq olurlar? Məgər bu, İmam Hüseynin yoluna tamamilə zidd deyilmi, Allahın düşmənləri ilə, daşnaklarla, erməni vandalları ilə dost olmaq Allaha, İmam Hüseynin amalına xəyanət deyilmi? Əlbəttə, xəyanətdir!

Siyasi yöndən də yanlış mövqedir bu. Hizbullahın təsisçilərindən olmuş, təşkilatın sabiq sədri Şeyx Sübhi Tufeyli vurğulayır ki, mən birinci Qarabağ savaşında İranın Ermənistanın yanında olmasını onların rəsmilərinə irad tutdum və dedim ki, bu mövqe Quran mövqeyinə ziddir. Müsəlman müsəlmanın yanında olmalıdır. Ancaq onlar mənə dedilər ki, biz Ermənistana tərəf olmaqla Türkiyənin Azərbaycanla və digər türk dövlətləri ilə birləşməsinin qarşını alırıq, biz bu münaqişə vasitəsi ilə türk dövlətlərinin bir-biri ilə əlaqələrinə əngəl törədirik”.

İlahiyyatçı qeyd edib ki, siyasi yöndən hər şey aydındır:

“Ancaq unudulmamalıdır ki, Azərbaycan və Türkiyə öz mövqeyində səmimidir. Yürütdüyü siyasət açıq və şəffafdır. Heç bir qonşuya, heç bir dosta ziyan gətirəcək bir siyasət yürütmürlər. Heç bir dövlətin torpaqlarına göz dikmirlər. Ona görə də Azərbaycana qarşı bədniyyətli olmaq, bədgüman olmaq, onun ziyanına olaraq düşməninə dəstək vermək regionun sülhü üçün də, mehriban qonşuluq maraqları üçün də təhdiddir. Ümumi tarixi ortaq dəyərlərimizə, dinimizə tamamilə ziddir.

Ermənistan özü Vətən savaşında məğlub olaraq torpaqlarımızdan qovulub, yerdə qalan bir neçə rayonumuzu da təslim sənədinə imza çəkərək boşaldıb - qaytarıb. Hazırki prosesdə də bəzi qalan məsələlər tənzimlənmək üzrədir. Bu, əslində bütün qonşu dövlətlər üçün də bir çox faydalar kəsb edəcəkdir. İndiki vəziyyətdə ermənidən daha çox ermənilik etmək nəyə lazımdır, anlamaq olmur.

Pakistan İslam Respublikası və Türkiyə Cümhuriyyətinin hərbçilərinin Azərbaycan Respublikası hərbçiləri ilə birgə qardaşlıq hərbi təlimi keçirməsi əslində, bütün müsəlman ölkələrində sevinclə qarşılanır, fəxrlə izlənilir. Çünki bu dövlətlər heç zaman təcavüzçü olmayıb, hər zaman sülhün keşiyində duraraq terrorizmə, işğalçılığa qarşı mübarizə aparıb. Ona görə də bu müsəlman dövlətlərin yaxınlaşmasına, təlim keçirməsinə sevinmək lazımdır. Müsəlman müsəlmanın üzdə yox, dildə yox, əməldə qardaşı olmalıdır. Ona dayaq-dəstək durmalıdır.

Odur ki, müqəddəs İslam dinini, Qurani-şərifin müqəddəs əhkamlarını, Peyğəmbərin pak Əhli - Beytinin amal və əməllərini əsas tutaraq tövsiyə və xatırlatma edirik ki, gəlin elə yaşayaq, elə siyasət yürüdək, elə qonşuluq edək ki, axirət günü, Allah məhkəməsində özümüzə mənəvi rəhbər seçdiyimiz İmam Hüseynin üzünə baxa bilək.

Peyğəmbərdən hədis var ki, kim kimi sevərsə, kimlə dost olarsa Qiyamət günü onunla birlikdə dirildilər, həşr olunar.

İndi vay gündən ki, Qiyamət günü kimlərsə Köçəryanla, Sarkisyanla, Paşinyanla birgə həşr oluna.

Mübariz İbrahimovun yolu İmam Hüseynin yoludur. Monte Melkonyanın yolu da Yezidin yoludur. Yollar açıqdır, buyurun ağalar!”
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA