Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”
Hadise / Kriminal
Oxunub: 321
30 noy 2021 | 15:30
Məmur: “Ata Abdullayevə quzu təklif etdim, 10 min manat istədi”


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Report xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.

O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib:

“Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş dörd texnika var. Bu da məişət tullantılarının daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın, balalarına versin. Ona razılaşmadı.

Sonra məndən 10 min manat istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm”.

Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır:

“Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var”.

Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 manat pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib.
Dünən, 14:33
İcra başçısının şəhid ailəsinə qarşı etdiyi hörmətsizlik
Dünən, 14:27
Ekologiya Nazirliyi dövlət büdcəsin belə talan edir
Dünən, 14:21
İşçiləri Ekologiya naziri Muxtar Babayevin verdiyi əmrləri icra etmirlər
15-01-2022, 23:39
 "Elə bilirlər ki xidmət belə olmalıdır” - Jurnalist “Ziraat Bank Azərbaycan”ı tənqid etdi
15-01-2022, 22:50
Gəncə səhiyyəsində RƏSMƏN BAZAR AÇIBLAR... - BU DA FAKT!!!
15-01-2022, 22:22
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təlim-tərbiyə işi yox səviyyəsindədir - Orada prorektorlar hökmranlıq edir
15-01-2022, 21:46
Kimlərəsə yaşıllığı məhv etmək OLARMIŞ... - FAKT BUDUR!
15-01-2022, 21:18
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri nə oyunlardan çıxır? VİDEO
15-01-2022, 20:42
BRAVO, ZAUR, BRAVO... - Əhməzadə getdi... yerində elə Əhmədzadə qaldı...
15-01-2022, 20:21
Lerik sakinləri Allahgın ümidinə buraxılıb... - GİLEY
15-01-2022, 19:49
Xəstə canı ilə əlləşir... HƏKİM CİBİNİ GÜDÜR... - GİLEY
15-01-2022, 19:19
"Mingəçevir BAŞÇISI ÖZBAŞINALIQ EDİR, YEYİNTİYLƏ MƏŞĞULDUR ANCAQ" - VƏTƏNDAŞ ETİRAZI...
15-01-2022, 18:50
"Özümü ÖLDÜRƏCƏM, BEZMİŞƏM, 230 manatla 4 nəfəri NƏTƏR SAXLAYIM?" - Biləsuvardan İlkin Səfərov
15-01-2022, 18:20
İrəvan təxribatlara son verməsə, Azərbaycan Ermənistanın dərinliyini bombardman edəcək - İNCƏLƏMƏ...
15-01-2022, 17:47
Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... - NƏ BAŞ VERİR?
15-01-2022, 17:24
London məhkəməsi Eldar Mahmudovun uşaqlarına qarşı - İDDİA RƏDD EDİLDİ
15-01-2022, 16:52
“Ermənilər Qarabağı tərk edə bilmək üçün 10 min dollar rüşvət verirdilər” - deputatdan ilginc açıqlamalar
15-01-2022, 16:23
“Gənc” və “yeni” adlandırılan kadrların arasında da rüşvətxorlar az deyil” - FAKT BUDUR!
15-01-2022, 15:30
Narkoloji Mərkəzdə ŞOK HADİSƏ: Xəstələri çarpayıya bağlayıb DÖYÜRLƏR - "Belə özbaşınalıq olar?.."
15-01-2022, 14:44
İrəvan çalışır ki, Azərbaycanla sərhəddə üçüncü dövlətin hərbi qüvvələrini cəmləşdirsin - Görünəni budur...
15-01-2022, 13:21
"Dəfələrlə Binəqədi icra hakimiyyətinə müraciət etsəm də..." - NARAZILIQ!
15-01-2022, 13:02
Samuxda MEŞƏ QƏTLİAMINI kimlər törədir? - "MEŞƏ MAFİYASI" İŞ BAŞINDA - Video/foto
15-01-2022, 12:30
"Direktor maaşımdan kəsib, məni təhqir edərək hədə-qorxu gəlib" - Siyəzəndə ÖZBAŞINALIQ...
15-01-2022, 10:00
Araik Arutyunyan Azərbaycana “sığınmaq” istəyir - "MEDİA"
15-01-2022, 09:30
Nazarbayev ev dustağıdır? - Yeni iddialar
15-01-2022, 09:00
"Bakı Kremlin gözünü açır, ruslar çıxacaq" – Erməni ekspert
15-01-2022, 03:36
Bir mənzildə 3 dəfə oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır // FOTO