Rus sülhməramlılar terrorçunun “baş keşiş”liyinə niyə şərait yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Hadise
Oxunub: 300
14 may 2022 | 15:30
Rus sülhməramlılar terrorçunun “baş keşiş”liyinə niyə şərait yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...


Kəlbəcərdə Rusiya sülhməramlılarının nəzarətində qalan Kolətək kəndindəki “Akopavank” adlanan məbədə terrorçu erməni baş keşiş təyin olunub. Erməni apostol kilsəsinin qondarma “artsax” eparxiyası tərəfindən baş keşiş təyin olunmuş Ovannes Ovannisyan birinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşub, oğulları ilə bərabər 2016-cı ilin aprel savaşında da iştirak edib. (Moderator.az).

Qeyd edək ki, mayın 10-da Rusiya sülhməramlıları bu il ərzində ikinci dəfə erməni “zəvvarlar”ın Xudavəng məbədinə də ziyarətini təşkil edib. Bu haqda məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yer alıb. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edirdi. Lakin 2021-ci ilin mayından Azərbaycan Ordusu erməni zəvvarların işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya “sülhməramlı”larının müşayiəti ilə məbədi ziyarət ediblər. Qarabağdakı “qədim erməni abidəsi” adlandırılan bütün digər tarixi abidələr, o cümlədən də Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda, terrorçu erməni keşişlər birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma daimi olaraq məbəddə yerləşdirilməli deyilmi? Terrorçunun Azərbaycan ərazisindəki “Akopavank” adlanan məbədə “baş keşiş” təyin olunmasının da arxasında əslində Rusiya sülhməramlıları dayanırmı? Bu da növbəti təxribat sayılmalıdırmı? Dia.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, baş verənlər növbəti təxribatdır: “Əvvəla, Azərbaycan ərazisində olan istənilən məbədə təyinat Azərbaycanın müvafiq rəsmi orqanı tərəfindən olmalıdır. İkincisi, qanunsuz ”baş keşiş" təyin edilən erməninin terrorçu olduğu, Azərbaycan qanunlarını dəfələrlə pozduğu, silahlı dəstələrdə iştirak kimi cinayətlərə yol verdiyi faktları ortada var. Ovannes Ovannisyan hətta müharibə başa çatdıqdan sonrakı vaxtlarda da qanunazidd çağırışlar, nifaq toxumu səpən bəyanatlar səsləndirib. Yəni bu erməni terrorçu mahiyyətini hər zaman ortaya qoyub. Terrorçunun keşiş təyin olunması təxribat olmaqla yanaşı, həm də dini qaydalara da ziddir. Bütün bu qanunsuzluqlar isə müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilir. Eyni zamanda biz vaxtaşırı olaraq Xudavəng monastrı ilə bağlı xoşagəlməz hallara rast gəlirik, davamlı olaraq oraya Ermənistandan “zəvvar” adı ilə ziyarətçilərin gəlişinin sülhməramlılar tərəfindən təşkil edildiyi müşahidə olunur. İndi də Kolətək kəndindəki “Akopavank” adlanan məbədə Azərbaycanın razılığı olmadan ermənilərin ziyarəti təşkil edilir. Oraya “dini xadim” adı ilə gələnlərin də Ovannes Ovannisyan kimi terrorçu, təxribatçı, cinayətkar olmadıqlarına heç bir zəmanət yoxdur. Bu cür qanunsuz hərəkətlər sülh prosesinə mənfi təsir göstərir".

Ekspertin sözlərinə görə, Ermənistan həm birinci Qarabağ müharibəsində, həm ikinci Qarabağ müharibəsində çalışıb ki, bu müharibənin dini zəmində münaqişə olduğu haqda dünyada rəy formalaşdırsın. Lakin buna nail ola bilməyib. Çünki Azərbaycanın tolerant ölkə olduğu, bütün dinlərə hörmətlə yanaşan dövlət olduğu dünyaya bəllidir: “Azərbaycan öz ərazisindəki bütün qeyri-islam dini abidələrinin də qorunmasını, orada fəaliyyətlərin qanunla və dini qaydalara uyğun olmasını təmin edən, şərait yaradan ölkədir. Ermənilər isə dini abidələrdən də daim öz çirkin niyyətləri üçün istifadə etməyə çalışıblar. Bu gün də eyni çalışmalarını davam etdirirlər. Özü də artıq qanunsuz hərəkətlərini Rusiya sülhməramlılarının gözləri qarşısında, hətta onların dəstəyi ilə həyata keçirirlər. Ona görə də hesab edirəm ki, Rusiya sülhməramlılarına müraciət ünvanlanmalıdır. Qanunlar bir daha onların nəzərinə çatdırılmalıdır və terrorçunun Azərbaycan ərazisindəki məbədə “baş keşiş” kimi buraxılmaması tələbi irəli sürülməlidir. Həmin şəxsin cinayətkar olduğu barədə bütün müfəssəl materiallar Rusiya sülhməramlılarının komandanlığına göndərilməlidir və onun məbəddən uzaqlaşdırılması tələbi qoyulmalıdır".
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!