"Rusiya ordusu Sxinvalidə: Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...” - BU NƏDİ BELƏ?
Hadise
Oxunub: 264
17 may 2022 | 20:23
"Rusiya ordusu Sxinvalidə: Qarabağda ara qarışarsa, ora dəhliz açmaq üçün dayanıb...” - BU NƏDİ BELƏ?


“Birincisi, Gürcüstanın növbəti olacağı fikri ilə razı deyiləm Növbəti Gürcüstan olmayacaq, paketdə Gürcüstan var. Növbəti Polşa, Baltikyanı ölkələrdir və biz paketin içindəyik. Belə deyək... Orada biz, Moldova və KTMT-də müttəfiq sayılan bütün digər ölkələr bitərəf hesab edilir - hamısı paketlə gedəcək. Dekabrda SSRİ-nin yaranmasının 100 illiyi ilə bağlı yeni ittifaq müqaviləsi imzalamaq üçün Putinin Ukraynanı ələ keçirmək və ilin sonuna qədər, demək olar ki, keçmiş ittifaqın bütün respublikalarını zəbt etmək kimi çox sadə planı var idi. Onlar daim tarixi yenidənqurmalarla məşğuldurlar axı... Siz ki, başa düşürsünüz...” DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu fikirləri müstəqil gürcü ekspert, Gürcüstan strateji analitik mərkəzinin analitiki Gela Vasadze Ukraynanın “NV” radiosuna müsahibəsində “Yəqin, bilirsiniz ki, Ukraynada, Ukrayna tərəfində çoxlu gürcü döyüşür. Orada təlimatçılar da var. Və Ukrayna cəmiyyətində belə bir qənaət var ki, Ukrayna uduzsa, növbəti Gürcüstan olacaq” fikrinə münasibət bildirərkən ifadə edib.

“Cəmiyyətin bunu başa düşməsinə gəlincə, o da var. Amma eyni zamanda Gürcüstanın aktiv siyasət yürütməsinin əleyhdarları bunları deyirlər: İndi Ukraynada müharibə gedir; uduzsalar, növbəti biz olacağımız aydındır. Müharibə birdən dayanarsa və növbəti qurban olaraq biz seçiləriksə? Yəni uduzan Ukrayna olmayacaq, amma deyək ki, hansısa atəşkəs razılaşması bağlana bilər və bu dəfə biz Rusiyanı qıcıqlandırdığımızdan növbəti qurban biz olarıq. Fəqət, bizim nə o boyda ərazimiz, nə o sayda əhalimiz, nə də Amerika silahlarımız var. Bizdə praktiki olaraq heç nə yoxdur” –açıqlamasının davamında bunları söyləyən müstəqil analitik Qarabağdan da danışıb.

“Ona görə də cəmiyyətin nəzərində bizim tərəfdən səslənən çağırışların elə bir dominantlığı yoxdur. Və başqa bir çox vacib məqam. Onlar cəmiyyətə təlqin etməyə başladılar ki, Ukrayna Gürcüstandan ikinci cəbhə açmağı tələb edir. Bu, cəfəngiyatdır. Çünki heç kim ikinci cəbhədən danışmır, aktiv mövqedən danışır. Amma bir neçə dəfə "ikinci cəbhə" sözləri eşidilib. İnsanlar burada vəziyyəti həqiqətən başa düşmürlər. Çünki birincisi, heç kim texnikanı çıxarmayıb. Yayılmış rəylərin əksinə olaraq Rusiya qoşunları Gürcüstanı tərk etməyib. Onlar hələ də Sxinvalidə(Cənubi Osetiyanın paytaxtı-S.L.) dayanırlar. Və onlar orada Donbasda lazım olduqları üçün durmurlar, Qarabağda hərc-mərclik başlayar deyə dayanırlar. Bax, o vaxt ruslar oraya dəhliz açmağa başlayacaqlar”- deyə gürcü ekspert bildirib.

“Və bütün bunlar birlikdə, deyək ki, cəmiyyətin ümumi durumunu müəyyən edir. Cəmiyyətimiz kəskin qütbləşib. Saakaşvilinin tərəfdarları var, "Arzu" tərəfdarları da var. Düzdür, onlar dövlət əməkdaşlarıdır, amma yenə də... Həm də insanlar var ki, əsasən garagüruhdurlar, heç nəyə inanmırlar. Və həmin qaragüruha da təsir etmək asandır..."- deyə Gela Vasadze əlavə edib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...