24-03-2020, 18:16 Oxunub: 836

Olimpiada təxirə salınmasa, Azərbaycan idmançıları Tokioya gedəcəkmi? — AÇIQLAMA

Olimpiada təxirə salınmasa, Azərbaycan idmançıları Tokioya gedəcəkmi? — AÇIQLAMA


“Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarını gözləyəcək”.
Bu barədə Oxu.Az-a MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Norveç, Sloveniya, Serbiya, Xorvatiya, ABŞ, Fransa, Kanada, İspaniya, Braziliya və Avstraliyanın milli olimpiya komitələri Tokio Olimpiadasının təxirə salınmasını zəruri sayıb. Bu dövlətlər koronavirus pandemiyasına görə, yarışı təxirə salmağa çağırıb. Kanada artıq idmançılarını Tokioya göndərməyəcəyini açıqlayıb. Bəs Azərbaycanın bununla bağlı mövqeyi necədir?

Ç.Hüseynzadə azərbaycanlı atletlərin Olimpiadada iştirak etməməsi məsələsinin gündəmdə olmadığını bildirib:

“Əgər BOK Tokio-2020 Olimpiya Oyunlarını təxirə salacaqsa, bizim hansısa qərar qəbul etməyimizə ehtiyac qalmayacaq. Əgər BOK Oyunları vaxtında keçirmək haqqında qərar verərsə, MOK azərbaycanlı idmançıların iştirakı məsələsini gündəmə gətirəcək. Bu məsələni təkcə MOK həll etmir. Bununla bağlı MOK, Milli Paralimpiya Komitəsi və ilk növbədə Azərbaycan hökumətinin birgə qərarı olmalıdır”.
Onun sözlərinə görə, Kanadanın Olimpiya Oyunlarında iştirak etməmək haqqında qərarı da yalnız yerli MOK-un qərarı deyil, həmçinin həmin ölkənin Milli Paralimpiya Komitəsinin, federasiyaların və Kanada hökumətinin qərarıdır: “Onlar bu addımı Olimpiya Oyunlarına hazırlıq işlərini çatdırmayacaqları ilə izah edirlər”.

Qeyd olunub ki, Tokio-2020 Yay Olimpiya Oyunları nəzərdə tutulduğu vaxtda keçiriləcəyi təqdirdə azərbaycanlı idmançıların iştirak etməməsi məsələsi yalnız MOK-un bizim atletlərin hazırlıq və məşq prosesinin pozulması və itirilmiş imkanların bərpa edilməsinin qeyri-mümkün olması zamanı nəzərdən keçirilə bilər.

“Lakin mən Azərbaycan idmançılarına güvənirəm. İnanıram ki, onlar vaxtında hazırlaşa və kifayət qədər Olimpiya lisenziyası qazana biləcəklər. Əgər BOK yarışların əvvəl nəzərdə tutulmuş vaxtda keçirilməsinə dair qərar qəbul edərsə, Azərbaycan Olimpiya Oyunlarında iştirak etmək istəyir”, – deyə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə vurğulayıb.

Qeyd edək ki, bu gün BOK-un prezidenti Tomas Bax təşkilatçı ölkə olan Yaponiyanın baş naziri Sindzo Abe, Tokionun qubernatoru Yuriko Koike və yerli Təşkilat Komitəsinin sədri Yosiro Mori ilə Olimpiadanın təxirə salınması ilə bağlı məsələləri videokonfransda müzakirə edəcək.
İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı İlham Əliyev Tokio-2020 ilə bağlı sərəncam imzaladı Siyaset Azərbaycan “Tokio-2020”yə daha bir lisenziya qazandı Azərbaycan “Tokio-2020”yə daha bir lisenziya qazandı Idman İlham Əliyev olimpiadada medal qazanan idmançıları və məşqçilərini mükafatlandırıb İlham Əliyev olimpiadada medal qazanan idmançıları və məşqçilərini mükafatlandırıb Iqtisadiyyat Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək Idman Millimiz Olimpiadaya yola düşür Millimiz Olimpiadaya yola düşür Idman