25-04-2020, 23:00 Oxunub: 364

"Barselona"dan azərbaycanlı futbolçuya 6 illik müqavilə təklifi gəldi

"Barselona"dan azərbaycanlı futbolçuya 6 illik müqavilə təklifi gəldi


Dünyanın ən məşhur futbol klublarından olan "Barselona"da ilk dəfə olaraq azərbaycanlı futbolçu oynayacaq.
Sputnik.az xəbər verir ki, "Barselona"da oynamaq şansı qazanan şəxs hazırda valideynləri ilə birlikdə İspaniyada yaşayan Turan Qasımlıdı. Məsələylə bağlı Turanın atası Cəmşid Qasımlı ilə əlaqə saxladıq.

C.Qasımlı bildirdi ki, 10 yaşlı oğlu 5 yaşından karate idman növü ilə məşğul olub və 6 yaşında Azərbaycanda uşaqlar arasında keçirilən turnirdə ölkə çempionu adını qazanıb. Sonradan valideynləri ilə birlikdə İspaniyanın Malaqa şəhərinə köçən Tural orda da qısa dönəmdə karete ilə məşğul olub.

Lakin sonradan azərbaycanlı uşaq öz istəyi ilə "Malaqa" klubunun uşaq futbol məktəbinə yazılıb və qısa müddətdə məşqçilərin diqqətini çəkib:

"Buna səbəb Turanın solaxay olması, ancaq sağ ayağı ilə də zərbələri dəqiq vura bilməsi, hər iki ayağını oyun zamanı aktiv işlədə bilməsi olub. Həmçinin Turalın sürətli qaçışı, mükəmməl ara ötürmələri onu digər həmyaşıdlarından fərqləndirib.

Turanın valideynləri onun 2018-2019 mövsümündə La Liqa Benjamin (Junior) A komandasına yüksəldiyini və sezonun ikinci dövrəsində 7 nömrəli formanı geyinərək komandanın vacib oyunçusuna çevrildiyini söyləyir.

İkinci dövrədə 15 oyunun hamısında meydana start heyətdə çıxır. Yarımmüdafiənin mərkəzində və ya sol qanadda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürməylə rəğbət qazanır.
Bununla yanaşı, o, öz klubunda ilin ən dəyərli oyunçusu seçilir. 2019-2020 sezonunun başlanğıcında İspaniyada xərçəng xəstələri olan qadınlar üçün yardım məqsədilə Qranada şəhərində xeyriyyə oyunu təşkil edilir və bu matça İspaniyanın hər tərəfindən 100 istedadlı və gələcəyi parlaq görülən uşaqlar dəvət edilir.

Turan Qasımlı da həmin oyuna dəvət edilir. Uşaqlar 25 nəfərdən ibarət 4 komandaya bölünərək 3 oyuna çıxarılır. Hər biri ayrı-ayrı komandalardan dəvət olunmasına rəğmən, Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürməylə 3-1 hesabı ilə qalib gəlir.

Həmin oyunu izləməyə gələn ispan klublarının skautları arasında sözsüz ki, "Barselona" məşqçiləri də olur.

C.Qasımlı onu da bildirib ki, oğluna "Barselona"dan 6 illik müqavilə təklifi gəlib. "Barselona"nın skautlarından olan Marko Turanın atasına zəng edərək onu istədiklərini deyib:

"Hazırda oğlumu məşhur futbolçu İskonun müəllimi Xuan Zafra Qutyerez çalışdırır. Hər şey yolunda gedərsə, Turan "Barselona"da oynayan ilk azərbaycanlı kimi tarixə düşəcək".

"Barselona"dan azərbaycanlı futbolçuya 6 illik müqavilə təklifi gəldi"Barselona"dan azərbaycanlı futbolçuya 6 illik müqavilə təklifi gəldi"Barselona"dan azərbaycanlı futbolçuya 6 illik müqavilə təklifi gəldi
“Barselona”dan gedəcək və kluba gələcək futbolçular “Barselona”dan gedəcək və kluba gələcək futbolçular Idman Ronaldo Ronaldo "Barselona"nın futbolçusunu "Yuventus"a gətirir Idman Messi Messi "Barselona"da qalır — 700 milyon avroya Idman "Barselona" Arda Turanı satdı - Yeni klubu Idman "Barselona"dan gözlənilməz məğlubiyyət Idman