19-05-2020, 15:19 Oxunub: 152

Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu — FOTO

Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu — FOTO


"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun ailə üzvləri koronavirusa yoluxub.
Bu barədə "Report"a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, yoluxma Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşlarında müşahidə olunub.

Mirzəbəyov ailə üzvlərinin hazırda ev şəraitində təcrid olunmuş vəziyyətdə müalicə aldıqlarını və vəziyyətlərinin normal olduğunu vurğulayıb: "Onlar özlərini narahat hiss etdikdə tibb işçisi olan həyat yoldaşıma zəng etdilər. Xanımım isə Dağıstanda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan həkim rəfiqələri ilə əlaqə saxladı. Həmin həkimlər isə müalicə yazdılar. Həm müalicə, həm də Allahın köməyi ilə ailə üzvlərimin vəziyyəti yaxşılığa doğru gedir".

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb.

Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu — FOTO
Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb Rusiyada ilk dəfə koronavirusa təkrar yoluxma faktı qeydə alınıb Hadise Rusiyada 5 deputat koronavirusa yoluxdu Rusiyada 5 deputat koronavirusa yoluxdu Hadise Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ - RƏSMİ/VİDEO Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ - RƏSMİ/VİDEO Hadise Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu Hadise Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu — SON DƏQİQƏ Hadise