AFFA türkdilli ölkələrin futbol assosiasiyaları ilə anlaşdı - FOTO
Idman
Oxunub: 592
14 apr 2021 | 18:50
AFFA türkdilli ölkələrin futbol assosiasiyaları ilə anlaşdı - FOTO


Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.
COVID-19 pandemiyası ilə əlaqədar imzalanma tədbiri videokonfrans formatında təşkil olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir, Macarıstan Futbol Federasiyasının (MFF) prezidenti Şandor Çanyi, Qazaxıstan Futbol Federasiyasının prezidenti Adilbəy Yaxşıbəyov, Qırğız Futbol İttifaqının prezidenti (QFİ) Qanadbəy Məmmədov, Türkmənistan Futbol Federasiyasının prezidenti Arslan Aynəzərov, Özbəkistan Futbol Assosiasiyasının (ÖFA) prezidenti Əbdülsalam Əzizov və Türk Şurasının baş katibi Bağdad Əmirəyev tərəfindən imzalanmış memorandum federasiyalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, futbolun inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi prosesində təcrübə mübadiləsi və digər məsələləri özündə ehtiva edir.


AFFA-nın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib: “Hörmətli həmkarlar, əziz qardaşlar, dostlar! Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması AFFA üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur. Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq. Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunu imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

Qeyd edək ki, tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nın I vitse-prezidenti Sərvət Yardımcı və baş katib Kadir Kardaş, MFF-nın vitse-prezidenti Şandor Berzi, QFİ-nın vitse-prezidenti Dastanbəy Qonaqbəyov, ÖFA-nın vitse-prezidenti Rövşən İrmatov, Türk Şurası baş katibinin müavini Ömər Kocaman və layihə direktoru Ali Çivilər də iştirak edib.
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu