1-03-2016, 11:20 Oxunub: 698

Neft Fondundakı ehtiyatlarımız azaldı

Neft Fondundakı ehtiyatlarımız azaldı










Ötən il neft-qaz satışından 7,4 milyard manat gəlir əldə edilib

2015-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat təşkil edib.

Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) bildirilib.

“2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 23 milyard 217,8 milyon manat təşkil edib”, - deyə Neft Fondundan qeyd edilib.

Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 milyon manat vəsait ayrılıb.

35,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb.

2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.

2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub.
Gələn il hərbi gücümüz artacaq Gələn il hərbi gücümüz artacaq Gundem Gələn il DSMF aparatının və filiallarının saxlanılmasına 27 mln. manat xərclənəcək Gələn il DSMF aparatının və filiallarının saxlanılmasına 27 mln. manat xərclənəcək --- Dövlət büdcəsinə 1 milyard 600 min ödəndi Dövlət büdcəsinə 1 milyard 600 min ödəndi Iqtisadiyyat Azərbaycanda gecikmiş kreditlərlə bağlı yeni - Statistika Azərbaycanda gecikmiş kreditlərlə bağlı yeni - Statistika Iqtisadiyyat Büdcə 94.5 milyon itirib- Neftə görə Büdcə 94.5 milyon itirib- Neftə görə Iqtisadiyyat
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)