23-06-2016, 20:31 Oxunub: 566

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi












Dövlət başçısı fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinə vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib.

Vergilər Nazirliyinə verilən digər hüquq aksiz markaları ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyinin aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək hüququ olacaq.
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Iqtisadiyyat Vergilər Nazirliyi büdcə daxilolmaları ilə bağlı proqnozu 100,5% icra edib Vergilər Nazirliyi büdcə daxilolmaları ilə bağlı proqnozu 100,5% icra edib Iqtisadiyyat Ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi vergilər nazirinin müşaviri təyin edilib Ləğv edilmiş Xüsusi rejimli vergi xidməti departamentinin rəisi vergilər nazirinin müşaviri təyin edilib Iqtisadiyyat Vergilər Nazirliyi 117 min adamın borcunu sildi Vergilər Nazirliyi 117 min adamın borcunu sildi Sosial Vergilər Nazirliyindən ixtisar açıqlaması Vergilər Nazirliyindən ixtisar açıqlaması Gundem