21-09-2016, 10:09 Oxunub: 706

Kredit borcları silinəcək? – Deputatdan açıqlama

Kredit borcları silinəcək? – Deputatdan açıqlama







Son günlər mətbuatda vətəndaşların kredit borclarının bağışlanılmasına dair xəbər dolaşır. Sentyabr ayının son günlərində kredit borclarının silinməsi gözləndiyi deyilsə də, iqtsadi böhran şəraitində hökumətin bu addımı atacağı nə qədər realdır?

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, kredit borclarının silinməsi mümkünsüzdür. Deputat kredit borclarına dair güzəştlərin tətbiq ediləcəyini ehtimal edir:

"Kredit borclarının ləğvindən söhbət gedə bilməz. Çünki məbləğ kifayət qədər böyükdür. İndiki maliyyə vəziyyətində kredit borclarının dövlət tərəfindən ödənilməsi dövlət üçün əlavə xərcdir. Biz bir neçə ay öncə həmkarım Əli Məsimli ilə birlikdə hökumətə kredit borcları ilə bağlı təkliflər irəli sürmüşdük. Amma hələ cavab yoxdur. Ola bilər ki, prezident kredit borcları ilə bağlı güzəştlərin edilməsinə dair göstəriş versin".
MÜJDƏ: Azərbaycanda böyük kredit aministiyası: - 10 minədək borcu olanlar... MÜJDƏ: Azərbaycanda böyük kredit aministiyası: - 10 minədək borcu olanlar... Iqtisadiyyat “NBC Bank” borcunu ödəyə bilməyən müştəriləri polisə verdi “NBC Bank” borcunu ödəyə bilməyən müştəriləri polisə verdi Hadise Dollar krediti ilə bağlı mühüm qərar - 1.05 oldu Dollar krediti ilə bağlı mühüm qərar - 1.05 oldu Iqtisadiyyat Kredit borcu olanların nəzərinə - VACIB MƏLUMAT Kredit borcu olanların nəzərinə - VACIB MƏLUMAT Iqtisadiyyat Kredit güzəştləri ilə bağlı son qərar Kredit güzəştləri ilə bağlı son qərar Iqtisadiyyat