1-01-2017, 10:58 Oxunub: 698

Azərbaycanda spirtli içkilərin satışına qadağa ləğv olundu

Azərbaycanda spirtli içkilərin satışına qadağa ləğv olundu






Bu gündən Azərbaycanda spirtli içkilərin pərakəndə nağd qaydada satışına qoyulan qadağa aradan qaldırılıb.

"Report" bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dekabrın 31-dək markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmirdi.

Qaydada edilən dəyişikliyə əsasən, aksiz markası ilə markalanmalı malların (pərakəndə satış istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək. Yəni, bundan sonra içməli spirt, spirtli içkilərin bütün növlərinin pərakəndə nağd qaydada satışına icazə veriləcək.

"Aksiz markası ilə markalanmalı olan mallar" dedikdə içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər nəzərdə tutulur.
Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Iqtisadiyyat Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi Iqtisadiyyat Azərbaycanda pivənin nağd topdansatışı qadağan edildi Azərbaycanda pivənin nağd topdansatışı qadağan edildi Iqtisadiyyat Azərbaycanda siqaret yenidən bahalaşdı Azərbaycanda siqaret yenidən bahalaşdı Iqtisadiyyat Azərbaycanda spirtli içkilərin və tütün məhsullarının nağd satışı qadağan edilir Azərbaycanda spirtli içkilərin və tütün məhsullarının nağd satışı qadağan edilir Iqtisadiyyat
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…