15-12-2018, 11:56 Oxunub: 312

Əhaliyə vacib xəbərdarlıq: İrandan gələn bu məhsullar…

Əhaliyə vacib xəbərdarlıq: İrandan gələn bu məhsullar…
















Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Agentikdən verilən məlumata görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.
Azərbaycanda quş qripi XƏBƏRDARLIĞI Azərbaycanda quş qripi XƏBƏRDARLIĞI Hadise "Quş qripi" ilə bağlı monitorinqlərin nəticələri — AÇIQLANIB Hadise Rusiyadan Azərbaycana gətirilən ətlərlə bağlı XƏBƏRDARLIQ Rusiyadan Azərbaycana gətirilən ətlərlə bağlı XƏBƏRDARLIQ Sosial Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq - Yoluxucu xəstəlik yayılıb Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq - Yoluxucu xəstəlik yayılıb Sosial Xəbərdarlıq: Türkiyədən gələn bu qida məhsullarını almayın Xəbərdarlıq: Türkiyədən gələn bu qida məhsullarını almayın Iqtisadiyyat