12-06-2019, 21:48 Oxunub: 409

“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir”

“Nar” tələbələrin karyera qurmalarına dəstək olmaqda davam edir”













“Nar” tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurmalarına və peşəkar inkişafına kömək etmək məqsədilə növbəti karyera sərgisində iştirak edib. Mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" da iştirak edib.

“Nar” tələbə, magistr, məzunlar, eyni zamanda əlilliyi olan şəxslər üçün satış, müştəri dəyərinin idarəedilməsi və digər vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə məsləhətlər verib. “Nar” təmsilçiləri ilə birbaşa ünsiyyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

Gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunan yarmarkada 50-yə yaxın şirkət və qurum iştirak edib. Karyera sərgisinin keçirilməsində məqsəd, gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək, iş imkanlarını genişləndirmək, iş təcrübəsi olmayan gənclər üçün karyera fürsəti yaratmaqdır.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır ” “Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır ” Iqtisadiyyat “Nar”-dan gənclərə karyera fürsəti “Nar”-dan gənclərə karyera fürsəti Iqtisadiyyat “Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olur “Nar” gənclərin uğurlu karyera qurmasına dəstək olur Iqtisadiyyat “Nar” gənclərə karyera qurmaqda dəstək olur “Nar” gənclərə karyera qurmaqda dəstək olur Iqtisadiyyat “Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı “Nar” gənclərə uğurlu karyera qurmaları üçün fürsət yaratdı Medeniyyet
XƏBƏR LENTİ
23:39 | Nazirlik 18 ildir əlil olan uşağı süründürür - GİLEY 22:50 | Samuxlu fermerlər məmurların əlindən dad deyir – “Batırıq…” 22:22 | Qaxın icra başçısını sakinlər düşündürmür... - GİLEY 21:49 | Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır... 21:28 | Sərt karantinin olduğu bütün yerlərdə SMS-icazə belə alınacaq - Video 21:20 | Daha 534 nəfər koronavirusa yoluxdu - 6 nəfər vəfat etdi 21:17 | Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI 21:14 | Yanğın baş verən ərazidən - Canlı yayım 21:07 | “Sobsan” boya fabrikində güclü yanğın - Fotolar + Video + Yenilənib 20:44 | Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb… - NARAZILIQ... 20:20 | DTX-nın göz altına aldığı "çetenin" korrupsiya əməlini təsdiqləyən sənəd – Atteşenin haqqı necə buxarlanıb? 20:15 | Nizami rayonunda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir 20:10 | Şəxsi maraqlarını qanundan üstün tutan Şəki rayon məhkəməsi - Biabırçılıq+Haqsızlıq 19:46 | Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq? - ARAŞDIRMA 19:45 | Bakıda koronavirusdan da dəhşətli virus ocağı — Sakinlər ölkə rəhbərliyinə MÜRACİƏT ETDİLƏR (VİDEO — FOTOLAR)