2-09-2019, 10:41 Oxunub: 483

Bu şəxslərin maaşı artdı — ŞAD XƏBƏR

Bu şəxslərin maaşı artdı — ŞAD XƏBƏR

Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına əsasən, sentyabrın 1-dən ölkədə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb, həmçinin dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, bu il Azərbaycanda minimum əməkhaqqı məbləğinin 92,3 faiz artırılmasına, eyni zamanda, bu məbləğin yaşayış minimumunu (180 manat) 40 faiz üstələməsinə nail olunub.

Minimum əməkhaqqının artımı ilk pilləsi minimum əməkhaqqı məbləği səviyyəsində olan vahid tarif cədvəlinin bütün pillələri üzrə edilən artımlar da nəzərə alınmaqla 950 min nəfərin (o cümlədən dövlət sektoru üzrə 600 min, özəl sektor üzrə 350 min nəfərin) maaşının artmasına imkan verib.

Azərbaycan minimum əməkhaqqının səviyyəsinə görə tək qonşu ölkələrlə deyil, MDB ölkələri ilə müqayisədə edildikdə alıcılıq qabiliyyəti indeksi üzrə artıq ikinci yerə sahibdir.
Minimum əməkhaqqının artımı əhali gəlirlərinin artımına səbəb olmaqla, əmək bazarındakı proseslərə də müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin artmasını, digər tərəfdən əməyin leqallaşdırılmasını stimullaşdırır.

Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla eyni zamanda, dövlət sektorunda işləyənlərin əməkhaqlarının 20-50 faiz artırılması isə 400 min vətəndaşı əhatə edib.

İkinci sosial paketin tərkib hissəsi kimi, minimum əmək haqqının və dövlət sektorunda işləyənlərin əməkhaqlarının artımı ümumən 1 milyon 350 min insanın əməkhaqqı gəlirlərinin əhəmiyyətli şəkildə artması ilə nəticələnib.
Bu gündən minimum əmək haqqı 250 manat olacaq Bu gündən minimum əmək haqqı 250 manat olacaq Sosial Sabahdan 950 min insanın MAAŞI ARTIR Sabahdan 950 min insanın MAAŞI ARTIR Iqtisadiyyat Nazir minimum əmək haqqının artırılmasından DANIŞDI Nazir minimum əmək haqqının artırılmasından DANIŞDI Sosial Sosial paketin bu mərhələsindən 2,1 milyon vətəndaş bəhrələnəcək Sosial paketin bu mərhələsindən 2,1 milyon vətəndaş bəhrələnəcək Sosial Minimum aylıq əməkhaqqı artırıldı — SƏRƏNCAM Minimum aylıq əməkhaqqı artırıldı — SƏRƏNCAM Iqtisadiyyat
XƏBƏR LENTİ
00:19 | “Meydan TV” xəbər saytında dərc olunmuş “İcra başçısı məhkəmə qərarı olmadan Ağsu dolaylarındakı kafeləri sökdürür” başlıqlı məqalə ilə əlaqədar T Ə K Z İ B 00:14 | “ƏTRAFINDA QRUPLAŞMA YARADIR, TAPŞIRIQ VERİR...” – Ramiz Mehdiyevə yeni ağır ittihamlar 00:09 | Əhmədzadəyə xəyanət edən idarə rəisi kimdir? - İDDİA 23:39 | Elman Rüstəmovun müavinindən narazı əmanətçilərə ŞOK MƏSLƏHƏT: - "ADİF-dən haqqınızı tələb edin" 23:10 | Bakıda qanunsuz işləyən uşaq bağçasının sahibləri və valideynlər cərimələndi — VİDEO 23:09 | Beyrutda nümayişçilər 3 nazirliyin binasını ələ keçirdi 23:08 | İcra başçısının həyat yoldaşına yeni vəzifə verildi — FOTO 22:46 | Bakı Beynəlxalq Avtovağzalında 5 aydır işçilərə maaş verilmir - GİLEY 22:17 | “Tender kralları”na pandemiya da bata bilmir - Yenə Səhiyyə Nazirliyi və yenə“Arash Medical Company” 21:47 | ŞOK İDDİA: Yardımlının icra başçısı qorxudan aldığı rüşvəti geri qaytarır... - Müavini araçılığı ilə... 20:45 | İmişlidə Vilyam Hacıyev ÜSUL-İDARƏSİ DAVAM EDİR... - İcra Hakimiyyəti adından pul tələb etdilər 20:22 | Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - İLGİNC FAKTLAR 19:50 | Rövşən Rzayev nə ilə fərqlənə bildi? - Görünəni budur ki... 19:18 | Keçmiş başçının qohumları meydan sulayır - Ağcabədidə NARAZILIQ 18:42 | Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş…