14-01-2020, 13:22 Oxunub: 477

Bakıda yeni klinikanın açılışı olub

Bakıda yeni klinikanın açılışı olub


“AZE Medical Center” ödənişsiz tibbi aksiyalar həyata keçirəcək
Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “AZE Medical Center” özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub. Klinikanın təsisçi və direktoru Zahir Babayev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir: “Bunun üçün də biz, klinikamıza Azərbaycanın seçilmiş həkimləri ilə yanaşı, xaricdən də həkimlər cəlb etmişik. Belə ki, klinikamızda İrandan dəvət olunmuş 4 həkim fəaliyyət göstərəcək”. Z. Babayev deyib ki, “AZE Medical Center” Azərbaycanın bölgələrində ödənişsiz tibbi aksiyalar həyata keçirəcək: “Belə aksiyalardan birincisi isə yanvar ayının 26-da Ağsu rayonunda baş tutacaq. Növbəti mərhələdə isə Lənkəran rayonu nəzərdə tutulub. Bizim şüarımız da məhz belədir ki, “Biz sizin ayağınıza gəlirik!”.
Klinikanın direktoru daha sonra sözü səhiyyə mərkəzində vətəndaşlara xidmət göstərəcək iranlı Prof. Dr. uzman pediatr Ali Basirə verib. A. Basir çıxışında özünü vətənində hiss etdiyini bildirib. O, eyni dili danışan insanlarla işləmək və onlara xidmət göstərməkdən məmnunluğunu dilə gətirib. Daha sonra klinikanın baş həkimi və astma mərkəzinin direktoru Coşğun Məmmədli çıxış edib və klinikanın fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, “AZE Medical Center”da mamaginekologiya (buraya hamiləlik təqibi, qadın xəstəlikləri, sonsuzluğun müalicəsi, kolposkopiya və ginekoloji usm daxildir), mammalogiya, endokrinologiya, urologiya, andrologiya, pediatriya, terapiya və revmatologiya sahələri üzrə yüksək səviyyəli peşəkar tibbi xidmət göstərilir: “Pulmonologiya sahəsində astma mərkəzini önə çıxaracağıq. Astma və allergiya mərkəzi olaraq düşünürük. Məqsədimiz xalqımıza daha peşəkar və yenilikçi xidmət göstərməkdir. Arzu edirik ki, heç kim xəstələnməsin. Amma belə olan halda da peşəkarlara müraciət etmək lazımdır ki, xəstəlik klinikada qalsın”. Tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın tanınmış uroloq-androloqu Araz Bayramov da klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirib: “Əminəm ki, bu klinikada çalışan həkimlər və tibbi heyət vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklər. Hər bir insanın sağlamlığı cəmiyyət və dövlətin üzərinə düşən zəruri funksiyalardan biridir. Bu cəhətdən belə klinikaların artması da ümumi inkişafın göstəricilərindəndir. Klinika ilə tanış oldum, çox yüksək keyfiyyətli tibbi avadanlıqlarla təmin olunub. Uğurlar arzulayıram”. Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar. Qeyd edək ki, Klinikada müxtəlif vaksinlərin müalicəsi ilə yanaşı pulmonologiya sahəsi də fəaliyyət göstərir ki, burada spirometriya(tənəffüs testi) və allergik rinitlərin şüa müalicəsi həyata keçirilir. Səhiyyə mərkəzi ən müasir avadanlıqlarla kardiologiya və nevrologiya sahələrində müayinə və müalicəyə də şərait yaradır. “AZE Medical Center”da keyfiyyətli müayinələr həyata keçirmək üçün müasir biokimya, hemotologiya, mikrobiologiya, immunologiya, serologiya və potohistologiya laboratoriyaları da fəaliyyət göstərir.
Klinika Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində, 7 A ünvanında yerləşir.
Əlaqə nömrələri:

012 567 34 00
012 567 49 00
012 567 89 10
“Baku Medical Plaza” xəstə ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizaya müraciət etdi “Baku Medical Plaza” xəstə ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizaya müraciət etdi Sosial “Baku Medical Plaza”dan açıqlama: “Gülyaz Hacıyeva “Baku Health”da əməliyyat olunub” “Baku Medical Plaza”dan açıqlama: “Gülyaz Hacıyeva “Baku Health”da əməliyyat olunub” Sosial “Baku Medical Plaza” xəstəni aldatdı – 15 yaşlı uşağı əməliyyata götürmədilər (İDDİA) “Baku Medical Plaza” xəstəni aldatdı – 15 yaşlı uşağı əməliyyata götürmədilər (İDDİA) Sosial / Dunya "İnternational Medical Center" klinikasında doğulan körpə iki gün sonra öldü Hadise Səhiyyə Nazirliyindən 25 yaşlı Şəhlanın ölümünə — Münasibət Səhiyyə Nazirliyindən 25 yaşlı Şəhlanın ölümünə — Münasibət Hadise
XƏBƏR LENTİ
21:50 | Yevlax xəstəxanasında XƏSTƏLƏRƏ zülm edilir... - 40 dərəcə istidə KONDİSİONERLƏR işləmir 21:18 | Elmar Məmmədyarov və Elxan Azayevin "XİNstroyu" - Diplomatların binasında narazılıq böyüyür 20:42 | “Oyal”da “Kölgə iqtisadiyyatı” və korrupsiya... - İTTİHAM 20:16 | Həbs olunan başçının kadrları Biləsuvarda meydan sulayır - "Gedin, nə bilirsiniz, eləyin..." 19:53 | “Sumqayıt Texnologiyalar Parkı”na müvəqqəti olaraq baş direktor təyin olunub 19:21 | Ziya Məmmədovun binası satışa çıxarıldı - FOTO 18:46 | KABİNETİNİ ANTİ-DÖVLƏT QƏRARGAHINA ÇEVİRİB... – “Əli İnsanov çoxdandır ki, Ramiz Mehdiyevlə bir yerdədir...” 18:19 | “Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ 17:41 | Koronavirusa yoluxan tibb işçilərinə 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF 17:18 | Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı... 16:45 | İşğalçı ölkə siyasi-iqtisadi-humanitar kollapsın cəngində - TƏHLİL 16:20 | Baş Nazirin qərarı narahatlıqlara yol açıb: Təhsil haqları qalxacaq? - GƏLİŞMƏ 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 16:00 | "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - Rusiyalı baş infeksionist 15:49 | Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək