9-05-2020, 15:16 Oxunub: 157

Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır — RƏSMİ

Bakıda 3 mərtəbəli yeni metro stansiyası açılır — RƏSMİ


Şərti adı “B3” olan metro stansiyası bu ilin sonunda təhvil verilə bilər”.
Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, stansiyada son yekunlaşma işləri aparılır:

“Stansiya 3 mərtəbəli olacaq. Artıq 17 eskalator quraşdırılıb. Stansiyada sərnişinlər üçün liftlərin quraşdırılması da nəzərdə tutulur. Aparılan işlər demək olar ki, yekunlaşıb. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlı olması, zəruri avadanlıqların əldə olunmasına çətinlik yarada bilər. Bu kimi məqamlar olmazsa, ilin sonunda stansiyanın açılışı gözlənilir”.

Qeyd edək ki, bu günə qədər metro stansiyaları arasında ən hündürü 5 mərtəbəli “Əcəmi 2” stansiyasıdır.
Metronun “Xətai” stansiyası nə zaman istismara veriləcək? – Açıqlama Metronun “Xətai” stansiyası nə zaman istismara veriləcək? – Açıqlama Iqtisadiyyat Havaya görə Bakıda metronun bu stansiyasının çıxışı bağlandı Havaya görə Bakıda metronun bu stansiyasının çıxışı bağlandı Sosial Bakıda yeni metro stansiyası tikilir Bakıda yeni metro stansiyası tikilir Hadise "“Sahil” stansiyası vaxtından tez açılacaq" — RƏSMİ + FOTO Sosial “20 Yanvar” metro stansiyasının bir girişi bağlanır “20 Yanvar” metro stansiyasının bir girişi bağlanır Sosial