11-05-2020, 14:43 Oxunub: 131

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanıdır - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanıdır - FOTO


"Skytrax World Airport Awards" mərasimi Londondan onlayn rejimdə yayımlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülüb.

Bu barədə qurumun məlumatında deyilir

Aparılan auditin nəticələrinə əsasən Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanıdır - FOTO


Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.

COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il "Skytrax World Airport Awards" mərasimi Londondan onlayn rejimdə yayımlanıb.

AZAL prezidenti Cahangir Əsgərov söyləyib: “Hava limanımız növbəti dəfə ən nüfuzlu Skytrax mükafatına layiq görüldüyü üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edərək beynəlxalq aləmdə yeni mühüm uğurlar qazanır. Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcəkdir".

"Skytrax" şirkətinin baş icraçı direktoru Edvard Pleysted bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportu özünü regionun ən yaxşı hava limanı kimi nümayiş etdirməyə davam edir və sərnişinlərə yüksək səviyyədə xidmət göstərir. Sərnişinlərin rahatlığı, geniş çeşidli xidmətlər, eləcə də mükəmməl düşünülmüş dizayn kimi əsas amillər hava limanına bu cür yüksək səviyyəni qoruyub saxlamağa imkan verir".

"Skytrax" tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Aparılan yoxlama və təqdim edilən mükafat hava limanının nəzarəti və ya müdaxiləsindən asılı deyil və, nəticə etibarilə, hava limanının üstünlüyü və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. Yoxlama zamanı "Skytrax" şirkəti həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən yaxşı hava limanıdır - FOTO
Hava limanlarında qiymətlər artır – Fevralın 1-dən… Hava limanlarında qiymətlər artır – Fevralın 1-dən… Iqtisadiyyat AZAL-dan “Arsenal”ın şikayətinə cavab AZAL-dan “Arsenal”ın şikayətinə cavab Idman Şəki aeroportunun bərpası məsələsinə baxılır Şəki aeroportunun bərpası məsələsinə baxılır Iqtisadiyyat Leysan və şimşək Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı dəmir yolu vağzalının işinə təsir etməyib Leysan və şimşək Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı dəmir yolu vağzalının işinə təsir etməyib Sosial AZAL-da dəyişiklik edildi AZAL-da dəyişiklik edildi Sosial